Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1187/2023 14.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında 14 iyun 2023-cü il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehə cavabdehlə 2022-ci il fevral ayında işlədiyi Mbulak kredit təşkilatın gecikmədə olan müştəriləri ilə danışıqları zamanı (cavabdehin də borcu var idi 1122 azn) tanış olmuşdur. Bir müddət sonra cavabded ona özünə məxsus olan Kapital Bank kartını göstərib bildirmişdir ki, Mbulakdakı borcunu bağlaya bilsə Kapital Bankdan kredit götürə bilər və bu borcu bağlamaq üçün borca pul tapmağını xahiş etdi. O, cavabdehin səmimiliyinə inanaraq xx.xx.2022-ci il tarixdə 1200 manat məbləğində ona borc tapıb vermiş, ondan 1122 azn borcu ödəmiş, 78 manatı cavabdehin kartına köçürmüşdür. Cavabdeh almış olduğu pulu bir həfətə ərzində kredit götürüb qaytarmağa söz vermişdir. Cavabdeh həmin borcdan 250 azn qaytarsa da, həmin borcu vaxtıda tam qaytarmadığı üçün əlavə 250 azn borclanma yaranmışdır. Borcun daha da çoxlamasından ehtiyat edərək avtomobilini satıb borcu qaytarmışdır. Bu vaxta kimi uzun müddət keçməsinə baxmayaraq cavabdeh qalıq borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən həmin borca görə ağır maddi vəziyyətə düşmüşdür. Sadalanları nəzərə alaraq məhkəmədən cavabdehdən 1200 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh məhkəməyə ərizə verərək borcu hissə-hissə ödəyə biləcəyini bildirib, iddianı etitaf edib onu qəbul etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə,məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və cavabdehdən 1200 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(049)-1187/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1187/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver