Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1309/2023 13.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, iddiaçılar İddiaçı, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, iddiaçılar İddiaçı, Cavabdeh1 Cavabdeh2 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyatı hadisəsi zamanı avtomobilə vurulmuş 2497 (iki min dörd yüz doxsan yeddi) AZN məbləğində maddi ziyan pul vəsaitinin və ödənilmiş 45 (qırx beş) AZN dövlət rüsumunun Cavabdeh2 tutulub onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, AE № 060064 nömrəli nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsi əsasında xx.xx.2021-ci il tarixli, sahiblik hüququ üzrə ona məxsus «VAZ-21063» minik markalı **-CD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini ƏN-V № 702781 nömrəli “etibarnamə” əsasında idarə etməkdən ötrü digər iddiaçı Cavabdeh1 vermişdir. 10 dekabr 2022-ci il tarixdə, Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayonu, Hirkan qəsəbəsi ərazisindən keçən 215-ci km-də, cavabdeh- X2 idarəçiliyində olan «Audi 80» minik markalı **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə yol hərəkəti qaydalarını pozaraq, iddiaçı Cavabdeh1 etibarnamə əsasında idarəçiliyində olan «VAZ-21063» minik markalı **-CD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh X1 idarəçiliyində olan «Audi 80» minik markalı **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə yol hərəkəti qaydalarını pozması ucbatından, Cavabdeh1 sağlamlığına yüngül zərər vurulmaya aid xəsarət almaqla Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müalicə olunmuşdur. Həmçinin **-CD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 2497 (iki min dörd yüz doxsan yeddi) AZN məbləğində maddi ziyan dəymişdir. Cavabdeh həmin məbləği ödəməkdən boyun qaçırdığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı, Cavabdeh1 ayrı-ayrılıqda iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edib, bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobilə ziyan vurmasını inkar etmir, lakin iddiaçının avtomobilinə vurulmuş zərərin məbləği 500 manatdan çox ola bilməz. Ona görə də iddianı qismən qəbul edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 dekabr 2022-ci il tarixli qərardan görünür ki, 10 dekabr 2022-ci il tarixdə Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayonu, Hirkan qəsəbəsi ərazisindən keçən 215-ci km-də baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 yüngül xəsarət almış, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh2 əməlində İXM-nin 332.4-cü maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tənbeh görülməsindən ötrü qərarın surəti BDYPİ-nin YPXA-nın 11-ci tağımına, eyni zamanda Cavabdeh1 əməlində İXM-nin 332.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati tənbeh görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-865/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından, o həmin maddə ilə təqsirli bilinmiş, lakin İXM-nin 53.1.6-cı maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. AE ******* №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, **-CD-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. ƏN-V № 702781 nömrəli etibarnamədən görünür ki, İddiaçı **-CD-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı nəqliyyat vasitəsini idarə etməyi Cavabdeh1 etibar etmişdir. Etibarnamənin etibarlılıq müddəti xx.xx.2022-ci il tarixədək olmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli rəydən görünür ki, **-CD-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı minik maşınına 2497 manat maddi ziyan dəymişdir. Mədaxil qəbzindən görünür ki, iddianın verilməsi üçün 45 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Tərəflərin izahatlarından da müəyyən edilir ki, tərəflər arasında ziyanın kim tərəfindən vurulması, ziyanın mövcudluğu barədə mübahisə yoxdur, mübahisə vurulmuş ziyanın məbləği ilə əlaqədardır. Məhkəmə hesab edir ki, Cavabdeh2 təqsiri iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 3(049)-865/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə öz təsdiqini tapır. Tərəflər arasında yaranmış mübahisə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir: İddiaçılar vurulmuş zərərin məbləği kimi "xxxx" MMC tərəfindən verilmiş 13 dekabr 2022ci il tarixli rəyə əsaslanmış və həmin rəydə zərərin məbləğinin 2497 manat müəyyyən edilmişdir. Cavabdeh həmin rəyə etiraz etdiyindən onun tərəfindən verilmiş vəsatət təmin edilərək məhkəmənin 18 aprel 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/3536 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1987-ci il buraxılışlı “Vaz-21063” minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 2315,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Ekspertin rəyində onun qeyri-mötəbər olmasını təsdiq edən hər hansı hal olmadığından məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş zərərin məbləği də ekspert rəyi əsasında müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, ƏN-V № 702781 nömrəli etibarnamədən göründüyü kimi **- CD-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı nəqliyyat vasitəsinin sahibi İddiaçı tərəfindən Cavabdeh1 verilmiş etibarnamənin etibarlılıq müddəti yol-nəqliyyat hadisəsi baş verməmişdən öncə, yəni xx.xx.2022-ci il tarixdə bitmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırda Cavabdeh1 sözügedən avtomobilə hər hansı hüququ olmadığından, həmin avtomobilə dəymiş ziyanı da tələb etmək hüququ da yoxdur. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən avtomobilə ziyan vurulduğu üçün, iddiaçılardan da İddiaçı mülkiyyətçi olduğundan, dəymiş zərərin məbləği kimi pul vəsaiti həmin şəxsə, yəni nəqliyyat vasitəsinin mülkiyyətçisinə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 dəymiş ziyana görə 2315 manat və 43,15 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun 1,85 manat hissəsi iddiaçıa aid edilməli, iddia tələbi qalan hissədə rədd edilməli, eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Dəymiş ziyana görə 2315 manat və 43,15 manat pul Cavabdeh2 alınaraq İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 1,85 manat hissəsi iddiaçılara aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-1309/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1309/2023
13.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver