Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1381/2025 22.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi (qardaşı) Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin zəbtdən azad edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran regional “ASAN xidmət” mərkəzinin mütəxəssisləri tərəfindən Lənkəran rayonu, Hirkan qəsəbəsi ərazisində yerləşən 0.31 ha pay torpaq sahəsinə yerində müayinə keçirilməsi üçün Cavabdeh və onun ailə üzvlərinin tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü il tarixdə Lənkəran rayonu, Avrora qəsəbəsində anadan olmuşdur. Hazırda da ailə üzvləri ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 23 yanvar 1998ci il tarixli 01 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə Lənkəran rayonu, Hirkan qəsəbəsi ərazisində 0,31 ha pay torpaq sahəsi verilmişdir. Bu barədə onların adına torpağa mülkiyyət hüququna dair JN-115 KOD-80203016 saylı dövlət aktı verilmişdir. Hazırda onlar həmin torpaq sahəsinə dair çıxarış əldə etmək istəyirlər. Bununla bağlı o, Lənkəran regional “ASAN xidmət” mərkəzinə müraciət etmiş, həmin idarənin mütəxəssisləri onların mülkiyyətilərində verilmiş torpaq sahəsinin sərhədlərini naturada tanıdılmasına köməklik göstərərkən onlara məxsus torpaq sahəsinin bir qisminin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən istifadə edildiyindən və cavabdeh onu həmin torpaq sahəsinə buraxmadığına Lənkəran regional “ASAN xidmət” mərkəzinin əməkdaşları onlara məxsus torpaq sahəsinin sərhədlərini naturada müəyyən edə bilməyiblər. Lənkəran regional “ASAN xidmət” mərkəzinin mütəxəsisləri həmin torpaq sahəsinə baxış keçirə bilmədikləri üçün və sözügedən daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edə bilmədikləri üçün, yəni torpaq sahəsini müayinə etmək üçün şərait yaradılmadığı üçün onun ərizəsini icrası mümkün olmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə sonradan Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun ailə üzvlərinin qanunsuz olaraq zəbt etdkləri Lənkəran rayonu, Hirkan qəsəbəsi ərazisində yerləşməklə iddiaçının mülkiyyətində olan 0,31 ha pay torpaq sahəsinin zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, nə o, özü nə də ki, ailə üzvləri İddiaçı mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişlər və orada heç bir tikili inşa etməmişlər. İstifadə olan torpaq sahəsi ona qanuni əsaslarla ayrılmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN 115 KOD 80203016 №-li Dövlət aktından görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 23 yanvar 1998-ci il tarixli 01 saylı qərarına əsasən Lənkəran rayonu, Hirkan qəsəbəsi yerləşən 0,31 ha ölçüdə kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi İddiaçı və onun ailə üzvü olan X2 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 10/5022 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2036/2025 saylı mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli Qərarı ilə JN-115 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında İddiaçı və ailə üzvünün mülkiyyətlərində olan Lənkəran rayonu, Hirkan qəsəbəsi ərazisində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki vəziyyətdə bütövlüklə cavabdeh Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur. Cavabdeh Cavabdeh istifadəsində olan mübahisəli 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində tikilinin mövcud olmaması müəyyən olunmuşdur. Torpaq sahəsinin Cavabdeh tərəfindən məftil ilə çəpərə alınaraq istifadə edilməsi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, hazırki iddia tələbi üzrə İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, hazırki mülki iş üzrə mütəxəssis rəyinin verilməsi üçün İddiaçı tərəfindən 95 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsində qeyd edilmişdir ki, fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, hazırki iddia tələbində İddiaçı Cavabdeh və ailə üzvlərin onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin zəbtən azad edilməsini tələb edir. Lakin cavabdeh məhkəmə iclasında bunu təkzib edərək, idiaçıya məxsus olan torpaq sahəsini zəbt etmədiyini bildirir. İş materiallarına əlavə edilmiş ekspert rəyində də İddiaçı mülkiyyətində olan, Lənkəran rayonu, Hirkan qəsəbəsi ərazisində yerləşən 0,31 ha pay torpaq sahəsinin faktiki olaraq Cavabdeh istifadə etməsi müəyyən olunmuşdur. Odur ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin edildiyinə görə Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti X1 (kod:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab: AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Mütəxəssis rəyinə dair ödənilmiş 95 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, cəmi 195 manat mbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Cavabdeh Rəhimov X3 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli Qərarı ilə ayrılmış və JN-115 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında İddiaçı və ailə üzvünün mülkiyyətində olan Lənkəran rayonu, Hirkan qəsəbəsi ərazisində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti X1 (kod:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab: AZ34CTRE ********************) xeyrinə tutulsun. Mütəxəssis rəyinə dair ödənilmiş 95 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat olmaqla, cəmi 195 manat mbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1381/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1381/2025
22.09.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver