Məhkəmə qərarları › İş №2(049)-1289/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1289/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1289/2024 12.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən verilmiş ərizədə hər bir cavabdehə qarşı yönələn tələb konkret olaraq göstərilməmişdir. İddiaçı iddia tələbinin "xahiş etdim" hissəsində göstərmişdir ki, “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1250 manat məbləğində pulun və ödənilmiş 32 manat dövlət rüsumunun alınıb mənə verilməsi barədə qətnamə qəbul edəsiniz” İddia ərizəsi məhkəmə tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, İddiaçı 1250 manatı pulu Cavabdeh1 vermişdir. Lakin iş üzrə tələb iki cavabdehə- Cavabdeh1 və Cavabdeh2 yönəlməsinə baxmayaraq iddiaçının həmin 1250 manat məbləğin hansı hissəsinin Cavabdeh1, hansı hissəsinin Cavabdeh2 tələb etməsi və ya müştərək qaydada tələb edib-etməməsi müəyyən deyildir. Eyni zamanda, iddianın nəticə hissəsində cavabdeh "X1" qeyd edilmişdir ki, buda məhkəmə tərəfindən müəyyən edilməsi mümkün olmayan ifadə və tələb kimi qiymətləndirirlir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli və xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün cəmi 32.50 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 32.50 manat dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli və xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzlərinə əsasən ödənilmiş 32.50 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar