Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-149/2023 28.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Cavabdeh2 Əlişərəf oğlunun iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər X2 və Cavabdeh2 Əlişərəf oğluna qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nə məxsus olan «Khazar SD» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 7.654,20 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 96,55 manat dövlət rüsumunun cavabdehlər X2 və Cavabdeh2 Əlişərəf oğlundan birgə qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh2 11 aprel 2022-ci il tarixdə saat 16:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan faktiki olaraq Cavabdeh1 mülkiyyətində olan VAZ 21063 markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri H.Əliyev prospektində dönmə əməliyyatı yerinə yetirərkən İddiaçı MMC-nin mülkiyyətində olan «Khazar SD» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Qeyd edilən yol nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələrinə uyğun olaraq inzibati protokol tərtib olunmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus «Khazar SD» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İddiaçı MMC Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən «Khazar SD» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12.436,60 manat məbləğində ziyan hesablanmışdır. Cavabdeh1 məxsus və Cavabdeh2 tərəfindən sürücülük hüququ olmadan ifdarə edilmiş VAZ 21063 markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobili icbari sığorta növündə sığortalayan "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə dəymiş ziyana görə 4.781,80 manat məbləğində pul ödənilmiş, lakin ödənilmiş vəsait «Khazar SD» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunmasına kifayət etməmişdir. Buna görə də qeyd olunan avtomobilin istifadəyə yararlı vəziyyətə gətirmək üçün 7.654,20 manat məbləğində pul İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz verərək, bildirmişdir ki, AZƏRMAŞ MMC-nin mülkiyyətində olan «Khazar SD» markalı, 77PL961 dövlət qeydiyyat nişanlı avtomobil onun istifadəsində olan VAZ 21063 markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobillə 11 aprel 2022-ci il tarixində saat 16-30-da toqquşmuşdur. Dönmə manevrini səhv etdiyindən onun barəsində İXM-nin 327.2 və 332.4 maddəsi ilə DYP-nin tərəfindən təqsirli bilinərək barəsində protokol tərtib etmişdir. Sonradan onun avtomaşınına da ziyan dəymişdir. AZƏRMAŞ MMC həmin maşını öz servisində şişirdilmiş rəqəmlərlə təmir etdirilmiş və ziyanın guya 12.436,60 manat olması barədə məhkəməyə iddia qaldırmışdır. Dəymiş ziyanın 4.781,80 manat məbləğində onun avtomobilinin sığortası olan Azsığorta ASC-i tərəfindən ödənilmiş və qalan 7.654,20 manat məbləğində ziyanın onun və mülkiyyətçi tərəfindən ödənilmə tələbi ilə məhkəməyə müraciət etmişdir. O iddia tələbini qəbul etmir və aşağıdakı əsaslarla həmin iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Belə ki, AZƏRMAŞ MMC tərəfindən ziyanın hesablanması zamanı onun və mülkiyyətçi olan Cavabdeh1 iştirakını təmin etməmişdir. Nə ona, nə də mülkiyyətçi Cavabdeh1 hər hansı rəsmi məktub, nə də şifahi xəbərdarlıq edilməmişdir. Halbuki müvafiq qanunlarla dəymiş ziyanın hesablanması və təmir üçün ödənilmiş məbləğlər iştirakları olmalı idi. O 11 aprel 2022-ci il tarixində hadisə törənəndən sonra Khazar SD markalı, **-PL-*** d/q nişanlı avtomobilə Lənkəran şəhərində fəaliyyət göstərən, VÖEN-i olan təcrübəli ekspertə müraciət edərək həmin maşına nə qədər ziyan dəydiyini hesablatdırmışdır. Məhkəmə həmin məbləğ üzrə ona inzibati iş üzrə qərar qəbul etmişdir. Lənkəran Rayon Məhkəməsinin hakimi M.İsayev tərəfindən qərar qəbul etmişdir. Dəymiş ziyan haqqında aktda KHAZAR SD markalı avtomobilə 4.840,00 manat məbləğində hesablanmış və dəymiş ziyan haqqında akt hazırda ondadır. Onun həmin avtomobilin əzilmiş şəkilləri də vardır. İddiaçının öz servisi tərəfindən təqdim edilmiş xərclər tam əsassızdır və onun özündə olan aktla tərs mütanasiblik təşkil edir. Bütün bunları nəzərə alaraq ziyan dəymiş KHAZAR SD markalı, **-PL-*** qeydiyyat nişanlı avtomobilin müstəqil ekspertiza təyin etməklə, dəymiş ziyanın üçüncü şəxs tərəfindən hesablanmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə göndərərək mülki işə iştirakları olmadan baxıb, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş edib. Məhkəmə iclasında cavabdeh X2 məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə İddiaçı MMC-nin nümayəndəsinin və cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «Khazar SD» minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440517 ban nömrəli, qara rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «VAZ21953 minik» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. Notarial qaydada təsdiq edilmiş etibarnamədən görünür ki, xx.xx.2007-ci il tarixdə Cavabdeh1 mülkiyyətində olan «VAZ21953 minik» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili 20 il müddətinə Cavabdeh2 digər hquqlarla yanaşı, idarə etməyi də etibar etmişdir. 12.04.202-ci il tarixli İXP ******* №-li inzibati xəta haqqınd protokoldan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə saat 16:30-da VAZ 21063 minik markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə və zərərçəkmiş şəxsin sağlamlığına xəsarət yetirdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddiaçı MMC servis tərəfindən tərtib olunmuş 11 may 2022-ci il tarixli Qüsur Aktından görünür ki, İddiaçı MMC-yə məxsus «Khazar SD» minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12.436,60 manat məbləğində maddi zərər dəymişdir. xx.xx.2022-ci il tarixli Qəbzdən görünür ki, həmin tarixdə 29112L22 №-li akta əsasən ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil üçün AZİNSURANCE MMC tərəfindən 4.781,8 manat sığorta ödənişi edilmişdir. Ödəniş qəbzindən görünür ki, iddianın verilməsinə görə 96.55 manat ödəniş edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 11 aprel 2022-ci il tarixdə, saat 16:30 radələrində Cavabdeh1 mülkiyyətində olan VAZ 21063 markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhərində idarə edərkən İddiaçı MMC-nin mülkiyyətində olan «Khazar SD» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, yol nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələrinə uyğun olaraq inzibati protokol tərtib olunmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus «Khazar SD» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. qeyd olunan hallar işin tərəflərə mübahisələndirilməyən hallarıdır. Belə ki, tərəflər arasında VAZ 21063 markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobilin sücüsü tərəfindən İddiaçı MMC-yə məxsus «Khazar SD» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmasını, həmin ziyandan AZİNSURANCE MMC tərəfindən 4.781,8 manat sığorta ödənişi edildiyini mübahisələndirmirlər. Cavabdeh tərəfindən mülkiyyətində olan əmlaka vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə mexaniki nəqliyyat vasitəsinin vurduğu ziyanın ödənilməsi ilə əlaqədar olduğundan iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan hüquq normasını hazırki iş üzrər tətbiq etdikdə müəyyən olunur ki, nəqliyyat vasitəsinin idarə etmiş şəxs nəqliyyat vasitəsi tərəfindən vurulmuş ziyanın əvəzini ödəməlidir. Ziyanı ödəmək vəzifəsi o halda aradan qalxır ki, nəqliyyat vasitəsini idarə etmiş şəxs vurulmuş ziyanın qarşısıalınmaz qüvvənin təsirindən və yaxud da zərərvurulan əmlakın sahibinin qəsdinin olduğunu sübuta yetirmiş olsun. İddiaçı MMC-yə məxsus «Khazar SD» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləği işin mübahisəli halıdır, belə ki, iddiaçı hadisə nəticəsində «Khazar SD» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12.436,60 maddi ziyanın dəydiyini bildirmiş, cavabdeh isə dəymiş maddi ziyanın daha az olduğunu qeyd etmişdir. Qeyd olunan mübahisə ilə əlaqədar məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, Cavabdeh2 vəsatəti əsasında iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Mərkəz tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/7222 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı «Khazar SD» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 12.437,0 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Göründüyü kimi iddiaçı tərəfindən vurulmuş ziyanın məbləği düzgün hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia iddiaçının mülkiyyətində olan «Khazar SD» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş və ödənilməmiş olan 7.654,20 manat ziyanın Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində əsaslıdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, müvafiq ekspert rəyi tərəfindən «Khazar SD» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın məbləği 12.437,0 manat müəyyən edilsə də, iddiaçı mülkiyyətində olan avtomobilə 12.436,60 manat ziyan vurulduğu bildirdiyindən və MPM-nin 218.3-cü maddəsinin tələbi baxımından hakim yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxara bildiyindən məhkəmə vurulmuş ziyana görə ödənilməli məbləğin iddia tələbində qeyd olunanlara əsasən müəyyən edilməsini qanuni hesab edir. Məhkəmə Cavabdeh2 iddiaya qarşı etirazının (vurulmuş ziyanın məbləğinin daha olması barədə) dəlilləri ilə bağlı qeyd edir ki, «Khazar SD» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12.436,60 manat məbləğində ziyan vurulması iş materiallarında olan yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapır. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunan hüquq normalarının tələbi baxımından məhkəmə belə qənaətə gəlir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı «Khazar SD» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12.436,60 manat deyil, daha az ziyanın ödənilməli olması cavabdeh tərəfindən mübahisələndirildiyindən MPM-nin 77.1-ci maddəsinin tələbi baxımından həmin halları sübutetmək vəzifəsi də Cavabdeh2 üzərinə düşür ki, sonuncu bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmiş, onun vəsatəti əsasında təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə də cavabdehin dəlilləri təkzib edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaya qarşı etirazının dəlilləri iddianın ona münasibətdə rədd edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Məhkəmə iddianın digər Cavabdeh1 yönəlmiş hissəsi ilə bağlı qeyd edir: İddia tələbindən görünür ki, iddiaçı Cavabdeh1 ona görə vurulmuş zərərin ödənilməsini tələb edir ki, o avtomobilin mülkiyyətçisidir və zərərin vurulmasında onların da təqsiri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsində qeyd olunmuşdur ki, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İddiaya əlavə edilmiş Notarial qaydada təsdiq edilmiş etibarnamədən görünür ki, xx.xx.2007-ci il tarixdə Cavabdeh1 mülkiyyətində olan «VAZ21953 minik» markalı, **-FV- *** dövlət qeydiyyat nişanlı avtomobili 20 il müddətinə Cavabdeh2 digər hquqlarla yanaşı, idarə etməyi də etibar etmişdir. Qeyd olunan hüquq normasını hazırki işin halları ilə qarşılıqlı şəkildə tədqiq etdikdə müəyyən olunur ki, «VAZ21953 minik» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyyətçisi hazırkı iş üzrə o halda iddiaçıya vurulmuş zərərə görə məsuliyyət daşıyır ki, həmin nəqliyyat vasitəsinin sahibi həmin vasitənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olsun. Lakin hazırki hallarından müəyyən olunur ki, «VAZ21953 minik» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 sahibliyindən qanuna zidd qaydada götürülməmiş, ziyan vurulduğu zaman Cavabdeh2 nəqliyyat vasitəsini qüvvədə olan etibarnamə ilə idarə etmişdir. Belə olan halda iddia Cavabdeh1 münasibətdə əsassız və təmin edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, «Khazar SD» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan – 7.654,20 manat Cavabdeh2 tutularaq İddiaçı MMC-yə verilməli, iddia Cavabdeh1 münasibətdə isə rədd edilməlidir. MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 96.55 manat Cavabdeh2 tutularaq İddiaçı MMC-yə, ekspertiza tədqiqatının dəyəri 100 manat isə Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «Khazar SD» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan – 7.654,20 manat və məhkəməyə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 96,55 manat Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə, yəni Cavabdeh1 münasibətdə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-149/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-149/2023
28.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver