Məhkəmə qərarları › İş №2(049)-1392/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1392/2025

17.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1392/2025 17.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, iddiaçı Lənkəran rayonu Gərmətük Bələdiyyəsinin sədri Rzayev Təmirlan Ağamirzə oğlunun, Cavabdeh iştirakı ilə, Lənkəran rayonu X1 Akif Ağacan oğluna qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Lənkəran rayonu X2 Akif Ağacan oğluna qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında Rzayev Təmirlan Ağamirzə oğlu ərizə verərək iddia ərizəsini ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddia ərizəsini ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etməmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını araşdırıb, hesab edir ki, iddiaçın ərizəsi təmin olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə hazırlıq iclasından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6.-261.0.8.ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiacının vəsatəti əsasında ərizə qaytarıla bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 170, 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Rzayev Təmirlan Ağamirzə oğlunun ərizəsi təmin olunsun. Lənkəran rayonu X1 Akif Ağacan oğluna qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar