Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1437/2024 01.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, iş üzrə Cavabdeh2 qeydiyyat ünvanı Lənkəran rayonu, Zövlə kəndi olsa da, digər Cavabdeh1 qeydiyyat ünvanı Bakı şəhəri, Yasamal rayonu, 2-6-19 ünvanıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 35.1ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 36.2-ci maddəsinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Məhkəmə tərəfindən iddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında avtomobil alğı-satqısına görə münasibət olmuş və buna görə iddiaçı cavabdehə pul vermişdir. Həmin hal iddia ərizəsində ətraflı şəkildə göstərilmişdir. Cavabdeh Rzazadə X1 rayonu, Zövlə kəndində doğulsa da, Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatdadır. İddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh2 isə hazırkı iş. üzrə hansı əsasla cavabdeh şəxs qismində iştirakı müəyyən edilməsi mümkün olmamışdır. Yəni Cavabdeh2 qarşı hansı faktiki əsasla (hüquqi əsasla deyil) iddia irəli sürülməsi müəyyən deyil. MPM-nin 149.2.1-ci maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin indiki halda iddiaçı tərəfindən Cavabdeh2 qarşı irəli sürülmüş tələbin əsası kimi hər habsı sübut məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsində Cavabdeh2 adı yalnız bir cümlədə (məndən əvvəl isə Ramal maşını Zövlə kənd sakini Şahsuvar adlı şəxsə sənədsiz satmışdır) çəkilmişdir ki, həmin ifadədə də ona qarşı irəli sürülmüş tələbin əsasının nədən ibarət olması müəyyən deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli” Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli qərarındakı hüquqi mövqeyinə əsasən, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər Məhkəmə, İddiaçı məhkəməyə müraciət etmək hüququnun olduğunu qəbul etməklə yanaşı, yuxarıda göstərilmiş hüquqi mövqeye görə həmin hüququnun məhdudiyyətlərə məruz qalmasını da labüd hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 fevral 2024-cü il tarixli qərarında göstərmişdir ki, Hüquq və azadlıqların müdafiəsinin ən mühüm elementi olan məhkəmə qarşısında iddiaçı və ya cavabdeh qismində iddia qaldırmaq və ya müdafiə olunmaq hüququnun realizəsi üçün, ilk növbədə, prosessual qaydalara dəqiq riayət olunması mütləqdir. Məhz bu məqsədlə Mülki Prosessual Məcəllə ilə qanunverici mülki məhkəmə icraatının ümumi qaydalarını, prinsip və şərtlərini təsbit etmiş, işdə iştirak edən şəxslərin, o cümlədən tərəflərin dairəsini və onlara qarşı irəli sürülmüş tələbləri, həmçinin hüquq və vəzifələrini müəyyən etmişdir. Mülki Prosessual Məcəlləyə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1 və 50.3-cü maddələri). Qeyd edilməlidir ki, tərəflər konkret mübahisəli hüquq münasibəti üzrə bir-birinə əks olan maraqlara malik şəxslərdir. Bu baxımdan məhkəmə üçün hazırda İddiaçı ilə Cavabdeh2 hansı münasibət üzrə hansı əks maraqlara malik olması müəyyən deyildir. Məhkəmə hesab edir ki, belə olan halda Cavabdeh2 əsassız olaraq məhkəmə mübahisəsi üzrə tərəf kimi cəlb edilməsi onun hüquqlarının pozulması ilə nəticələnə bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh2 formal cavabdeh kimi cəlb edilməklə işin mahiyyəti üzrə baxılmalı olan məhkəmədə deyil, iddiaçının özünün də qeydiyyatda olduğu məhkəmədə işə baxılmasına nail olmaq istəmişdir. Halbuki, MPM-nin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-nin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Eyni zamanda, məhkəmə hesab edir ki, formal cavabdehin işə cəlb edilməsinə məhkkəmənin dərhal reaksiya göstərməsi prosessual qənaət prisipi baxımından iş üzrə çatışmazlıqları tez bir zamanda aradan qaldırılaraq işə qısa müddətdə baxılmasının təmin edilməsinə xidmət edəcəkdir. Beləliklə, məhkəmə hesab edir ki, yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmalıdır. MPM-nin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.3-cü maddəsinin tələblərinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli və xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün cəmi 32.50 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 32.50 manat dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli və xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzlərinə əsasən ödənilmiş 32.50 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərazi üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-1437/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1437/2024
01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver