Məhkəmə qərarları › İş №2(049)-1464/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1464/2025

26.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1464/2025 26.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülki hüquq pozuntusundan irəli gələn maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı 5475 manat məbləğində maddi ziyan və 75 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5475 manat məbləğində maddi ziyan və ödənilmiş 75 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadığı Lənkəran rayonun Separadi kəndində kənd təsərrüfatı malları istehsal etməklə məşğul olur, fermerdir. Onun həm Separadi kəndində, həm də Xarxatan kəndi ərazisində torpaq sahələri vardır. 2022-ci ilin sentyabr ayında Lənkəran rayonun Xarxatan kəndində yerləşən torpaq sahəsində olarkən orada sonradan adını bildiyi hazırki iş üzrə Cavabdeh ilə rastlaşmış və söhbət zamanı Elvir özünə məxsus olan 5 hektar torpaq sahəsini Lənkəran rayonunun Sinovli kəndində çay sahəsi salmış Murad adlı şəxsə 20000 manata satmağa razı olduğunu bildirmişdir. Lakin Muradın hazırda həmin məbləğdə pulu olmadığına görə həmin torpaq sahəsini ala bilməmiş, əgər istəyirsə daha ucuz qiymətə torpağı ona sata biləcəyini demişdir. Elvirin dediyi torpaq sahəsi onun torpaq sahəsinə bitişik olduğuna görə həmin torpaq sahəsini almaq istəmiş və həmin sahəni 16500 manata almaq barədə Elvirlə razılığa gəlmişlər. Həmin vaxt onda pul olmadığına görə Elvirə pulu verə bilməmiş, 1-2 gün keçəndən sonra Elvir ona zəng edərək torpağın pulunu yaxın vaxtda verməzsə həmin torpağı Şağlaser kənd sakini Davud adlı şəxsə satacağını bildirmişdir. O da özündə o qədər pul olmadığından "xxxx" ASC-dən 14.09.202-ci il tarixdə 15000 manat kredit götürmüş, həmin kredit müqaviləsinə anası Cavahir və həmkəndlisi Rəhim Məmmədov zamin durmuşlar. Bank tərəfindən cəmi 15000 kredit götürmək üçün həmin məbləğin nağdlaşdırılması üçün 300 manat komissiyon tutulmaqla 14700 manat nağd pul ona verilmişdir. Həmin pulu bankdan götürəndən sonra üzərində olan pulu da həmin pulun üstünə qoyub 15700 manat pulu Cavabdeh vermişdir. xx.xx.2022-ci il tarixdə Elvir yenidən ona zəng edərək qalıq pulu da ona verməyini bildirmiş və o da Elvirin ona verdiyi **********944739 saylı plastik kart hesabına Lənkəran rayonunun Şağlaser kəndində yerləşən marketlərin birində olan milliön ödəniş terminalı vasitəsilə 800 manat da ödəmiş, bundan sonra dəfələrlə Elvirdən torpağın onun adına sənədləşdirilməsini tələb etsə də, Elvir hər dəfə müxtəlif bəhanələr gətirərək nə torpağın sənədini vermiş, nə alqı-satqı müqaviləsi bağlamış, nə də ondan aldığı pulu geri qaytarmamışdır. O, Cavabdeh ilə danışaraq onun barəsində şikayət edəcəyini bildirmiş və həmin vaxt o torpaq sahəsinin ona məxsus olmadığını, Bakı şəhər sakini olan İftixar adlı şəxsə məxsus olduğunu bildirmiş və sonra da ondan aldığı pulu artıq xərclədiyini demişdir. Sonra onun barəsində ərizə ilə Lənkəran ŞRPŞyə müraciət etmiş və araşdırma nəticəsində məlum olmuşdur ki, həmin torpaq sahəsi Şağlaser Bələdiyyəsinin mülkiyyətindədir və həmin torpaq sahəsi İftixara 2067-ci ilədək icarəyə verilmişdir. Araşdırma nəticəsində qeyd etdiyi hallar şahid ifadələri ilə bir daha təsdiq olunmuşdur. Lakin həmin araşdırmanın nəticəsi olaraq Elvirin barəsində cinayət işi başlanılmamış, cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi Elvin Nəhmətzadə tərəfindən qərar qəbul edilmişdir. Həmin vaxt Cavabdeh ona vurduğu ziyanı tam ödəməmiş, yamız 15000 manat verə biləcəyini qeyd etmişdir. Lakin bununla razılaşmayaraq nağd aldığı 16500 manat pulu tam ödəməsini, kredit götürməsi ilə bağlı olaraq komissiyon xərci kimi ondan tutulmuş 300 manat pulu, 24 ay müddətində 1500 kreditə 24 ay müddətində ödədiyi kreditə hesablanmış 3675 manat faiz və 1500 manat da özündə olan nağd pulu qaytarmaq istəməmişdir. Yalnır 15000 manat pulu prokurorluğun depozit hesabına qoymuşdir. 2023-cü ildə barəsində həbs qətimkan tədbiri seçildiyi üçün həmin məbləğ ailə üzvləri tərəfindən qəbul edilməsi və maddi imkanlarının olmaması bildirildiyindən saxlanıldığı Bakı İstintaq Təcridxanasından ərizə ilə prokurorluğa etdiyi müraciətinə əsasən vəkili Əbdülhəsən Əzimov tərəfindən depozit hesabdan 15015 manat pul götürülərək ailə üzvlərinə verilmişdir. Ümumilikdə isə Cavabdeh tərəfindən ona 20490 manat ziyan vurulmuş, həmin məbləğ Lənkəran ŞRPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru Elvin Nəhmətovun icraatında olmuş HK/1- 970 saylı material üzrə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı ilə də bir daha təsdiq edilmiş, həmin məbləğdən 15015 manat ödənilsə də, ödənilməmiş qalan 5475 manat pulun Cavabdeh mülki qaydada tələb etmək hüququ həmin qərarla ona izah edilmişdir. Həmin qərar qanuni qüvvəsini almış, qərardan şikayət verən olmamışdır. Hazırki iş üzrə Cavabdeh ona vurduğu maddi ziyan olan 5475 manat pulu könüllü şəkildə ödəmədiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilən məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh ona özünə məxsus torpaq sahəsini satmaqla razılaşsa da, sonradan məlum olmuşdur ki, əslində onun satdığı torpağın mülkiyyətçisi heç özü deyil, başqa şəxsdir. Bu barədə pulu cavabadehə verdikdən sonra məlumatlı olmuşdur. O, Cavabdeh nağd qaydada pul verərkən yanında taksi sürücüsü də olmuşdur. Onu aldadaraq aldığı pulu müxtəlif bəhanələr gətirərək geri qaytarmadığı üçün cavabdeh barəsində şikayət etməli olmuşdur. Onun barəsində araşdırma aparıldığı vaxt özü həbsdə olduğu üçün vəkili tərəfindən cavabdehin ödədiyi 15000 manat pul bank hesabından götürülərək ailəsinə verilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarda Cavabdeh hazırda ona olan 5474 manat pul borcunu mülki qaydada tələb edə bilməsi göstərilmiş və o da həmin qərara istinad edərək məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, təxminən iki il əvvəl İddiaçı ilə söhbət zamanı ona torpaq sahəsi lazım olduğunu dediyi üçün o da aralarında olan razılığa əsasən ona yaxın dostunun torpaq sahəsini satmağa razılaşmışdır. Həmin torpaq sahəsi dostuna məxsus olsa da ona tapşırılmışdır. İddiaçı onu həbs etdirəcəyi ilə hədələdiyi, müxtəlif səbəblər gətirərək onu narahat etdiyi üçün məcbur olub torpağı ona satmışdır. Belə ki, iddiaçı mübahisəyə zəmin yaratmaq üçün dəfələrlə özünə məxsus mal-qaranı həmin torpaq sahəsinə salmış, bu isə dəfələrlə dəmir hasarın qırılmasına səbəb olmuş və sonra da ondan müxtəlif dövlət orqanlarına şikayət edəcəyini demişdir. O, həmin torpağı satacağı üçün elə İddiaçı ilə razılaşmış, İddiaçı da ilk olaraq ona 14200 manat pul vermiş, üç gün sonra isə 800 manat pulu onun kart hesabına köçürmüşdür. Hazırda isə tələb etdiyi məbləğ əslində ona ödənilən məbləğdən daha çoxdur. İddiaçı bankdan kredit götürdüyü üçün ona ödədiyi cəmi 15000 manat məbləğdən daha çox tələb edir. O, həmin məbləğ üzərinə faiz hesablayıb ondan daha çox məbləğdə pulu qaytarmağı istəyir. Onun İddiaçı satmağa razılaşdığı torpaq sahəsi özünə məxsus olmasa da, yaxın tanışına məxsus olmuş və həmin şəxsin razılığı ilə torpağı satmaq istəmişdir. İddiaçı həmin torpağı almasaydı, başqa şəxsə satacaqdı. Bundan başqa o, iddiaçıya torpaq sahəsini onun özünün istəyi və razılığı ilə satmış, onu torpaq almağa məcbur etməmişdir. O, İddiaçı aldığı 15000 manat pulu ondan şikayət etdiyi vaxt qaytarmışdır. İddiaçı ona pul verərkən və aralarında torpaq alqı-satqısı barədə razılaşarkən onların söhbətində iddiaçını gətirən taksi sürücüsü iştirak etməmişdir. Sürücü onu gətirsə də, onlardan xeyli uzaqda qalmış və onların danışığında iştirakçı olmamışdır. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə baxış iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə hazırlıq iclasında iddia tələbinə dair sübut təqdim edəcəyini bildirsə də, məhkəməyə hər hansı sübut, etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında HK-1/970 saylı toplanmış araşdırma materialı üzrə Cavabdeh barəsində cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı hesabında olan Azərbaycan Respublikası Beynəlxalq Bank ASC-nin Lənkəran filialında olan ******************** saylı hesaba əsasən 15015 manat pul onun müdafiəçisi X4 verilmiş, İddiaçı 5475 manat pul tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. xx.xx.2018-ci il tarixli ********** nömrəli ƏMDK yanında DƏRRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX seriyalı ******* nömrəli Çıxarışdan müəyyən edilir ki, Lənkəran rayon Şağlaser bələdiyyəsi Lənkəran rayonu Xarxatan kəndi ərazisində 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2018-ci il tarixli 3M-261 saylı icarə müqaviləsi əsasında X3 xx.xx.2018-ci ildən xx.xx.2067-ci il tarixədək icarəyə vermişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestində 157 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" KB ASC tərəfindən xx.xx.2022-ci il tarixli 707micLKN/22 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı həmin tarixdə 14700 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli 707micLKN/22 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən görünür ki, kredit alan İddiaçı 24 ay müddətində xx.xx.2022-ci ildən başlayaraq xx.xx.2024-cü il tarixədək götürdüyü 15000 manat kredit üçün cəmi 18675.90 manat məbləğində (3675.90 manat faiz) hesablanmış borcu banka qaytarmalıdır. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, “Milli Ön” elektron ödəmə sistemi vasitəsilə 800 manat pul məbləği AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi sahibinin hesabına ödənilmişdir. AZEMİS EMİS-dən müəyyən edilir ki, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh məxsusdur. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət üçün 75 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işdə iştrak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, aralarında olan razılaşmaya görə İddiaçı 2022-ci il tarixdə Lənkəran rayonu Xarkatan kəndi ərazisində yerləşən 5 ha torpaq sahəsi almaq məqsədi ilə Cavabdeh cəmi 15000 manat ödəmişdir. Lakin, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, xx.xx.2018-ci il tarixli ********** nömrəli ƏMDK yanında DƏRRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Lənkəran rayon Şağlaser bələdiyyəsi tərəfindən sözü gedən Lənkəran rayonu Xarxatan kəndi ərazisində yerləşən 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2018ci il tarixli 3M-261 saylı icarə müqaviləsi əsasında X3 xx.xx.2018-ci ildən xx.xx.2067-ci il tarixədək icarəyə verdiyi məlum olmuşdur. İddiaçı cavabdehlə arasında olan razılaşmanın baş tutmayacağından əmin olub ona verdiyi pulu geri tələb etmişdir. Lakin cavabdeh qanuni və hüquqi əsas, yəni daşınmaz əmlak obyekti olan torpaq sahəsinin alqı-satqısı barədə notarial qaydada müqavilə olmadan iddiaçıdan aldığı pulu qaytarmaqdan yayınmış və İddiaçı da Cavabdeh Lənkəran ŞRPŞ-nə şikayət etmişdir. İddiaçı şikayət ərizəsi əsasında HK-1/970 saylı toplanmış araşdırma materialı üzrə Cavabdeh barəsində cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması rədd edilərək İddiaçı hesabında olan Azərbaycan Respublikası Beynəlxalq Bank ASC-nin Lənkəran filialında olan ******************** saylı hesaba əsasən 15015 manat pul onun müdafiəçisi X4 verilmiş, İddiaçı 5475 manat pul tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət edə bilməsi izah edilmişdir. Həmin qərarda cavabdeh izahatında Lənkəran rayonu Şağlaser X1 xx.xx.2018-ci ildən xx.xx.2067-ci il tarixədək icarəyə verdiyi Lənkəran rayonu Xarxatan kəndi ərazisində yerləşən 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini iddiaçıya satdığını etiraf etmişdir. Cavabdeh hal-hazıra qədər iddiaçıya 5475 manat borcunu könüllü qaytarmadığı üçün iddiaçı da məhkəməyə müraciət etmişdir. İşin göstərilən halları işdə iştirak edən şəxslərin izahatları, habelə bunu tamamlayan, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.4-cü maddəsinə görə əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 135.1 və 135.2-ci maddəsində göstərilir ki, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddəslərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 75 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı və Cavabdeh 5475 manat və həmçinin ödənilmiş dövlət rüsumuna görə 75 manat məbləğində pul alınıb iddiaçı X5 verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5475 manat və dövlət rüsumuna görə ödənilmiş 75 manat məbləğində pul alınıb iddiaçı X5 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar