Məhkəmə qərarları › İş №2(049)-1295/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1295/2023

02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1295/2023 02.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli, 2(049)- 5997/2017 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin məbləğini artırmaqla 14 avqust 2008-ci il tarixdə doğulmuş X2 və 03 oktyabr 2009-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 180 manat olmaqla iki uşağa hər ay cəmi 360 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsi iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı ilə 04 noyabr 2007-ci ildə Lənkəran rayonu, Velədi kənd sakini Cavabdeh ilə rəsmi nikaha daxil olub ailə qurmuşlar. Birgə nikahdan 14 avqust 2008-ci il tarixdə X2 və 03 oktyabr 2009-cu il tarixdə X6 adlı 2 uşağı anadan olmuşdur. Sonradan aralarında narazılıqlar səbəbindən Lənkəran rayon Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli 2(049)-5997 nömrəli qətnaməsinə əsasən boşanmış və himayəsində olan 2 uşağın saxlanılmaları üçün hər uşağa ayda 90 manat olmaqla 2 uşağın saxlanılması üçün cəmi 180 manat sabit pul məbləğində aliment qət edilmişdir. Uşaqlar hazırda da salamat olmaqla iddiaçının himayəsində yaşayırlar. İddiaçı ailə münasibətləri zəminində yaranan narazılıqlardan və boşandıqdan sonra məcburiyyət qarşısından Bakı şəhərinə köçüb orada kirayədə yaşayır. Cavabdeh ondan ayrıldıqdan sonra yenidən evlənmiş və həmin nikahdan da 1 uşağı vardır. O, yeni ailə qurduqdan sonra birgə münasibətdən anadan olmuş uşaqların qayğısına qalmamış, heç bir maddi yardım göstərməmişdir. Hazırda vəziyyəti çox ağırdır. Cavabdeh yalnız qət edilmiş miqdarda aliment ödəyir. X7 14 avqust 2008-ci il tarixdə anadan olmaqla hazırda 14 yaşı, oğlu Əli İbadov isə 03 oktyabr 2009-cu il tarixdə anadan olmaqla 12 yaşı vardır. Hər iki uşaq məktəblidir. Onların tələbatları böyükdür. Belə ki, hər iki övladı məktəbdən əlavə tutduğu müəllimlərin yanına gedərək ali məktəbə hazırlaşırlar. Bundan başqa onların palpaltarlarını, digər geyim və qida, ərzaqlarını onun bunun gücünə birtəhər ödəyir. Hətta uşaqlarına rəhm edib ona köməklik edənlər də vardır. Cavabdeh isə 2 uşağın saxlanılması üçün hər ayda cəmi 180 manat aliment ödəyir. Qeyd etdiyi kimi keçən müddət ərzində yalnız vətəndaşlar, bəzi ictimai qurumlar ona maddi kömək göstərmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı Səfərəli qızı izahatında göstərdi ki, cavabdeh ilə birgə nikahdan xx.xx.2008-ci il tarixdə Pərvanə və xx.xx.2009-ci il tarixdə Əli adlı iki uşaqlrı doğulmuşdur. Uşaqlarının tələbatı artığına görə 180 manat alimentlə kifayət etmir. O, təkbaşına iki uşağın xərclərini qarşılaya bilmir və buna görə alimentin miqdarının artırılmasının xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, hazıra Beta MMCdə işləyir və aylıq maaşı 440 manatdır. O, iddiaçıdan boşandıqdan sonra yenidən ailə qurmuş və həmin nikahından da bir uşağı vardır. Maddi imkanı öz ailəsini dolandırmağa belə çatmır, buna görə də ailmentin miqdarının artırılmamasını xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli, 2(049)-5997/2017 saylı qətnaməsindən görünür ki, iddaçıyla cavadehin nikahları pozulmuş və nikah pozulduqdan sonra 14 avqust 2008-ci il tarixdə X2 və 03 oktyabr 2009-cu il tarixdə X6 İddiaçı himayəsində qalmasını və cavabdehdən hər uşağa görə hər ay 180 manat olmaqla iki uşağa görə hər ay cəmi 360 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı Nəhmət qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, ötən 6 il ərzində iqtisadi fəallığın artması, yeni bazar qiymətlərinin müəyyən edilməsi, habelə yaşayış minimumunun da hər il müəyyən faiz məbləğində artırılması hazırda da məhkəməyə alimnetin miqdarını artırmağa əsas verir. Məhkəmə hesab edir ki, alimentin artırılmasına məqsəd əlavə təhsil xərcləri deyil, məhz iqtisadi dinamika ilə əlaqədar minimum dolanacaq xərcələrinin qarşılanmasıdır. Məhkəmə bu qənaətə gələrkən, Konstitusiya Məhkəməsinin Plenum qərarlarını əsas götürmüşdür. Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında göstərirlir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunanları, o cümlədən uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumum keçən 6 il ərzində artmasını, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini, uşaqların hazırda iddiaçının yanında olmasını, cavabdehin isə işləyərək sabit gəlir əldə etməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Aliment məbləğinin müəyyən edilməsi zamanı məhkəmə, həmçinin cavabdehin maddi imkanını, ailə vəziyyətini və aliment məbləğini ödəmə qabiliyyətinin mütəmadiliyi və fasiləsizliyinin təmin edilməsi üçün ağlabatan miqdarın müəyyən edilməsini əsaslı sayır. Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndini rəhbər tutaraq 2023-cü il üçün yaşayış minimumu haqqında qanunda qeyd olunduğu kimi əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş subutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli, 2(049)-5997/2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 14 avqust 2008-ci il tarixdə doğulmuş X2 və 03 oktyabr 2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 140 manat, ümumilikdə iki uşaq üçün hər ay 280 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar