Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-131/2023 20.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 4375.38 (dörd min üç yüz yetmiş beş manat otuz səkkiz qəpik) manat, faiz borcu üzrə isə 951,92 (doqquz yüz əlli bir manat doxsan iki qəpik) manat, ümumilikdə 5327,30 (beş min üç yüz iyirmi yeddi manat otuz qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 74 manat məbləğində vəsaitin tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2036-1014-04 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 36 % ödəmək şərtilə 4500.00(Dörd min beş yüz manat 00 qəpik) manat məbləğində kredit limiti ayrılmışdır və "xxxx" Kredit İttifaqı MMC-i həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2019-cu il tarixdə borclu Cavabdeh1 kredit xətti daxilində xx.xx.2019-cu il tarixli 263№-li ödəniş tapşırığı ilə 4500.00 (dörd min beş yüz manat 00 qəpik) manat məbləğində kredit vermişdir. Bu kreditə zamin kimi öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh2 xx.xx.2019-cu il tarixli 2036-1014-04Z №-li zaminlik müqaviləsi ilə iştirak etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2036-1014-04№-li kredit müqaviləsinin 2-ci bəndinə görə “Bu müqaviləyə əsasən “Borcverən”müqavilənin 2.1 və 2.3-cü bəndlərində göstərilən məbləğdə və müddətə”Borcalan”a kredit xətti ayırır. “Borcalan”isə həmin kreditdən istifadə etməyi və müəyyən müddətdə onu “borcverən”ə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Dəfələrlə Cavabdeh1 və zamini Cavabdeh2 ilə söhbətlər aparılmasına və müqavilə öhdəliyinin yerinə yetirilməsinin onlardan tələb olunmasına baxmayaraq, borcalan və zamini tərəfindən kredit borcunun əsas məbləğinin və əsas məbləğə hesablanmış faiz borcunun kreditora qaytarılması təmin edilməmişdir. Tərəflər arasinda yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün borclu Cavabdeh1 və zamini Cavabdeh2 ilə danışıqlar aparılmış, lakin bu danışıqlardan sonra heç bir nəticə olmamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 41 №-li bildirişlə Cavabdeh1 və xx.xx.2022 tarixli 42 №-li bildirişlə zamin Cavabdeh2 qızma rəsmi xəbərdarlıq edilmiş və kredit borcunun ödənilməsi üçün 11 (on bir) gün vaxt verilmişdir. Buna baxmayaraq borclu tərəfindən kredit borcunun əsas məbləğinin və əsas məbləğə hesablanmış faiz borcunun kreditora qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edib, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2019-cu il tarixli, 2035-1014-03 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" MMC tərəfindən 36% olmaqla 24 ay ərzində qaytarmaq şərti ilə 4500.00 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2019-cu il tarixli, 2036-1014-04/Z saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 2035-1014-03 saylı kredit müqaviləsinə əlavə № 1 ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh1 24 ay müddətində xx.xx.2019-cu il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2021-ci il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi banka qaytarmalı idi. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2019-cu il tarixli, 263 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh1 4500 manat məbləğində nəğd pul verilimşdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş arayışdan görünür ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 4500.00 manat məbləğində kredit götürmüşdür. 05 iyul 2022-ci il tarixə 4375.38 manat məbləğində əsas borc, 951,92 manat məbləğində faiz borcu, ümumilikdə isə 5327,30 manat məbləğində borcu vardır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2022-ci il tarixli, 41 saylı pretenziya məktubundan görünür ki, Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2022-ci il tarixli, 42 saylı pretenziya məktubundan görünür ki, Cavabdeh2 borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş AZE № 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1945-ci il tarixdə Lənkəran rayonun Boladi kəndində doğulmuş Bağırov X2 rayonu, Boladi kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş AZE № ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1979-cu il tarixdə Lənkəran rayonun Boladi kəndində doğulmuş Cavabdeh2 Lənkəran rayonu, Boladi kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 14 iyul 2022-ci il tarixli, 208 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərardadından görünür ki, 2(049)-2705/2022 saylı mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 29 dekabr 2022-ci il tarixli, 9/7600 saylı rəyindən görünür ki, xx.xx.2019-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2021-ci il tarixinə əsas borcu 4375.38 manat, faiz borcu 2423.00 manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertizanın dəyəri 100 manatdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, kreditor "xxxx" MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2035-1014-03 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 36% ödəmək şərtilə 4500.00 manat məbləğində kredit limiti ayrılmışdır və həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2019-cu il tarixdə borclu Cavabdeh1 kredit xətti daxilində 4500.00 manat məbləğində kredit vermişdir. Bu kreditə zamin kimi öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 2036-1014-04/Z saylı zaminlik müqaviləsi ilə iştirak etmişdir. İşin faktiki hallarına əsasən tərəflər arasında bağlanmış 17 iyul 2017-ci il tarixli kredit müqaviləsi əsasında 24 ay müddətinə, illik faiz dərəcəsi 36% оlmaqla, 4500.00 manat məbləğində kredit vəsaitinin verilməsinə, həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmasına, eləcə də borclu Cavabdeh1 öhdəliyini layiqincə yerinə yetirməyərək banka 17 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə kredit borcu yaranması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunur. Göründüyü kimi, öhdəliklər tərəflər arasında bağlanmış müqavilədən əmələ gəlmiş və Cavabdeh1 götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Məhkəmə digər Cavabdeh2 münasibətdə qeyd edir ki, onun öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əsas öhdəliyin icrası vaxtı 17 iyul 2021-ci il tarixdə başa çatmış, lakin kreditor olaraq iddiaçı 17 iyul 2022-ci il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilmişdir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Cavabdeh2 münasibətdə iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünü idarə orqanlarıçıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görəöhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeydolunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə iləayrıqayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbini müzakirə edərkən, məhkəmə aşağıdakı qənaətə gəlir. Beləki, iddiaçı öz tələbində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 4375.38 (dörd min üç yüz yetmiş beş manat otuz səkkiz qəpik) manat, faiz borcu üzrə isə 951,92 (doqquz yüz əlli bir manat doxsan iki qəpik) manat, ümumilikdə 5327,30 (beş min üç yüz iyirmi yeddi manat otuz qəpik) manat kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 74 manat məbləğində vəsaitin tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh1 hissəsində iddia təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 əsas borc üzrə 4375.38 (dörd min üç yüz yetmiş beş manat otuz səkkiz qəpik) manat, faiz borcu üzrə isə 951,92 (doqquz yüz əlli bir manat doxsan iki qəpik) manat, ümumilikdə 5327,30 (beş min üç yüz iyirmi yeddi manat otuz qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 74 manat məbləğində vəsait tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 4375.38 (dörd min üç yüz yetmiş beş manat otuz səkkiz qəpik) manat, faiz borcu üzrə isə 951,92 (doqquz yüz əlli bir manat doxsan iki qəpik) manat, ümumilikdə 5327,30 (beş min üç yüz iyirmi yeddi manat otuz qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 74 manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 tutulub büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. İddia Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-131/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-131/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver