Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1202/2023 31.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X12 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə 31 may 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını də onunla əsaslandırmışdır ki, Lənkəran rayon Məhkəməsinin 2(049)- 1032/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlə birgə nikahlarından doğulmuş övladları 17 yanvar 2020-ci il təvəllüdlü X3 və 29 dekabr 2020-ci il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay bir uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin, həmçinin xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanması üçün uşağa qulluğ etməyinə görə hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda bu məbləğ çox cüzi olduğundan uşaqların xərcin ödəmir. Uşaqlar böyüdükcə onun saxlama xərcləri də artır. Uşaqlar üçün yaşayış minimumunun artmasını nəzərə alaraq, Lənkəran rayon Məhkəməsinin 11 may 2020-ci il tarixli 2(049)-1032/2022 saylı qətnaməsii ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 17 yanvar 2020-ci il təvəllüdlü X3 və 29 dekabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 220 manat, həmçinin 29 dekabr 2020-ci il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanması üçün uşağa qulluğ etməyinə görə hər ay 100 manat sabit pul miqdarında alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2022-ci ildə aliment qət edildikdən sonra nə özünün, nə də ki, cavabehin ailə və maddi vəziyyətində dəyişikliklər baş verməmişdir. Hətta cavabdehin ona aliment borcu vardır. Hazaırda cavabdehin hər uşaq üçün 220 manat miqdarında aliment verməyə imkanı vardır. Bundan əlavə 3 yaşınadək uşağına qulluq etmək üçün cavabdehdən özü üçün də 100 manat tələb edir. Lakin cavabdehin qazancı barədə sübutu yoxdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, tərəflərin xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X10 doğulmuşdur. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının Liman şəhəri İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından məlum olur ki, Əlizadə X7 rayonu Liman şəhərinin sakinidir və həqiqətən də xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X10 həmin ünvanda onunla birgə yaşayırlar. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1032/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 17 yanvar 2020-ci il təvəllüdlü X3 və X1 üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay bir uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin, həmçinin xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanması üçün uşağa qulluğ etməyinə görə hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmə mübahisəyə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının tələbi iki hissədən ibarətdir:
1. Uşaqları üçün müəyyən olunmuş alimentin artırılması;
2. Uşağa qulluğ etməyinə görə onun özünə təyin olunmuş alimentin artırılması. İddia tələbinin 1-ci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat miqdarında aliment vermək imkanına malik olduğunu göstərsə də, bunu təsdiqləyən sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Əslində bu hal iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilərdi. Lakin, hamıya bəllidir ki, uşaq böyüdükcə ona sərf olunan xərclər də artır. Bundan əlavə, hər il uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu dövlət tərəfindən artırılır. Keçən ilə nisbətdə, bu il uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu 12% artmışdır. Məhkəmə məhz bunu nəzərə alaraq hesab edir ki, Lənkəran rayon Məhkəməsinin 2(049)-1032/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 112 manat olmaqla, cəmi 224 manat sabit pul miqdarında alimentin alınıb iddiaçıya verilməli, iddia qalan, o cümlədən də iddiaçının 2-ci tələbi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçının tələbinin ikinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki,uşağın saxlanılması üçün tələb olunan alimentdən nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) uşaq doğulduğu gündən 3 il ərzində məhkəmə qaydasında özü üçün alimentin tələbinin hüquqi əsasları fərqlidir. Birinci halda aliment valideynin qazancının olub-olmamasından asılı olmayaraq tutulursa, ikinci halda bunun üçün zəruri şərt-aliment ödəməli şəxsin buna zəruri vəsaitə malik olmasıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) uşaq doğulduğu gündən 3 il ərzində məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququ vardır. İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsi ilə müəyyən edilmiş hüququndan istifadə edərək keçmiş əri olan cavabdehə qarşı uşaq doğulduğu gündən 3 il ərzində ona ödənilən alimentin miqdarının artırılmasını tələb etmişdir. Lakin, iddiaçı cavabdehin kifayət qədər qazancının olmasını göstərsə də, bunu, yəni cavabdehin zəruri vəsaitə malik olmasını təsdiqləyən sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının «X13» Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, hazırda uşaqların saxlanması üçün ayda 224 manat miqdarında alimentin tutulması nəzərə alınmışdır Alimentin alınması haqqında iddianın bir il ərzində ödəmənin cəmi 2668 manat təşkil eləyir (224 manat x 12 aya = 2668). Buna görə də cavabdehdən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni (2668- 1000=1668) 1668 manat məbləğin 1%-i olan 16.68 manat, cəmi (30+16.68=46.68) 46.68 manat dövlət rtüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilsin. Lənkəran rayon Məhkəməsinin 2(049)-1032/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay 112 manat olmaqla, cəmi 224 manat sabit pul miqdarında alimentin alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. X4 və X2 üçün cavabdehdən hər ay hər uşaq üçün 112 manat - cəmi 224 (iki yüz iyirmi dörd) manat sabit pul miqdarında alimentin tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdehdən 46.68 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X14