Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1347/2025 19.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2, eləcə də İddiaçı1 nümayəndəsi, Lənkəran Vəkil Bürosunun vəkili Vəkil, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi barədə ilk və Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı maddi ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddialarına dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: TƏSVİRİ HİSSƏ: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onlara vurduğu 3775 manat miqdarında maddi ziyan pulunun, 435 manat icarəyə götürdüyü avtomaşına görə ödədiyi pulun və ödənilmiş 63 manat dövlət rüsumu tutularaq onlara verilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişlər. İddia tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 mülkiyyətində “KİA CEED” minik markalı ** NL *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın vardır. Həmin avtomaşını qardaşı İddiaçı2 idarə edir. İddiaçı2 30 yanvar 2025-ci il tarixdə, saat 07 radələrində etibarnamə əsasında idarə etdiyi “KİA CEED” minik markalı ** NL *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla köhnə Ələt-Astara avtomobil yolunun 191 km-də Ələtdən Astara istiqamətində hərəkət edərkən, hava qaranlıq olduğundan yolun hərəkət hissəsində olan qara rəngli heyvanı anidən görmüş, nə qədər maşını saxlamağa və hadisədən yayınmağa çalışsa da, bu mümkün olmamışdır. Nəticədə həmin qara rəngdə olan inəyi vurmuş və həmin inək ölmüşdür. Həmin vaxt inəyin sahibi də yanında olmuşdur. O, əvvəlcə özünü Məmmədov Elçin kimi təqdim etmiş və telefon nömrəsini də ona vermişdir. Onun idarə etdiyi avtomaşında başqa adam da olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almasa da, idarə etdiyi avtomaşına maddi ziyan dəymişdir. Baş vermiş hadisə barədə dövlət yol polis əməkdaşları gələrək araşdırma aparmış, yol-nəqliyyat hadisəsinin sxemini çəkmiş və məlum olmuşdur ki, ölən inəyin sahibi Elçin Məmmədov deyil, Cavabdehdur. Yol polis əməkdaşları Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib etmişlər. Hadisə nəticəsində idarə etdiyi avtomaşına dəymiş maddi ziyan ”Kamran” MMC tərəfindən 3775 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh dəymiş ziyanı ödəməkdən imtina edir. Eyni zamanda hadisədən 4 gün sonra maşını yararsız vəziyyətdə olduğundan işə gedib-gəlmək üçün məcburiyyət qarşısında qalaraq gündəlik 20 manat ödəmək şərti ilə icarəyə “Prius” markalı avtomaşın götürmüşdür. Əvvəlcədən də həmin avtomaşına görə 200 manat depozit pulu da ödəmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı1 və İddiaçı2 iddia tələblərinin həcminin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “KİA CEED” miniun markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 3950 manat miqdarında maddi ziyan pulunun, 435 manat icarəyə götürdüyü avtomaşına görə ödədiyi pulun və ödənilmiş 63 manat dövlət rüsumu tutularaq onlara verilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişlər. Ərizələrini onunla əsaslandırmışlar ki, 06 mart 2025-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 vurduğu 3775 manat miqdarında maddi ziyanın, 435 manat icarəyə götürdüyü avtomaşına görə ödədiyi pulun və ödənilmiş 63 manat dövlət rüsumunun tutularaq onlara verilməsi barədə qətnamə edilməsini xahiş etmişlər.Onlar “Kamran" MMC-nin mütəxəssis rəyi əsasında hesablanmış 3775 manat miqdarında maddi ziyanı tələbdə qeyd edib məhkəməyə təqdim etsələr də, cavabdeh həmin məbləğlə razı olmadığından məhkəmə tərəfindən iş müvafiq rəyin alınması üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin 10 iyun 2025-ci il tarixli rəyi ilə “KİA CEED” minik markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan cəmi 3950 manat olaraq qiymətləndirilmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edirlər. Məhkəmənin ayrıca qərardadı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbi barədə ilk iddia tələblərinin həcminin artırılması hissəsində ərizələri baxılmamış saxlanılmışdır. Cavabdeh öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı2 tərəfindən ona vurulmuş 2532 manat maddi ziyanın, 45 manat dövlət rüsumunun, malın qiymətləndirilməsinə görə 190 manat və 50 manat iddia ərizəsinin tərtibinə görə ödənilmiş pulun alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. O, qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə, səhər saat 07:00 radələrində qonşusu X5 ona məxsus olan bir baş iribuynuzlu inəyini öz malları ilə birlikdə kəndin yaxınlığında olan otlaq sahəsinə ötürərkən mallar avtomobil yolunu keçdiyi zaman yüksək sürətlə hərəkətdə olan İddiaçı2, qardaşı İddiaçı1 məxsus olan “KİA” markalı **-NL-*** nömrəli avtomaşınla onun bir baş inəyini vuraraq onu tələf etmişdir. O, hadisə yerinə gələn yol polis əməkdaşlarına izahat verərkən onlara bildirmişdir ki, sürücü onun ziyanını ödəməlidir. Onlar isə ona bildirmişlər ki, güya o, malını özbaşına otlağa buraxdığı üçün ona ziyan ödənilməməlidir. O, onlara izah etmişdir ki, hadisə baş verən yerdən təxminən 100 metr qabaqda mal-qaranın otlaq sahəsinə yerləşməsi ilə bağlı yol nişanı vardır. O cümlədən də həmin ərazi yaşayış sahəsi olduğundan sürət həddi 60 km/saat nəzərdə tutulmuşdur. Həmçinin həmin yerdə piyada keçidi ilə bağlı zolaq da yerləşir. Bununla yanaşı hadisənin baş verdiyi körpüdə yolun daralması barədə yol nişanı da vardır. Bu kimi avtomobillərin hərəkətinin məhdudlaşdırması ilə əlaqədar yol nişanlarının olmasına baxmayaraq sürücü İddiaçı2 yüksək sürətlə avtomaşını idarə etməklə onun bir baş 2500 manat dəyərində inəyini vurub tələf etmişdir. Onu da qeyd etmək istəyir ki, malları ötürən qonşusu Məmmədov Elçin avtomaşının yüksək sürətlə mallara tərəf gəldiyini görüb sürücüyə əlindəki əl fanarını yandıraraq sürəti azaltmağa işarə etmişdir. Yəni o, mal-qaranı özbaşına yola buraxmamışdır. Avtomaşını idarə edən yol hərəkəti tələblərin riayət etməli olan sürücü sürəti azaltmaq əvəzinə öz səhvinə bəraət qazandırır. O, məcbur olaraq aidiyyatı qurumlara müraciət edərək tələf olmuş inəyinin qiyməti barədə arayış almışdır. İddiaçı2 vurulmuş ziayanı ödəmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd etmək istəyir ki, özü şəhid atasıdır. X14 2-ci Qarabağ Müharibəsində gedən döyüşlər zamanı şəhid olmuşdur. Faktiki dolanacaq yeri mal-qara saxlamaqdır. xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında İddiaçı1 və İddiaçı2 iddia tələblərini müdafiə etdiklərini, qarşılıqlı iddianı isə qəbul etmədiklərini və məhkəmə ekspertizanın keçirilməsinə etiraz etmədiklərini bildirdilər. Əlavə olaraq İddiaçı2 bildirdi ki, yol-nəqliyyat hadisəsi baş verdiyi şosse asfalt örtüklü olmuş, hadisə xx.xx.2025-ci il tarixdə, səhər saat 06.40-da baş vermiş, asfalt şehli, avtomobili saz vəziyyətdə olmuş, saatda 70 km surətlə hərəkət etmiş, hava qaranlıq olmuş, səmada ay olmamış, yol suni işıqlandırma işıqları ilə işıqlandırılmamış, bədəni qara, ayaqları isə ağ olan inəyi inəyə 02 metr məsafə qalmış, anidən görmüş, inək yol boyu hərəkət etməmiş, yolu bir tərəfdən o biri tərəfə keçməyə çalışmış, inəyi vurduqdan dərhal sonra tormoz əyləcini basmış, tormoz izi 12 metr təşkil etmiş, inəyi asvaltın hərək hissəsində, öz hərəkət zolağında vurmuş, inəyi vurduqdan sonra sükanında, öz tərəfində olan təhlükəsizlik yastığı açılmış, qarşıdan avtomobil gəldiyi üçün yaxın işıqlarla hərəkət etmiş, hadisə zamanı yanındakı sərnişinlə söhbət etməmişdir. Daha sonra isə bildirmişdir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi diski özləri ona təqdim etmişlər. Həmin diskdəki görüntülərdən görünür ki, qabaqda, qaranlıqda kimsə telefonun işığı ilə onlara işarə edir. Həmin işarə edən şəxs malı yoldan ötürən şəxs deyil, alverə gedən şəxs olaraq onu da avtomobilinə sərnişin kimi götürülməsini istəmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında Cavabdeh ilk iddianı qəbul etməyib, qarşılıqlı iddiasınıl müdafiə edərək göstərmişdir ki, hadisədən 08 gün qabaq tələf olmuş inəyi 2000 manata almışdır. Avtomobilə dəymiş ziyana görə 1500, daha sonra isə daha 200 manat verə bilər. Lakin iddiaçılar onun təklifini qəbul etmirlər. Məhkəmə baxışı iclasında iddiaçılar ilk iddia tələblərini müdafiə etdiklərini, qarşılıqlı iddia tələbini isə qəbul etmədiklərini bildirib ilk iddianın təmin, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etmişlər. İddiaçılardan İddiaçı2 əlavə olaraq bildirmişdir ki, idarə etdiyi avtomobil qardaşı olan digər iddiaçıya məxsus olsa da, hadisə günü sübh qaranlıqda Orxan adlı müştərini götürərək avtomobili idarə etmişdir. Yolda hərəkətdə olduğu zaman, anidən qabağına qara rəngli inək çıxmış, avtomobilin sükanını sola burub onu keçməyə çalışsa da, toqquşmanın qarşçısını ala bilməmişdir. İnəyi vurmasaydı, avtomobili körpüdən aşağı düşəcəkdi. Həmin vaxt saatda 60-70 km. sürətlə avtomobili idarə etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, inəyi görən kimi, avtomobil inəyi vurmuş, inəyi vurduqdan sonra inək avtomobilin arxasına düşmüş, inəyi vurduqdan sonra yol şehli olduğundan avtomobil hadisə yerindən 12-16 metr aralılıqda sürüşərək dayanmış, YPXnin inspektoru hadisə yerinə gələrək oranı lentə almış, hadisə yeri işıqlandırılmamış, yol qaranlıq olmuşdur. İddiaçılardan İddiaçı1 əlavə olaraq bildirmişdir ki, o, avtomobilin mülkiyyətçisidir və buna görə də, cavabdehdən avtomobilinə dəymiş ziyanın əvəzini tələb edir. Məhkəmə baxışı iclasında Cavabdeh ilk iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirdi və məhkəmə iclasında qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Əlavəı olaraq bildirmişdir ki, hadisədən sonra o, iddiaçılara avtomobilə dəymiş ziyana görə 1500 manat pul təklif etmiş, lakin iddiaçılar onun təklifini qəbul etməmişlər. Barəsində inzibati protokol tərtib edilsə də, həmin pörotokol əsasında barəsində hər hansı bir qərar qəbul edilməmişdir. Hesab edir ki, avtomobili idarə edən iddiaçı inəyi vurduğu zaman yuxulu vəziyyətə olmuş və avtomobili yüksək sürətlə idarə etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, tələf olmuş inəyin rəngi qara olmuş, inəyin vurulduğu yerdən inəyin düşdüyü yer arasında 12 metr məsafə olmuş, avtomobilin sürəti 60-70 km.saat arasında olmuşdur. TƏDQİQ OLUNMUŞ SÜBUTLAR : İş materiallarında əlavə edilmiş və qeydiyyat tarixi xx.xx.2024-cü il tarix olan verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KİA” markalı CEED minik modelli, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 məxsusdur. İş materiallarında əlavə edilmiş, xx.xx.2024-cü il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı2 “KİA” markalı CEED minik modelli, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı1 verdiyi etibarnamə əsasında idarə edir. İş materiallarına əlavə edilmiş, xx.xx.2019-cu il tarixdə verilmiş AE 530988 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş Kamran”MMC-nin xx.xx.2025-ci il tarixli rəydə İddiaçı1 məxsus olan “KİA” markalı CEED minik modelli, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın (təmir xərci və ehtiyat hissəsləri ilə birlikdə) miqdarının 3775 manat olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəydə İddiaçı1 məxsus olan “KİA” markalı CEED minik modelli, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın (təmir xərci və ehtiyat hissəsləri ilə birlikdə) miqdarının 3950 manat olduğu qeyd edilmişdir. (Xidmət xərcinin 300 manat olduğu qeyd edilmişdir) İş materiallarına əlavə edilmiş “Liman Şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyəti”i tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyində 4,2 yaşlı, diri çəkisi 240 kq.,Latviya cinsindən döldə 7 aylıq boğaz inəyin qiymətinin 2532 manat olduğu qeyd edilmişdir. Həmin rəyə əlavə edilmiş bildirşdən xidmət xərcinin 190 manat olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh tərəfindən “Liman Şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyəti”nin hesabına 190 manat xidmət xərci ödənilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolunda köhnə Ələt-Astara yolunun Lənkəran rayon ərazisindən keçən 191-ci km-də İddiaçı2 idarə etdiyi “KİA” minik markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobillə asfalt örtüklü yoldan ötürülən bir baş iribuynuzlu heyvanın vurlması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin müvafiq olaraq xx.xx.2025 və xx.xx.2025-ci il tarixli qərardadlarından görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol müvafiq olaraq geri və təkrar geri qaytarılmışdır. Mülki işin məhkəmə araşdırması ilə əlaqədar xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “KİA” markalı CEED minik modelli, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olub-olmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli 8/1082 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2025ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı - hərəkət üçün təhlükə yaranan anda Kia Ceed markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin inəyin vurulma yerindən 31,8 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü İddiaçı2 hadisənin qarşısını qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində hadisənin qarşısını alınması ilə əlaqədar «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. - hərəkət üçün təhlükə yaranan anda Kia Ceed markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin inəyin vurulma yerindən 31,8 metrdən böyük məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü İddiaçı2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Sürücü İddiaçı2 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Nəqliyyat vasitəsinin konstruksiyasının quruluşuna əsasən texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitəsinin sutkanın qaranlıq vaxtı dumansız hava şəraitində yaxın işığında faralarının yaxın vuran işıqları təxminən 50 metr, uzaq vuran işıqları isə təxminən 100 metr məsafədə işıqlanmanı təmin edir. Tormozlama prosesində mal-qaranın vurması zamanı nəqliyyat vasitəsinin malik olduğu kinetik enerjinin bir hissəsinin detalların deformasiya olunmasına sərf olunması nəzərə alınmaqla avtomobilin mal-qaranı vurması zamanı malik olduğu kinetik enerjinin detalların deformasiya olunmasına sərf olunan hissəsinin qiymətinti müəyyən etmək üçün metodika olmadığından Kia Ceed markalı tomobilin hadisədən əvvəlki hərəkət sürətini ekspertiza yolu ilə müəyyən etmək mümkün olmamışdır. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir). İş materiallarına əlavə edilmiş və Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025ci il tarixli ərizəsində qeyd edilmişdir ki, ekspert rəyinə münasibətdə bildirir ki, rəyin nəticə hissəsində ekspert “avtomobilin inəyin vurulma yerindən 31.8 metrdən kiçik məsafədə olması müqabilində sürücünün hadisənin qarşısını almağa texniki imkanının olmamasını” bildirir. Nəzərə çatdırır ki, sürücüyə maneənin olması barədə məlumat hadisə baş verən yerdən 150-200 metr məsafədə bildirilib. Bu faktı məhkəməyə təqdim etdikləri SD diskdən görmək olar. Eyni zamanda inəylərini örüşə aparan qonşusu X5 şəxsən əlində olan fanarın işığı vasitəsi ilə sürücüyə işarə edib malı yoldan ötürmək istəmişdir. Bütun bunlarda göstərir ki, sürücü özü təqsirlidir. Bundan əlavə ekspert rəyində bildirilir ki, nəqliyyat vasitəsinin sutkanın qaranlıq vaxtı dumansız hava şəraitində maneəni faranın yaxın işığında 50 metrdə, uzaq işığında 100 metrədə görməlidir. Lakin sürücü ona maneəyə 150-200 metrə qalmış məsafədə belə məlumat ötürüldüyü halda maneənin qarşısını alınaq üçün heç bir tədbir görməmişdir. SD diskə baxış keçirəndə bütün bu halları görmək olur. Adama elə gəlir ki, sürücü bəlkə də sükan arxasında yuxulamışdır. Çünki, avtomobil inəyə dəyəndən donra sürücü əyləcə basır. Sürücü iddia ərizəsində bildirir ki, hadisənin qarşısını almaq üçün guya bütün addımları atıb. Bu heçdə belə deyil. Çünki, hadisə baş verən yerdə asfalt örtüyünün üstündəki avtomobilin təkərinin tormoz vasitəsi ilə buraxdığı iz inəyin vurulduğu yerdən sonradır. Bu da onu göstərir ki, sürücü hadisəyə kimi avtomobilin əyləc sistemindən istifadə etməyib. Bu faktı məhkəməyə təqdim etdiyi SD diskdəndə görmək olur. Bir daha bildirir ki, sürücü hadisə baş verəndə bəlkə də sükan arxasında yatmışdır. Bundan əlavə ekspert rəyində sürücünün avtomobili 70 km/saat surəti ilə idarə etdiyi göstərilir. O, bununla da razı deyil. Əgər avtomobilin surəti 70 km/saat olmuşsa, o surətdə avtomobilə iddiada göstərilən məbləğdə ziyan necə dəyə bilərdi? Düzdür sənədlərdə inəyin vurulandan sonra 12 metr aralıda düşməsi göstərilsədə, həqiqət budur ki, inəv vurulandan sonra 30 metr məsafədə düşüb. Bu fakt foto şəkillərdə də öz əksini tapır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hadisə zamanı avtomobilin surəti 120-130 km/saat olub. Buna sübut inəy vurulandan sonra 30 metr məsafədə düşməsi, SD diskdən göründüyü kimi sürücünün hadisə baş verəndən dərhal sonra avtomobili idarə edə bilməməsi, hadisədən sonra sürücünün əyləci basmaqla avtomobilin təkərlərinin asfalt örtüyü üzərindən 15-20 metr izlərin buraxdığı, eyni zamanda hadisə baş verəndə orda olan X1 şahidliyi sübutdur. Bir daha bildirir ki, hadisə vaxtı avtomobilin surəti 120-130 km/saat olub, sürücü hadisə vaxtı sükün arxasında yatmış vəziyyətdə (və yaxud da yuxulu vəziyyətdə) olduğundan hadisənin qarşısını almağa tam şəkildə imkanı olduğu halda hadisənin qarşısını almaq üçün heç bir hərəkət etməmişdir. Əgər sürücü hadisə vaxtı diqqətli olsaydı Elçin Məmmədov tərəfindən hadisə olan yerə 150-200 metr məsafədə verilən xəbərdarlıq siqnalı görmüş olardı və hadisənin qarşısını ala bilərdi. Bundan da əlavə ekspert rəyində də göstərildiyi kimi, əgər işıq faralarının yaxın məsafədə görmə məsafəsi 50 metrdirsə (uzaq məsafədə 100 metr) hadisənin qarşısını almaq isə rəyə görə 31.8 metrdir. Yuxarıda qeyd olunanlardan sübut olunur ki, hadisənin baş verməsi sürücünün təqsiri ücbatındandır. Hadisə vaxtı onun özünün günahı olmayıb. Rəyə, SD diskə və digər sübut növlərinə diqqət yetirəndə görünür ki, sürücü Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərini pozub. Bundan əlavə törənmiş olan hadisədə təqsirli olan şəxs sürücüdür. Əlavə olaraq onuda bildirir ki, ilk iddia üzrə göstərilən ziyan məbləği ilə razı deyil. Düzdür o, ilk iddianı qəbul etmir. Çünki, hadisə zamanı təqsirli o deyil, “KİA CEED” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü olub. Lakin, avtomobilə dəyən ziyanın iddia ərizəsində şişirdilmiş formada göstərildiyini düşünür. Göstərilənləri və sübut kimi təqdim olunan sənədləri nəzərə alıb ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında əlavə edilmiş, xx.xx.2025-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X3 “Toyota Prius (hibrid) minik ” markalı , ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı2 verdiyi etibarnamə əsasında idarə edir. İş materiallarına əlavə edilmiş “Kapital bank kartına köçürmə”lərdən görünür ki, naməlum şəxs tərəfindəm EM****** F******-in kartına müxtəlif vaxtlarda 20 manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 63 manat dövlət rüsumu ödəmişlər. İş materiallarına əlavə edilmiş və verilmə tarixi xx.xx.2021-ci il tarixli 003175 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh şəhid ailə üzvüdür. İş materiallarına əlavə edilmiş “Hadisə baş vermiş əraziyə baxışın nəticələrinə dair” protokoldan görünür ki, hadisə baş verən yol ikitərəfli olmaqla üstü asfaltla örtülmüş köhnə Ələt-Astara yoludur. Yolun eni təxminən 7 metrdir. Yol üzrə, Astara istiqamətində hərəkətdə, solda, yoldan təxminən 50 metr aralılıqda MRO-nun binası yerləşir. Həmin binadan 100 metr məsafədə, yolun üstündə körpü yerləşir. Körpünün eni 6 metrdir. Göyşaban istiqamətindən Astara istiqamətinə hərəkət etdiyi zaman, yolun sol səkisində, körpüyə 200-300 metr məsafə qalmış 1.24 - xəbərdarlıq ”Mal-qara keçidi”, 120 metr məsafə qalmış 1.18.1- xəbərdarlıq “Yol daralması”, 100 metr qalmış 1.20 - xəbərdarlıq “Piyada keçidi” yol nişanları quraşdırılmışdır. Körpüyə 10 metr qalmış, camaat tərəfindən mal-qaranın örüşə aparılması üçün nəzədə tutulmuş torpaq yol kəsişməsi vardır. Baxışda iştirak edən İddiaçı2 bildirmişdir ki, avtomobili idarə etdiyi zaman yol boyu vətəndaşlar əllərində olan fonarlarlarla ona işərələr etmişlər. Özü taksi fəaliyyəti ilə məşğul olduğundan, həmin şəxslərin ona “əl” etdiklərini düşünmüşdür. Axırıncı fonarın işığını hadisə yerinə 200 metr qalmış görmüşdür. Baxışda iştirak edən şahid X5 bildirmişdir ki, hadisə günü səhər tezdən, hava açılmamış, inəyləri örüşə ötürmək üçün aparan zaman qonşusu Babəlinin malın da mallarına qatmış, örüş yolu ilə asfalt yol ayrıcısına az qalmış, sol tərəfdən, çinar ağaclarına çatmamış, 500-600 metr məsafədə, asfalt yol ilə avtomobilin gəldiyini görüb əlindəki fonar işığınını yandırıb avtomobilə tərəf çevirib ona işarə vermişdir. Körpüyə 10 metr qalmış maşın asfalt yolu ilə torpaq yol kəsişməsində inəyi vurmuş, nəticədə inək 12-14 metrə qabağa, körpünün üstünə düşmüşdür. Maşın isə inəydən 2-3 metr irəlidə dayanıb qalmışdır. Baxışda iştirak edən şahid X6 bildirmişdir ki, hadisə günü inəyi vuran avtomobilin sərnişini olmuşdur. O, fonar işıqlarını yandığını görməmiş, bir sürü inəyin yol ilə getdiyni görmüş, inəklərdən biri yol kəsişməsində vurulmuş, inək vurulandan sonra 10-12 metr məsafəyə, körpünün üstünə düşmüş, avtomobil isə inəyin atıldığı yerdən 2-3 metr sonra dayanmışdır. İddiaçıların təqdim etdikləri disk məhkəmə iclas zalıındakı monitorda açılmadığı üçün, tərəflərin iştirakı ilə ona Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, iclas zalından kənar bir monitorda baxış keçirilmişdir. “İddiaçıların təqdim etdikləri və videoregistratordan götürülmüş görüntülərə dair diskə baxışın keçirilməsi barədə” protokoldan görünür ki, hadisə günü səhər, hava qaranlıq olmuş, işıqlandırılmayan asfalt yolda sürücü avtomobili idarə etdiyi zaman, yol boyu, asfaltın kənarında işıqlar yanıb sönmüş, Yunis Fərzəlizadə həmin işıqların vətəndaşlar tərəfindən əl telefonları vasitəsilə onların avtomobilə götürülmələri üçün ona işarə etdiklərini bildirmiş, sonuncu, idarə etdiyi avtomobillə “Piyada keçidi” yol nişanı quraşdırılmış lövhənin yanından hərəkətdə olduğu zaman, görüntülərin altında rəqəm 09:09:55 olduğu zaman çöldə bir işığın yanıb sönməsi görünür, 05 saniyədən sonra, görüntülərin altında rəqəm 10:00:00 olan zaman bir daha çöldə işıq yanır və bu zaman avtomobil inəklə toqquşur. Həmin çəkilişlə bağlı iddiaçı Yunis Fərzəlizadə bildirmişçdir ki, həmin çəkiliş idarə etdiyi avtomobilə quraşdırılmış videoreqistartor vasitəsilə həyata keçirilmiş, həmin görüntülərdən görünür ki, havanın qaranlıq vaxtı, işıqlandırılmayan asfalt yolda sürücü avtomobili idarə etdiyi zaman, yol boyu, asfaltın kənarından işıqlar yanıb sönür, Yunis Fərzəlizadə həmin işıqların vətəndaşlar tərəfindən əl telefonları vasitəsilə bir sərnişin kimi götürülmələri üçün ona işarə etdiklərini bildirmiş, sonuncu işarə “Piyada keçidi” nişanına yanında verilmiş, həmin işarədən inəy vurulan ana qədər avtomobil 05 saniyə hərəkətdə olmuşdur. Məhkəmə iclasında ilk iddiaçıların dəvət etdikləri şahid X6 göstərmişdir ki, o, cavabdehi tanımır. Hadisə günü o, Yunisə zəng vurub ona bildirmişdir ki, onu gəlib götürüb Göyşaban kəndinə aparsın. O, sərnişin olaraq Yunisin idarə etdiyi avtomobilin qabaq sağ sərnişin oturacağında əyləşmiş və yatmış vəziyyətdə olmuşdur. Avtomobil inəylə toqquşduqdan sonra oyanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobilin yaxın və ya uzaq işıqlarla hərəkətdə olmasını bilmir, avtomobil 60, 70, 75, 80 km/saat aralılıqlarında hərəkətdə olmuş, yol qaranlıq olmuş, ay çıxmamışdır. Avtomobil inəylə toqquşduqdan sonra, inəkdən təxminən 01 metr sonra dayanmışdır. Həmin hadisədən sonra o, başqa bir taksi sürücüsünü sifariş edib evinə getmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehin dəvət etdiyi şahid X5 göstərmişdir ki, iddiaçılardan İlyası yaxından tanıyır, Babəli isə qonşusudur. Hadisə günü mallarını örüşə aparan zaman “Şəhid bulağı”nın yanında Babəlini görüb onun malının da öz mallarına qatmışdır. Onun özündən qabaq daha bir nəfər öz mallarını örüşə aparırdı. O, mallarla asfalt yoluna çatanda, əlindəki fonarın işığı ilə asfalt yolda hərəkətdə olan avtomobilin sürücüsünə 2-3 dəfə işarə versə də, sürücü onun işarələrinə əhəmiyyət verməmişdir. Bu zaman yolun bu tərəfindən o biri tərəfinə ötürülən mallardan birini, Babəlinin inəyini avtomobil vurmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobil təxminən 100 km/saat sürətlə hərəkət etmiş, hava qaranlıq olmuş, yaxınlıqda MRO-nun binasının işıqları yansa da, həmin işıqlar yola düşməmiş, yol qaranlıq olmuş, göydə ayın olduğunu xatırlamır, əlindəki fonarın işığı ilə sürücüyə işarə etməyə başlayanda, onunla sürücü arasında 150 metr məsafə olmuş, asfalt yol quru olmuş, avtomobil malı vurduqdan sonra onu vurduğu yerdən 20-25 metr aralılıqda, körpünün ortasında dayanmışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilk iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı2 özünün idarə etdiyi “KİA” markalı CEED minik modelli, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobillə cavabdeh X7 məxsus bir baş inəyi vurması nəticəsində həm İddiaçı1 məxsus avtomobil zədələnmiş, həm də cavabdehə məxsus inək ölməklə hər iki iddia üzrə cavabdehlərə maddi ziyan dəymişdir. Hazırda ilk iddia üzrə iddiaçılar cavabdehin özünə məxsus inəyi nəzarətsiz qoyması nəticəsində “KİA” markalı CEED minik modelli, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəydiyini bildirərək cavabdehdən avtomobilə dəymiş maddi ziyanın miqdarı olaraq 3950 manat miqdarında maddi ziyan pulunun, 435 manat icarəyə götürdüyü avtomaşına görə ödədiyi pulun və ödənilmiş 63 manat dövlət rüsumu - cəmi 4448 manat pul tələb edirlər. Cavabdeh isə özünə məxsus inəyi nəzarətsiz qoymadığını, inəyinin kəndçisi Elçin Məmmədovun nəzarəti altında olmasını, hadisəsinin baş verdiyi ərazinin kəndarası yol olmaqla, həmin yerdən mal-qaranın keçib getməsinə hər hansı məhdudiyyət qoyulmadığını, yol nəqliyyat hadisəsinin İddiaçı2un təqsiri üzündən baş verdiyini bildirərək ona məxsus bir baş inəyin ölməsi nəticəsində dəymiş maddi zərərə görə 2532 manat, 45 manat dövlət rüsumunun, malın qiymətləndirilməsinə görə 190 manat və 50 manat - cəmi 2817 manat məbləği iddiaçılardan tələb edir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuş, Lənkəran Rayon Məhkəməsinin müvafiq olaraq xx.xx.2025 və xx.xx.2025-ci il tarixli qərardadları ilə həmin protokol müvafiq olaraq geri və təkrar geri qaytarılmış, bu günədək onun və ilk iddia üzrə iddiaçıların əməllərində hər hansı inzibati xəta tərkibinin olub-olmaması məsələsinə hüquqi qiymət verilməmişdir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının müvafiq rəyi ilə isə yol nəqliyyat hadisəsinin “KİA” markalı CEED minik modelli, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı2 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməməsi nəticəsində baş verdiyi müəyyən edilmişdir. Həmin ekspert rəyinin təsviri və əsaslandırıcı hissələrində qeyd edilmişdir ki, sürücü Y.X11 markalı avtomobili Astara istiqamətində 70 km/saat sürətlə idarə edərkən hərəkət hissəsini sağdan sola doğru keçən inəyi avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Kia Ceed markalı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə yerində tormoz izi qalmışdır... Hadisə baş verdiyi yerdə icazəverilən 60 km/saat hərəkət sürətində Kia Ceed markalı avtomobilin sürücüsü İddiaçı2 hadisənin qarşısını ala bilməsi üçün lazım olan məsafənin kritik qiyməti hesablanır (Kia Ceed markalı avtomobilin sürətinin icazəverilən 60 km/saatdan yüksək hədlərində sürücü İddiaçı2 hadisənin qarşısının almaq imkanı dəyişmir). Mövcud vəziyyətdə sürücü İddiaçı2 hadisənin qarşısını ala bilməsi üçün lazim olan məsafənin kritik qiyməti hesablanır: Va.i Va.i2 60 602 Sk = (t1+t2+0,5 t3)-------+------ = (1,0+0,1+0,5 0,35) ----- + ----- = 41,6 metr; 3,6 26 j 3,6 26 6,8 burada: t1 = 1,0 san - mövcud vəziyyətdə Kia Ceed markalı avtomobilin sürücüsünün reaksiya vaxtı; t2= 0,1 san - Kia Ceed markalı avtomobilin tormoz sisteminin işə düşməsinin gecikməsi vaxtı; t3 = 0,35 san - quru, asfalt örtüklü yolda Kia Ceed markalı avtomobilin yavaşımasının artması vaxtı; Va.i=60 km/saat - hadisə yerində icazə verilən maksimum hərəkət sürəti; j = 6,8 m/san2 - düz, quru, asfalt örtüklü yolda 1 nəfər sərnişini olan Kia Ceed markalı avtomobilin yavaşıması. Aparılmış hesabatdan məlum olur ki, mövcud şəraitdə sürücü İddiaçı2 hadisənin qarşısını ala bilməsi üçün lazım olan məsafənin kritik qiyməti 31,8 metrdir. Hazırki iş üzrə İddiaçı2 baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsə də, məhkəmə işin yuxarıda qeyd edilən faktiki hallarını və ekspert rəyinin mötəbərliyini nəzərə alaraq müəyyən edir ki, yol nəqliyyat hadisəsi məhz “KİA” markalı CEED minik modelli, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı2 təqsiri üzündən baş vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə ilk əvvəl Cavabdeh YNH-də təqsirli olub-olmadığını müəyyən etməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclası zamanı müəyyən olundu ki, hadisə günü, Cavabdeh səhər tezdən, qonşusu X5 öz mallarını örüşə apardığı zaman, “Şəhid bulağı”nın yanında mallarının onun mallarına qatmış, onun şifahi tapşırığına əsasən sonuncu həmin malları örüşə aparmış, Elçin Məmmədov yol kəsişməsindən malları örüşə tərəf keçirmək istəyən zaman, qeyd olunan yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə Cavabdeh X4 tapşırdığı inəyi İddiaçı2 idarə etdiyi avtomobil vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh bilavasitə özü inəyini yol kəsişməsindən ötürməmiş, onu nəzarətsiz asfalt yola buraxmamış, onun inəyini onun tapşırığı əsasında qonşusu X5 yol kəsişməsindən ötürməyə cəhd göstərmişdir. İnəyin yol kəsişməsindən ötürülməsinə və həmin kəsişmədə vurulmasına görə Cavabdeh təqsiri olmadığından, o, hər hansı bir inzibati məsuliyyət daşımır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi, yuxarıda qeyd olunan normalarda da başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Lakin yuxarıda qeyd olundu ki, Cavabdeh tərəfindən bilavasitə zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törədilməmişdir. Məhkəmə İddiaçı2 tərəfindən hadisə zamanı qanuna zidd hərəkət edib-etmədiyinə də qiymət verməyi zəruri hesab edir. Məhkəmə iclası zamanı o, izahat verərək bildirmişdir ki, hadisə zamanı o, avtomobili 70 km/saat sürətdə idarə etmişdir. Məhkəmə hesab edir ki, onun idarə etdiyi avtomobilin sürəti bundan da artıq olmuş və bu hal ilk iddia üzrə iddiaçıların məhkəməyə təqdim etdikləri və avtomobilin videoregistratorundan götürülmüş videogörüntülərlə də bir daha təsdiq olunur. Belə ki, “Hadisə baş vermiş əraziyə baxışın nəticələrinə dair” protokoldan da göründüyü kimi, körpüyə 100 metr qalmış “Piyada keçidi” yol nişanı quraşdırılmışdır. “İddiaçıların təqdim etdikləri və videoregistratordan götürülmüş görüntülərə dair diskə baxışın keçirilməsi barədə” protokoldan isə görünür ki, hadisə günü səhər, avtomobil “Piyada keçidi” yol nişanı quraşdırılmış lövhənin yanından hərəkətdə olduğu zaman, görüntülərin altında rəqəm 09:09:55 olduğu zaman çöldən işığınını yanıb sönməsi görünür, 05 saniyədən sonra, görüntülərin altında rəqəm 10:00:00 olduğu zaman bir daha çöldəki işıq yanır və bu zaman avtomobil inəklə toqquşur. Yəni hər iki protokolun qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, hadisə günü İddiaçı2 idarə etdiyi avtomobillə 100 metr məsafəni 05 saniyəyə qət etmişdir. Avtomobilin 05 saniyəyə 100 metr məsafə qət etməsi, saatda 72 km.-ə bərabərdir Belə ki, bir dəqiqədə 60 saniyə olduğunu nəzərə alsaq, bir dəqiqədə həmin məsafə 1200 metrə ((60 :5) x 100 = 1200), bir saatda da 60 dəqidənin olmasını nəzərə alsaq, saatda 72 km. olur (60 x 1200 = 72000 metr = 72 km.) Məhkəmə onu da qeyd edir ki, hadisə yaşayış məntəqəsində olmuş, yaşayış məntəqələrində avtomobilin sürətinin yuxarı həddi 60 km/saatda nəzərdə tutulmuşdur. İddiaçı2 avtomobilini 72 km/saatda idarə etməklə, avtomobilin inəylə toqquşubtoqquşmamasından asılı olmayaraq, inzibati xətaya yol vermişdir. Bundan əlavə inəyin vurulduğu yerə yaxın olan körpüyə 200-300 metr məsafə qalmış ”Mal-qara keçidi”, 120 metr məsafə qalmış “Yol daralması”, 100 metr qalmış “Piyada keçidi” xəbərdar edici yol nişanları quraşdırılmışdır. İddiaçı2 həmin xəbərdaredici nişanları gördüyü halda maksimal dərəcədə diqqətli və ehtiyyatlı olmalı halda, onlara məhəl qoymamış, nəticədə idarə etdiyi avtomobillə inəyti vurmuşdur. Məhkəmə onu da qeyd edir ki, İddiaçı2 məhkəmə iclası zamanı bildirmişdir ki, hadisə zamanı o avtomobili yaxın işıqlarla idarə etmişdir. Ekspert rəyindən də göründüyü kimi, nəqliyyat vasitəsinin sutkanın qaranlıq vaxtı dumansız hava şəraitində yaxın işığında faralarının yaxın vuran işıqları təxminən 50 metr məsafədə işıqlanmanı təmin edir. Yəni, İddiaçı2 avtomobilin yaxın işıqları ilə hərəkətdə olduğundan o, 50 metr məsafədən qarşısında olan maneəni, yəni inəyi görməli idi. Həmin ekspert rəyində qeyd edilmişdir ki, inəyin vurulma yerindən 31,8 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü İddiaçı2 hadisənin qarşısını qarşısını almağa texniki imkanı olmur və bu halda onun hərəkətlərində hadisənin qarşısını alınması ilə əlaqədar «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmur. Hərəkət üçün təhlükə yaranan anda Kia Ceed markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin inəyin vurulma yerindən 31,8 metrdən daha çox məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü İddiaçı2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Sürücü İddiaçı2 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Göründüyü kimi, İddiaçı2 avtomobilinin yaxın vuran işıqlarla idarə edərək inəyi ona 50 metr məsafədə görməli olduğu halda, görməmiş, onu məsuliyyətdən azad edən 31,8 metr məsafədən daha böyük məsafə qalmış vurmuş, bununla da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. Bundan əlavə o, yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 72 km/saat sürətlə idarə edərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuşdur. Beləlikjlə işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, “KİA” markalı CEED minik modelli, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi və avtomobilin mülkiyyətçisinə maddi ziyan dəyməsi Cavabdeh təqsiri üzündən deyil, İddiaçı1 etibarnamə verdiyi şəxs - digər İddiaçı2un təqsiri üzündən baş vermişdir. Belə ki, cavabdehə məxsus bir baş inək yolda nəzarətsiz qalmamış, onu onun şifahi tapşırığına əsasən digər şəxs nəzarəti altında yolldan ötürməyə çalışmış, həmin şəxs bu zaman əlindəki fonarın işığı ilə işarə edərək sürücünü ehtiyyatlı olmağa çağırmış, inək yaşayış məntəqələrinin yerləşdiyi ərazidə yolu keçərkən İddiaçı2 idarə etdiyi avtomobillə vurulmuşdur. Hətta həmin inək yolda nəzarətsiz qalmış olsaydı belə, İddiaçı2 avtomobili yaşayış məntəqəsində 60 km/saatda idarə etməli olduğu, 72 km/saatda idarə etmiş, yolun kənarında dayanmış şəxslər tərəfindən əllərindəki fonarlar və telefonlarla işıqları yandırıb ona işarələr etmələrinə baxmayaraq avtomobilin sürətini aşağı salmamış, daha ehtiyyatlı və diqqətli olmalı halda, olmamış və hadisənin qarşısını almaq üçün digər zəruri tədbirləri görməmiş, nəticədə yol nəqliyyat hadisəsi baş vermiş və inəklərdən biri tələf olmuşdur. Qeyd edildiyi kimi, İddiaçı2 hadisənin qarşısını almaq üçün texniki imkanı olmuş, lakin o, özünün də etiraf etdiyi kimi avtomobili inəyi vurduqdan sonra dayandırmışdır. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, bir baş inəyin yolda olması ilə İddiaçı2un törətdiyi yol nəqliyyat hadisəsi arasında səbəbli əlaqə olmamış, həmin yolda və ya yolun kənarında digər hər hansı maneə (ağac, daş və s.) olduğu halda da, iddiaçı tərəfindən yol-nəqliyyat hadisəsinin törədilməsi təhlükəsi real olmuşdur. Eyni zamanda, iş materiallarında olan, yol-nəqliyyat hadisəsinin sxemindən də göründüyü kimi, hadisənin baş verdiyi yolun eninin 7 metrdən ibarət olması, inəyin yolun İddiaçı2 aid hərəkət hissəsində (3,5 metr enində hissədə) olması və həmin hərəkət hissəsində də avtomobil tərəfindən vurularaq öldürülməsi inəklərin yola qəfildən çıxmadıqlarını, elə əvvəlcədən yolda olduqlarını, İddiaçı2 isə buna fikir vermədən yoluna davam etdiyini və məhz bunun nəticəsində yol-nəqliyyat hadisəsinin baş verdiyini müəyyən etməyə əsas verir. İnəyin yolun hərəkət hissəsinə qəfildən çıxdığını, bu səbəbdən də İddiaçı2un hadisənin qarşısını almağa texniki imkanının olmadığını təsdiq etmək üçün iddiaçılar tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə, iş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının müvafiq rəyinin nəticələrinə görə İddiaçı2 inəyi ona 50 metr məsafə qalmış görməli olduğunu nəzərə alaraq hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ona görə məhkəmə hesab edir ki, avtomobilə dəymiş maddi ziyana görə cavabdeh maddi məsuliyyət daşımır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdeh tərəfindən iddiaçılara maddi zziyanın vurulması faktı sübuta yetirilmədiyindən “KİA” markalı CEED minik modelli, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə cavabdehdən 3950 manat pul tutulmasına dair ilk iddia tələbi rədd edilməlidir. İş materiallarından və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi hava şəraitində, yəni havanın qaranlıq vaxtı, lakin dumanlı olmayan hava şəraitində İddiaçı2un avtomobilin faralarının yaxın işıqları ilə qarşı tərəfi ən azı 50 metr məsafədə görmək imkanı olmuşdur. Yəni, onun vurduğu inəyə 50 netr məsafə qalmış o, inəyi görməli, baş verə biləcək istənilən hadisənin qarşısını almaq üçün avtomobili saxlamalı və ya maneədən yayınmaq üçün bütün zəruri tədbirlər görməli idi. İddiaçı2 isə bunların heç birinə riayət etməyərək yol-nəqliyyat hadisəsinin baş vermə təhlükəsi real olduğu halda, səhlənkarcasına özünə güvənərək yol-nəqliyyat hadisəsinin baş verməsinə bilavasitə şərait yaratmış və səbəb olmuş, bununla da bir baş inəyin ölməsi nəticəsində cavabdehə maddi ziyan dəymişdir. Həmin əsaslara görə məhkəmə hesab edir ki, bir baş inəyin ölməsi nəticəsində cavabdehə maddi ziyanın dəyməsi iddiaCavabdeh dəymiş maddi ziyan təqsirkar şəxs(lər)dən tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı1 mülkiyyətçi kimi özünə məxsus “KİA” markalı CEED minik modelli, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün digər İddiaçı2 etibarnamə verdiyindən, sonuncu isə həmin nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətdiyindən, hadisə nəticəsində digər şəxslərə dəymiş zərərə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə hər iki iddiaçı birgə məsuliyyət daşıyırlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, bir baş inəyin ölməsi nəticəsində cavabdehə dəymiş maddi ziyan “KİA” markalı CEED minik modelli, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi kimi İddiaçı1 və yol nəqliyyat hadisəsi zamanı “KİA” markalı CEED minik modelli, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs kimi İddiaçı2dan tutularaq cavabdehə ödənilməlidir. Məhkəmə cavabdehə dəymiş maddi zərərin miqdarını müəyyən edərkən işin yuxarıda qeyd edilən faktiki hallarını, hadisə nəticəsində cavabdehə məxsus bir baş inəyin ölməsini, inəyin bazar satış qiyməti barədə “Liman şəhər İstehsal-İstehlak kooperativi Cəmiyyəti” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyi əsas götürərək inəyin dəyərinin orta hesabla 2532 manat miqdarında müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Tələf olan inəyin dəyərinin verilmiş rəydə qeyd edildiyindən daha az miqdarda olması ilə bağlı iddiaçılar tərəfindən də məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla ilk iddia tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün iddiaçılar tərəfindən ödənilmiş 63 dövlət rüsumu məbləğ onların özlərinə aid edilməlidir. Məhkəmə hesab edir ki, malın qiymətləndirləməsinə görə cavabdehin ödədiyi 190 manat iddiaçılara aid edilməli və müştərək olaraq onlardan alınaraq cavabdehə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, cavabdeh iddia ərizəsinin tərtibinə görə tərəfindən 50 manat pul və 45 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı mötəbər sübut təqdim etmədiyindən qarşılıqlı iddia tələbinin həmin hissəsi təmin edilməməlidir. Bu zaman nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən dövlət rüsumunun ödənilməməsi, qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsas deyildir. Belə ki, cavabdeh şəhid ailəsi üzvüdür. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qaqnunun 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri məhkəmədə verilən iddialar üzrə dövlət rüsmunu ödəməkdən azaddırlar. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia 96 % təmin edildiyindən, həmin qarşılıqlı iddianın verilməsi üçün nəzərdə tutulan 45 manat məbləğin 96%-i olan 43.20 manat dövlət rüsumu İddiaçı1 və İddiaçı2 aid edilməli və ondan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə ekspertizalar məhz İddiaçı2 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olubolmamasını müəyyən etmək üçün təyin edildiyindən və onun təqsirli olması sübuta yetirildiyindən məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərci olan 100 və 300 manat məbləğ də iddiaçılardan müştərək qaydada müvafiq olaraq 100 və 300 manat alınaraq müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin və "xxxx" MMC-nin hesablarına ödənilməlidir. Məhkəmə, İddiaçı1 nümayəndəsi Vəkil Cavabdeh tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndi və 39-cu maddəsinin 2ci hissəsinin tələblərini pozması, bununla da inzibati xəta törətməsi, YNH-də təqsirli olması ilə əlaqədar göstərdiyinə qiymət verərək qeyd edir ki, həmin Qanunun 11-ci maddəsinin 6cı bəndinə əsasən avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsi qadağandır. Həmin Qanunun 39-cu maddəsinin 2-ci hissəsinə əsasən isə malqara ötürənlər sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər. Məhkəmə bir daha qeyd edir ki, inəyi yol kəsişməsindən ötürməyə Cavabdeh deyil, onun tapşırığı əsasında hərəkət edən Elçin Məmmədov cəhd göstərmişdir. Buna görə də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndi və 39-cu maddəsinin 2-ci hissəsinin tələbləri Cavabdeh tərəfindən pozulmamışdır. Bundan əlavə həmin yolun kənarında 03 xəbərdaredici, o cümlədən də ”Mal-qara keçidi” nişanı quraşdırılmışdır. Lakin, sürücü həmin nişana da məhəl qoymamışdılr. Qeyd olunan Qanunun 39-cu maddəsinin 3-cü hissəsinə əsasən mal-qara ötürənlər mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər. Məhkəmə iclasında sübuta yetirildi ki, malı yoldan ötürməyə cəhd etmiş Elçin Məmmədov son ana qədər, mal-qaraya nəzarət etməklə yoldan ötürmək məqsədilə, əlindəki fonarın işığı ilə sürücüyə işarələr edərək onu diqqətli olmağa cağırmış, lakin sonuncu həmin işarələrə məhəl qoymamış və nəticədə YNH baş vermişdir. Bütün bunlar ona dəlalət edir ki, baş vermiş YNH-də Cavabdeh təqsiri olmamışdır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214.3, 214.4, 100-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İlk iddia təmin edilməsin. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmiş dövlət rüsumu məbləği onların özlərinə aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı1 və İddiaçı2 müştərək qaydada 2532 manat maddi ziyan məbləği və 190 manat mütəxəssis rəyinin verilməsi üçün xidmət xərci, cəmi 2722 manat məbləği alınaraq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı1 və İddiaçı2 aid edilsin və onlardan müştərək qaydada alınaraq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. İş üzrə 300 (üç yüz) manat ekspertiza xərci İddiaçı1 və İddiaçı2 aid edilsin və onlardan müştərək qaydada alınaraq aşağıdakı hesaba köçürülsün: VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan və qarşılıqlı iddia 96 % təmin edildiyindən, qarşılıqlı iddianın verilməsi üçün nəzərdə tutulan 45 manat məbləğin 96%-i olan 43.20 manat dövlət rüsumu İddiaçı1 və İddiaçı2 aid edilsin və onlardan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-1347/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1347/2025
19.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver