Məhkəmə qərarları › İş №2(049)-1489/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1489/2025

19.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1489/2025 19.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı “Hüquqların dövlət qeydiyyatının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Ərazi İdarəsi tərəfindən rəsmiləşdirilməsinə yaradılan maneənin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “Hüquqların dövlət qeydiyyatının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Ərazi İdarəsi tərəfindən rəsmiləşdirilməsinə yaradılan maneənin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair idda ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun, yəni İddiaçı oğlnun Lənkəran rayonunun Səpnəkəran kəndində yerləşən X2 Komissiyasının 0.3.03.1998-ci il tarixli 04 saylı qərarı ilə ona və ailə üzvlərinə ayrılmış 0.13 ha torpaq sahəsinin və onun üzrəində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 180 kv.m yaşayış sahəsi olan, 10 kv.m olan fərdi yaşayış evinin yerində müayinəsi və ölçmə işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Ərazi İdarəsinin əməkdaşlarına törədilən maneənin aradan qaldırılması və cavabdeh X1 qanunsuz hərəkətlərinə son qoyulması, tərəfindən iddia ərizə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, cavabdehə təqdim edilməsi üçün iddia ərizəsi iddiaçı tərəfindən deyil, iddiaçının nümayəndəsi tərəfindən imza edilsə də, İddiaçı tərəfindən Nümayəndə Xəlil qızına verilmiş etibarnamədə nümayəndəyə iddia ərizəsini imza etmək səlahiyyəti verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Beləliklə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlirəm ki, ərizə imzalanmadığı üçün ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanı aradan qaldınb ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 114, 149-152, 263, 264-cü maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb Qərara aldım: İddiaçı Cavabdeh qarşı “Hüquqların dövlət qeydiyyatının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Ərazi İdarəsi tərəfindən rəsmiləşdirilməsinə yaradılan maneənin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı izah olunsun ki, qeyd edilən nöqsanı aradan qaldırıb ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar