Məhkəmə qərarları › İş №2(049)-146/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-146/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-146/2024 10.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X4 oğlu və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Ləğv prosessində olan QSC «Bank Standart» KB cavabdehlər X4 oğluna və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək QSC «Bank Standart» KB ilə X4 oğlu arasında bağlanmış 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı kredit müqaviləsi üzrə cavabdehlər X4 oğlundan və Cavabdeh1 müştərək qaydada 1161.21 manat məbləğində əsas borc, 934.55 manat məbləğində faiz borcu, 930.47 manat məbləğində cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 177.96 manat məbləğində faiz məbləği, ümumilikdə isə 3203.19 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, QSC "Bank Standard” KB ilə X4 oğlu arasında 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 qızı 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdehlər öz üzərlərinə götürdükləri kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 1161.21 manat əsas borc, 934.55 manat faiz borcu, 930.47 manat məbləğində cərimə borcu , 177.96 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 3203.19 manat məbləğində borcları qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edib onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 və cavabeh, mərhum X4 oğlunun vərəsəsi Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq iddia müddətin keçdiyini göstərib onun təmin olunmamasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının Cavabdeh1 iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı kredit və zaminlik müqavilələri, həmin müqaviləyə əlavə edilən ödəniş cədvəli, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli bildirişlər və həmin bildirişlərə aid xəbərnamələr, hesabdan çıxarış, borc qalığına dair xx.xx.2020-ci il tarixli arayış ilə müəyyən edildi ki, cavabdeh X4 oğlunun müraciəti əsasında onunla iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdeh X4 oğluna illik 25 % dərəcəsi ilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh X4 oğluna müqavilə ilə müəyyən edilmiş kredit öhdəliklərini lazımınca icra etməmişdir. Digər cavabdeh Həsənova X3 Xəyal Şirqasım oğluna zamin olaraq onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh X4 oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına tam şəkildə riayət etməmişdir. Cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı xx.xx.2020-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuş, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(049)-1685/2020 saylı qərardadı ilə (hakim M.İsayev) cavabdehlərdən X4 oğlu vəfat etdiyindən, onun hüquqi varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Həmin iş qalıq olaraq 2023-ü ilə keçdiyindən ona 2(049)-4035/2023 nömrəsi verilmişdir. Məhkəmənin təşəbbüsü ilə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə isə Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirovun vəsatəti məhkəməyə daxil olmuş və o, cavabdeh X4 oğlunun adına vərəsəlik işi açılmaqla miras qoyanın qanun üzrə vərəsəsi Cavabdeh2 vərəsəlik haqqında şəhadətnamə verildiyini göstərib iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(049)-4035/2023 saylı qərardadı ilə iddiaçının cavabdehlər X4 oğlu və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə mülki iş üzrə icraata cavabdeh X4 oğlu ilə bağlı hissədə xitam verilmişdir. İddiaçı hazırda öz iddia tələbinin əsasları kimi kredit və zaminlik müqavilələrinə, həmin müqavilələrə əlavə edilmiş sənədlərə, hesabdan çıxarışa və maliyyə arayışına istinad edir. Cavabdeh1 heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdırıb iddiaçının iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müqavilə bağlandığı zaman həmin Məcəllənin 740.1-ci maddəsinin redaksiyasına əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadəı edilə bilər. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2014-cü tarixdə tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun şəkildə kredit müqaviləsi bağlanmış, iddiaçı həmin kredit müqaviləsinə əsasən cavabdeh X4 oğluna illik 25 % dərəcəsi ilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verməklə müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmişdir. Cavabdeh X4 oğlu isə müqavilə ilə müəyyən edilmiş müddətdə əsas borc və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürsə də, müqavilə öhdəliklərinə tam şəkildə əməl etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, cavabdeh X4 oğlu xx.xx.2014-cü tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə maddi məsuliyyət daşımışdır. Lakin o, ona qarşı iddia qaldırlanadək vəfat eytdiyindən iş üzrə icraata onunla bağlı hissədə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hazırki iddia tələbinin Cavabdeh1 dair hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü tarixli zaminlik müqaviləsi qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmaqla, həmin müqavilənin etibarsızlığına dəlalət edə biləcək hər hansı əsas və ya səbəb məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, kredit müqaviləsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş və həmin vaxtdan 03 ildən artıq müddət keçdikdən sonra 2020-ci ilin iyun ayında hər iki cavabdehə qarşı borcun ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. xx.xx.2014-cü tarixli zaminlik müqaviləsi üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 3 ildən artıq müddət ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyinə görə məhkəmə hesab edir ki, Cavabdeh1nun zaminliyinə xitam verilmiş hesab edilməlidir. Bu səbəbdən Cavabdeh1 iddiaçı ilə cavabdeh X4 oğlu arasında bağlanmış xx.xx.2014-cü tarixli kredit müqaviləsinə görə hər hansı maddi məsuliyyət daşımamalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi Cavabdeh1 dair hissədə təmin edilməməli və iş üzrə icraata cavabdeh, mərhum X4 oğlu ilə bağlı hissədə xitam verilməsi nəzərə alınmalıdır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X4 oğlu və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia tələbi Cavabdeh1 dair hissədə təmin edilməsin. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(049)-4035/2023 saylı qərardadı ilə mülki iş üzrə icraata cavabdeh, mərhum X4 oğlu ilə bağlı hissədə xitam verilməsi nəzərə alınsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar