Məhkəmə qərarları › İş №2(049)-1332/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1332/2023

10.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1332/2023 10.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 Sevinc Hüccətulla qızının Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı... göstərilməlidir. İddiaçı MPM-nin 149.2.3-cü maddəsinin tələblərinə əməl etməmiş, öz tələbinin əsası kimi istinad etdiyini təsdiq edən sübutunun siyahısını iddia ərizəsində göstərməmişdir. Belə ki, o, aliment məbləğinin artırılmasını tələb etsə də, sübutlarının siyahısına əvvəlki məhkəmənin qətnaməsini göstərməmişdir. Bundan əlavə onun tələbi də tam dəqiq göstərilməmişdir. O, iddiasının tələb hissəsində alimentin artırılmasını tələb etsə də, konkret olaraq hansı məhkəmənin, hansı tarixli və saylı qətnaməsi ilə qət edilmiş aliment məbləğinin artırılmasını tələb etdiyini göstərməmişdir. MPM-nin 149.2.5-ci maddəsinə əsasən iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Lakin, iddiaçı bir sıra sənədlərini iddia ərizəsinə əlavə etsə də, onları ayrı-ayrılıqda adlarını göstərməmiş, “qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlər” çümləsi kimi ümumi bir ifadə ilə kifayətlənmişdir. Onu da qeyd edim ki, qanunvericiliyin tələblərinə əsasən aliment tələbindən fərqli olaraq, alimentin artırılmasına dair iddia təmin olunacağı təqdirdə alimentin artırılmış hissəsi ərizənin məhkəməyə təqdim edildiyi gündən deyil, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı gündən tutulur. Azərbaycan Respublikası MPM-nin 152.1.1.-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakimi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, İddiaçı zının məhkəməyə daxil olmuş iddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, ərizə Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin məzmununa riayət edilmədən verildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, ərizənin qaytarılmasına əsas olmuş nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar