Məhkəmə qərarları › İş №2(049)-132/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-132/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-132/2024 23.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X2 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katbi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə 23 yanvar 2024-cü il tarixdə, Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİR HİSSƏ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, 07.2022-ci il tarixində, Bakı şəhəri ,9 -cu mkr, A.Məmmədov 87/66 ünvanında yerləşən, üç otaqlı mənzilinin təmiri üçün təmirçi briqadanın briqadiri Cavabdeh ilə şifahi razılığa gəlmişdir. Təmir işlərinə başlanılması üçün Cavabdeh ondan müəyyən məbləğdə behi ödəməyi tələb etmiş və o, həmin məbləği tam həcmdə Cavabdeh ödədikdən sonra təmir işlərinə başlanılmışdır. Lakin ödədiyi behin müqabilindən xeyli az işlərin icra olunmasına baxmayaraq, Cavabdeh ondan yeni behin ödənilməsini tələb edərək, əks təqdirdə təmir işlərinin dayandırılacağını bildirmişdir. O, cavabdehə ödədiyi behin məbləğinin müqabilində iş icra olunub təhvil verilməyincə yeni behin ödənilməsinin mümkün olmayacağını bildirmişdir. Nəticədə təmir işləri dayandırılmışdır. Vəziyyətdən çıxış məqsədi ilə icra olunmuş işin həcmi və sərf olunan pul vəsaitinin məbləğinin müəyyən olunması məqsədi ilə, qarşılıqlı razılıq əsasında sifarişçi olaraq o və icraçı tərəfindən Cavabdeh başçılıq etdiyi təmirçi briqadanın iki nəfər üzvündən ibarət komissiya yaradılmışdır. Komissiya, onun ödədiyi behin məbləğinin 3279 (üç min iki yüz yetmiş doqquz) manat hissəsinə uyğun həcmdə işin icra olunmadığını, yəni, cavabdehin ona 3279 manat pul borclu olduğunu müəyyən etmişdir. Cavabdeh komissiyanın gəldiyi nəticə ilə razılaşsa da , 3279 manat pulun müəyyən hissəsini ona qaytarmış, lakin 700 (yeddi yuz) manat borcu ödəməkdən yayınmışdır. Cavabdeh, ona edilən telefon zənglərini bloklalamış və cavab verməmişdir. İddianın hüquqi müstəvidə həlli məqsədi ilə Bakı şəhəri, Binəqədi Rayon Polis idarəsinin 7-ci polis bölməsinə ərizə ilə müraciət etmiş və PB-nin sahə polis inspektoru, polis mayoru, Aqil Sadıqov, onu və cavabdehi bölməyə dəvət edərək ifadələrini almışdır. Cavabdeh, PB-də verdiyi yazılı izahatında ona 700 manat borclu olduğunu etiraf etmiş və bu borcu 2023-cü ilin iyun ayının 30-dək qaytaracağını şəxsən etiraf etmişdir. Əlavə olaraq PB-də ona, bununla əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 700 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 730 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram vuraraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 7-ci PB-nin polis sahə inspektoru X1 İddiaçı müraciəti ilə bağlı görülmüş işlərə dair təqdim etdiyi arayışdan görünür ki, müraciətin icrası ilə bağlı tərəflər PB-nə çağrılaraq hər ikisindən izahat alınmış və Cavabdeh öz izahatında İddiaçı 700 manat borcu olduğunu etiraf edərək, iyun ayının sonuna kimi bu borcu ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya pul borclu olması faktı iş materialları ilə tam təsdiq olunduğu üçün iddia tələbi əsaslı sayılaraq təmin edilməli, Cavabdeh 700 manat məbləğində pul tutularaq, İddiaçı verilməlidir. İşdə olan qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və sonuncudan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 700 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, cəmi 730 (yeddi yüz otuz) manat tutularaq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar