Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-145/2024 13.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, cavabdeh X2 qəyyumu Qanuni nümayəndə iştirakı ilə, İddiaçı “Muğanbank» ASC-nin X3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə 13 iyun 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı ASC cavabdeh xx.xx.2028-ci il tarixdə iddia ərizəsilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 27 avqust 2012-ci il tarixli 5270 saylı kredit müqaviləsi üzrə 817.42 manat əsas, 225.05 manat faiz və cərimə borcu 450.10 manat olmaqla, cəmi 1492.57 AZN borcun və 30 manat ödənimiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş məhkəmənin icraatına 2(049)- 5248/2018 nömrəsi ilə qəbul olunmuşdur. Qeyd olunan mülki iş 2019-cu ilə qalıq kimi keçdiyindən ona (049)-406/2019 nömrəsi verilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2012-ci il tarixli, 5270 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 30 faizlə, 18 ay müddətinə 1 475 AZN məbləğində kredit verilmişdir. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 24 oktyabr 2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka hazırda 817.42 AZN əsas, 225.05 AZN faiz və cərimə borcu 450.10 AZN olmaqla, cəmi 1492.57 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasının vaхtı və yеri barəsində iddiaçı lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasını iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini mümükün sayır. Məhkəmə iclasında məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş Cavabdeh qəyyumu Qanuni nümayəndə iddianı qəbul etməyib iddia müddətinin tətbiqinə dair poçt vasitəsilə məhkəməyə ərizə göndərdiyini bildirib iddianın trəmin olunmamasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh arvadı X4 bildirmişdir ki, Cavabdeh ilə nikahları 31 mart 1987-ci il tarixdə qeydə alınmaqla ailə qurmuşlar. Ər-arvad kimi yaşadıqları dövrdə əri Cavabdeh səhətində problemlər olduğu üçün o, 18 noyabr 1995-ci ildən anlaqsız vəziyyətdə stasionar müalicələrdə olmuşdur. Əri Cavabdeh hərəkətlərinin nəticələrini ölçüb-biçmək qabliyyətində deyil və ruhi xəstə kimi Lənkəran rayonlararası Psixiatriya Xəstəxanasında da uzun müddət stasionar xəstə kimi şizofreniya dioqnozu ilə müalicə olunmuşdur və bu barədə arayışı var. Ona görə də 2-ci qrup əlildir. Lənkəran rayon məhkəmənin 06 may 2015-ci il tarixli 2(049)-75/2015 saylı qətnaməsinə əsasən əri Cavabdeh fəaliyyət qabliyyəti olmayan hesab edilmişdir. Ona görə də, məhkəmədən iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iş üzrə Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs olduğu üçün icraat dayandırılmışdır. Məhkəmənin xx.xx.2023-cü tarixli qərardadı ilə icraat təzələnmiş və iş 2023-cü ilə keçdiyindən ona 2(049)-4033/2023 nömrəsi verilmiş, məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə cavabdehin əvəzinə qəyyumunu prosesə cəlb etmək məqsədilə qəyyum təyin olunub-olunmadığını müəyyən etmək üçün rayon İcra Hakimiyyətinin Qəyyumluq Komissiyası ilə şifahi qaydad əlaqə saxlamış, oradan bildirmişlər ki, cavabdehə qəyyum təyin edilməmişdir. Buna görə də, məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(049)-145/2024 nömrəli qərardadı ilə cavabdehə qəyyum təyin edilənədək iş üzrə icraat dayandırmışdır. xx.xx.2024-cü il tarixdə Lənkəran ŞİH başçısının aparatınfdan daxil olmuş cavabdan məlum olmuşdur ki, Cavabdeh Qanuni nümayəndə qəyyum təyin edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)- 145/2024 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə cavabdehin qəyyumunun izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli 5270 saylı müqavilədən görünür ki, X3 "xxxx" ASC-dən 18 ay müddətinə illik 30 %-lə 1475 manat məbləğində kredit verilmişr. İş materiallarında olan xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2018-ci il il tarixinə, kredit müqaviləsi üzrə banka 817.42 manat əsas borc, 225.05 manat faiz borcu, 450.10 manat cərimə borcu, cəmi 1 492.57 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2012-cü il tarixli 5270 saylı kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə 1475 manat məbləğində kredit verilmişdir. Cavabdeh X1 İddiaçı ASC-yə olan borcu 817.42 manat əsas borc, 225.05 manat faiz borcu, 450.10 manat cərimə borcu olmaqla, ümumilikdə 1 492.57 manat məbləğində təşkil edir. Kredit müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixdə birmişdir. İİddiaçı ASC kredit müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2017-ci il tarixə qədər məhkəməyə müraciət etməli idi. Lakin İddiaçı ASC bundan bir ildən də artıq müddət keçdikdən sonra xx.xx.2018-cxi -ci ildə məhkəməyə müraciət etmişdir. Bununla da, qanunda müqavilə tələbləri üzrə nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 372.2-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Həmin qərara əsasən Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin cavabdeh X3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qanunla müqavilə tələbləri üzrə müəyyən olunmuş iddia müddəti keçdikdən sonra verildiyi üçün təmin edilməməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin cavabdeh X3 qarşı borc tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №2(049)-145/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-145/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver