Məhkəmə qərarları › İş №2(049)-130/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-130/2024

24.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-130/2024 24.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı "xxxx" İB-nin nümayəndəsi X1, Cavabeh Cavabdeh iştirakı ilə, «Azəriqaz” İB-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə 24 yanvar 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: «Azəriqaz” İB-nin Cavabdeh qarşı kiçik iddialara dair işlə üzrə icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2073,60 manat məbləğində dəymiş ziyanın, 40,73 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 2114,73 manat məbləğində pulun məcburi qaydada tutularaq iddiaçı "xxxx" İB-nın Lənkəran RQlİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod: 200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" X2 rayonu, Liman şəhəri, R.Rza küçəsi, ev 163 ünvanda yaşayan Cavabdeh yaşadığı mənzili təbii qazla təchız edir. Həmin ünvana "xxxx" İB-nin X6 İstismarı İdarəsi tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Lakin cavabdeh “X4’nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, "xxxx" İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdehin qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. Qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X4n pozulması haqqında” akt tərtib edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 2073,60 manat dəymiş ziyan hesablanmışdır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh ərizəyə etiraz vermiş, buna görə də iş iddia icraatına keçirilmişdir. Cavabedeh iddia tələbinin əsassız olduğunu göstərərək etirazını onunla əsaslandırmışdır ki, qonşuluqlarında qaz partlamış, qaz iyindən məlum olmuşdur ki, haradasa qazsızma var. O və qonşular belə qərar gəldilər ki, qazsızmanın və ondan yaranan təhlükənin qarşısını almaq məqsədi ilə sızan yerə şlanq çəkib, üstünü örtsünlər ki, qaz hər hansı bir təhlükə yaratmasın. Bu haqda özü qaz İstismar İdarəsinin Lənkəran rayon Şöbəsinə məlumat vermək üçün hazılaşdı ki, həmin vaxt da, bir anın içində sözügedən yerə Qaz İstismar İdarəsinin əməkdaşları gələrək ona qarşı protokol tərtib etmişlər. Halbuki onlar öz gözləri ilə gömüşlər ki, o, şlanqı qazdan istifadə etmək üçün deyil, qazsızmanı aradan qaldırmaq üçün çəkmişdir. Onu da bildirir ki, özü Bakı şəhərində, oğlunun evində yaşayır. Ona görə də Lənkərana gələn zaman qaz mayesindən yox, elektrik kondisionerindən istifadə edir və qonşuluqda xəstə qadına baxıcılıq edir. Hesab edir ki, Qaz İstismar idarəsinin əməkdaşlarının ondan tələb etdikləri pul qanunsuzdur, ərizə təmin olunmamalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edib onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyib onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, işdə olan “Təbii X4nın pozulması haqqında” "xxxx"İB-nin xx.xx.2023-cü il tarixli ******* saylı aktda qeyd edilmişdir ki, abonent əlavə xətt vasitəsilə sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edib. Göründüyü kimi, iddia olunan pozuntu xx.xx.2023-cü il tarixdə aşkar olunmuş və həmin gün müvafiq akt tərtib edilmişdir. Bundan qabaq isə, xx.xx.2023-cü il tarixdə “X4”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 6.5-ci bəndi yeni redaksiyada verilmişdir. Həmin redaksiyada 6.5-ci bənd aşağıdakı kimi verilmişdir: Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qeyd olunan Qərarın 6.5-ci bəndi imperativ xarakter daşıyır, yəni mütləqdir. Lakin "xxxx" İB-i “X4”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 6.5-ci bəndinin yeni redaksiyasına əməl etməmiş, iddia etdikləri qanunsuz qoşulmanı aşkar edib akt tərtib etsələr də, həmin aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə və ya cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməmişlər. Həmin proseduraya əməl etmədən onların birbaşa məhkəməyə müraciət etmələri qanuna ziddir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, qeyd olunan proseduraya əməl edilməsi üçün ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260-cı, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: «Azəriqaz” İB-nin-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qanunla müəyyən edilmiş qaydaya əməl etməklə, yenidən hazırki tələblə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verə bilər. Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar