Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-143/2025 25.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X7, İddiaçı: İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə, Cavabdeh: Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair iddiasına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş ********* saylı çıxarış sənədinə əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Lənkəran Rayonu Kənarmeşəı kəndində yerləşən (0,37 ha) torpaq sahəsinin tam hissəsində Cavabdeh1 tərəfindən metal tor çəpərlənmiş çəpəri cavabdehin hesabına sökülməsini, törədilən maneələrin aradan qaldırılmasını və torpağın qanunsuz zəbtindən azad olmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandılmışdır ki, iddiaçılar hazırda ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Kənarmeşə kəndində qeydiyyatdadırlar və yaşayırlar. Lənkəran rayon Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Sözü gedən torpaq sahəsi Kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmin torpağın sahəsi 0.37 ha təşkil edir Demək olar ki, uzun müddətdir ki, cavabdeh ailə üzvlərin məxsus torpaq sahəsini tam hissəni qanunusuz zəbt etmişdir. Bundan sonra sözü gedən torpaq sahəsinə DƏDRX-nın Lənkəran şəhər Ərazi İdarəsinin mülkiyyət hüquqlarının qeydiyyatı barədə texniki pasportun tərtib etmiş və müvafiq çıxarışın verilməsi məqsədi ilə yerində müayinə aparmaqla koordınat; nöqtələri dəqiqləşdirmiş, mövcud vəziyyətə uyğun həmin torpağın texniki pasportu tərtib etdikdən sonra xx.xx.2024-cü il tarixli çıxarış verilmişdir, iş üzrə Cavabdeh1 tərəfindən ailə üzvlərinə məxsus torpaaq sahəsində limon ağacları əkmişdir. Bu barədə Kənarmeşə bələdiyyəsinə də nümayəndəsinə müraciət etmişdir. Lakin cavabdeh məxsus torpaq sahəsini ayırılmağına imkan vermir. Cavabdehin torpağa dair mülkiyyət hüququ olmadan maneələr yaradır. Dəfəflərlə torpağına daxil olmağıma imkan verməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinə məhkəməyə rəy əqdiın edilməsindən ötrü müayinənin (çöl ölçmə işlər) aparılmasına gorə Əmlak Məsələləri Dövlət Xidməti əməkdalarını Lənkəran rayonu Kənarmeşə kəndində ailəsinə məxsus torpaq sahəsinə yerində baxış keçirilməsini baxış nəticəsində rəy verilməsinə köməklik edilməsini xahiş etmişdir. 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024- cü il tarixli məktubla cavab olaraq göstərmişdir ki, yaranmış mübahisə ilə əlaqədar məhkəmədən müvafiq sorğu, bildiriş və sərancam daxıl olduğu təqdirdə əsaslığı və qanuniliyi baxımından münasibət bildiriləcəkdir. Həmçinin ərazidə başqa şəxs tərəfindən metal tor çəpərlə çəpərlənmişdir. Cavabdeh ilə bir neçə sözü gedən torpaq sahəsində iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə torpağımızı zəbtdən azad olması barədə söbəti olmuşdur O, bildirdi bu torpaq sahəsindən xoşu gəlir bu səbəbdən torpağı azad etmək istəmir. Hara istəyirsən şikayət edə bilərsən. Məhz bu səbəbdən cavabdehin qanunsuz və özbaşnalıq hərəkətlərindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Daha sonra İddiaçı2 nümayəndəsi və vəkili Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə torpaq sahəsinin 0.033 ha hissəsinin də Cavabdeh2 tərəfindən zəbt edildiyini bildirib onu da cavadeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək bildirdi ki, torpaq sahəsi 2000-ci ildən cavabdehlər tərəfindən zəbt edilmişdir. O və qardaşları Rusiya Federasiyasında olduğundan torpağa nəzarət edə bilməmişlər, lakin qardaşı Babək hər dəfə Lənkəran rayonuna gələndə Cavabdeh1 torpaqdan çıxmasını bildirmişdir. Ona torpaq sahəsi lazımdır, cavabdehin əkdiyi ağacları da özü ilə aparmasına etirazı yoxdur. iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclaslarında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, həmin torpaq shəsini 20 ildən çox müddətdir ki, dəyişmişdir. X10 adlı şəxsin ağsaqqallığı ilə ona məxsus torpaq sahəsi ilə iddiaçıların atası Məmmədağaya məxsus torpaq sahəsi dəyişmişdir. O, həmin torpaq sahəsində ağaclar əkmiş və həmin ağaclara pul sərf etmişdir. Həmin ağaclara görə ildə yeddi-səkkiz min miqdarında gəlir əldə etmişdir. Bu müddət ərzində iddiaçılar həmin torpaqda onun ağac əkməsini görmüş, lakin ona hər hansı etiraz etməmişlər. Təxminən son bir ildə ona torpaq sahəsindən çıxmasını bildirmişlər. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, iddianı tam qəbul edir, torpaq sahələri atalarının vaxtında dəyişmişdir, hazırda həmin torpaq sahəsindən çıxamağı qəbul edir, iddiaçıdan vaxt istəmiş və buna dair razılaşmaları olmuşdur. İddianın təmin edilməsinə etirazı yoxdur. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış **********92 reyestr nömrəli, **********8 qeydiyyat nömrəli çıxarışdan görünür ki, Lənkəran rayonun Kənarmeşə kəndində yerləşən 0.37 ha torpaq sahəsi İddiaçı2, X3, İddiaçı1, X2 və X1 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin məktubundan görünür ki, Lənkəran rayonun Kənarmeşə kəndində yerləşən və xx.xx.2024cü il tarixli ********** nömrəli Reyestrdən çıxarış əsasında mülkiyyətə verilmiş torpaq sahəsinin naturada yerinin koordinatlar üzrə tanıdılmasına köməklik göstərilməsi ilə bağlı mütəxəssisi tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilərkən ərazi başqa vətəndaş tərəfindən metal tor çəpərlə çəpərləndiyindən naturada yerinin tanıdılması mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş ********** nömrəli qəbzdən görünür ki, İddiaçı1 məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 16175 nömrəli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən mütəxəssis rəyi üçün smetada nəzərdə tutulmuş 95 manat ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 07 iyul 2025-ci il tarixli 10/3489 nömrəli məhkəmə tiktinti-texniki ekspertiza rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-114/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-230 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********92 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və qeyrilərinin Ümumi birgə mülkiyyətində olan 0,37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin həmin "Torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə koordinatları ilə iddiaçıların naturada göstərdiyi torpaq sahəsinin koordinatlarının üst- üstə düşməsi, konfiqurasiya fərqinin mövcud olmaması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-114/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-230 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********92 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,337 ha hissəsinin Cavabdeh1 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Qalan 0,033 ha hissəsinin isə digər şəxs-X4 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-114/2025 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-230 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********92 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində tikilinin mövcud olmaması müəyyən meyvə ağaclarının mövcud olması müəyyən edilmişdir. Ekspertizanın dəyəri 50 manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və X11 İnstitutunun xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarışda göstərilən 0.37 hektar torpaq sahəsində müxtəlif karkaslarda çoxillik meyvə (sitrus) ağacları, həmçinin müxtəlif sitrus ağacları vadır. xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarışda göstərilən 0.37 hektar torpaq sahəsində olan çoxillik meyvə ağaclarının hazırki vəziyyətdə real bazar dəyəri 5675 manatdır. Qeyd: 62 ədəd 8 illik limonun hər biri 40 manatdan 2480 manat; 66 ədəd 4 illik limon ağacı 20 manatdan 1320 manat; 15 ədəd 10 illik feyxoa ağacları hər biri 30 manatdan 300 manat; 10 ədəd feyxoa ağacı 3 illik 8 manatdan 80 manat; 13 ədəd 5 illik limon ağacı hər biri 15 manatdan 195 man; 33 ədəd müxtəlif sortlu 5 ildən 18 ilədək yaşı olan meyvə ağaclarının ümumi dəyəri təqribən hər biri 30 manatdan 1000 man dəyəri nəzərdə tutulur. Qeyd: Satış qiymətlərinin bu günkü bazar qiymətinə nisbətən dəyişilməsi mümkündür. xx.xx.2024-cü il tarixli 22240 13938 nömrəli çıxışında göstərilən 0.37 ha torpaq sahəsində olan çoxillik meyvə ağaclarının baxılmasına (gübrələnmə, suvarma, budama və s.) il ərzində təqribən 1500 man xərc çəkilə bilər. xx.xx.2024-cü il tarixli **********38 nömrəli çıxarışda göstərilən 0.37 ha torpaq sahəsində olan çoxillik meyvə ağacları torpaq sahəsindən ayrılıb götürüləcəyi halda, həmin ağacların başqa ərazilərdə əkilməsi yaşlı ağaclarda mümkün deyil. xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarışda göstərilən 0.37 ha torpaq sahəsindən ayrılaraq götürüləcəyi halda torpaq sahəsinin münbit qatı zədələnə bilər Məhkəmə, izahatları dinləyib, iddia ərizəsində göstərlənlərlə iş materiallarında olan sənədləri qarşılıqlı şəkildə tədqiq edərək aşağıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Hazırkı işin hallarından da görünür ki, iddiaçı ona məxsus olan mülkiyyətdən tam istifadə edə bilmir və cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadə edilir. Belə ki, iş materialları ilə sübuta yetirilir ki, iddiaçı özünə məxsus 0.37 ha torpaq sahəsinin 0.337 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə edildiyi üçün, 0.033 ha hissəsi isə Cavabdeh2 tərəfindən istifadə edildiyi üçün istifadə edə bilmir və həmin hissələr fatktiki vəziyyətə cavabdehlər tərəfindən istifadə edilir. Məhkəmə, iddiaçının “metal tor çəpərlənmiş çəpəri cavabdehin hesabına sökülməsi” hissəsinə münasibətdə bildirir ki, nə mütəxəssis rəyi, nə də ekspert rəyi ilə qeyd olunan mübahisə predmeti ərazidə metal torun olması təsdiqini tapmadığından iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə, cavabdehin mübahisə predmeti olan torpaq sahəsində əkdiyi çoxillik ağaclarla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-761/2022 nömrəli qərarındakı mövqeyi rəhbər tutaraq qeyd edir ki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Göstərilən hallar iddiaçının izahat və məhkəməyə təqdim etdiyi sübut siyahısı ilə yanaşı, məhkəmə araşdırmasını zamanı əldə edilmiş məhkəmə ekspertiza rəyi ilə də tam sübuta yetirilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçıların torpaq sahəsindən qanunsuz istifadə etməsi məhkəmədə tam sübuta yetirildiyindən iddia təmin edilməlidir. Eyni zamanda cavabdehlər tərəfindən torpaq sahəsinin qanunsuz istifadə edilməsi Cavabdeh2 izahatı ilə və iddianı tam qəbul etməsi ilə də təsdiq edilir. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında dindirilmiş tərəfləri, araşdırılmış sübutları, eləcə də Cavabdeh2 iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarışa əsasən Lənkəran rayonu Kənarmeşə kəndində yerləşən İddiaçı1, İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,37 ha torpaq sahəsinin 0.337 ha hissəsi Cavabdeh1 0.033 ha hissəsi Cavabdeh2 qanunsuz sahibliyindən azad edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilsin. xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarışa əsasən Lənkəran rayonu Kənarmeşə kəndində yerləşən İddiaçı1, İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,37 ha torpaq sahəsindən istifadə edilməsinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələr aradan qaldırılsın. İddia qalan hissədə- “metal torla çəpərlənmiş çəpərin cavabdehin hesabına sökülməsi” hissəsində təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş 95 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı1 verilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-143/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-143/2025
25.08.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver