Məhkəmə qərarları › İş №2(049)-15/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-15/2024

13.03.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-15/2024 13.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı Lənkəran rayonu Haftoni Bələdiyəsinin sədri Nümayəndə, Cavabdeh1 və Maraqlı şəxs iştirakı ilə İddiaçı Lənkəran rayonu Haftoni Bələdiyəsinin Maraqlı şəxs cəlb edilməklə cavabdehlər Cavabdeh1 və X5 qarşı “qanunsuz zəbt edilən ümumi istifadədə olan yolun zəbtdən azad olunması və həmin yolun başlanğıcında qoyulmuş darvazanın sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Lənkəran rayonu Haftonı Bələdiyəsi cavabdehlər Cavabdeh1 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X9 və X10 tərəfindən qanunsuz zəbt edilmiş Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən Lənkəran rayon Haftoni bələdiyyəsinin mülkiyyində olan gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun zəbtdən azad olunması, həmin yolun başlanğıcında olan darvazanının cavabdehlərin hesabına sökülməsi və həmçinin cavabdehlər təəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu Haftoni qəsəbə sakini X11 tərəfindən şifahi və ərizə ilə Lənkəran rayon Haftoni qəsəbəsinin bələdiyyəsinə müraciət edib göstərmişdir ki, həyətyanı torpaq sahələrinə gedən yolu qonşusu, əmisi oğlu X7 tərəfindən zəbt olunmuşdur. Həmin müraciətlə bağlı mübahisəli əraziyə xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu Haftoni bələdiyyəsi, Lənkəran ŞİHB Haftoni qəsəbə İƏD üzrə nümayəndəsi, Lənkəran ŞİHB Haftoni qəsəbə İƏD üzrə nümayəndəsinin müavini, Lənkəran rayonu Haftoni bələdiyyəsinin qulluqçusu, Lənkəran rayonu Haftoni qəsəbə sakinləri Maraqlı şəxs, Cavabdeh1 və X4 iştirakları ilə yerində baxış keçirilmiş və akt tərtib olunmuşdur. Yolun tutulması ilə bağlı Cavabdeh1 bildirmişdir ki, həmin sözügedən yer onların ata-baba torpaqları olmaqla, həyətyanı torpaq sahəsidir. Əmisi oğlunun xahişi ilə valideyinləri tikinti materiallarının daşınması üçün əsas yolda çətinlik olduğuna görə müvəqqəti olaraq onların həyətyanı torpaq sahəsindən maşın yolu kimi istifadə etmələrinə icazə vermişdir. Hal-hazırda həmin yer həyətyanı torpaq sahəsi olduğuna görə anası X10 tərəfindən istifadə olunmasına icazə verilmir. Vətəndaş Cavabdeh1 iddia edir ki, onlara verilmiş torpaq sahəsinin mülkiyyət haqqında şəhadətnaməsində həmin ərazidə yol göstərilməmişdir. Cavabdeh1 həyətyanı torpaq sahəsinin anasına aid olduğunu bildirərək, söz haqqının anasında olduğunu və onluq bir şey olmadığın qeyd edib. Bələdiyyə tərəfindən vətəndaş X5 yeni hazılanmış elektron kadastr xəritəsində həmin ərazidə Maraqlı şəxs və ailə üzvlərinin yaşadığı evə yol nəzərdə tutulduğu bildirilmiş və həmin yolla əlaqədar məhkəmə orqanlarına müraciət olunacağı bildirilmişdir. Belə ki, Lənkəran rayonu, Haftoni qəsəbə sakinləri cavabdehlər Cavabdeh1 və X10 gediş-gəliş yollunu zəbt etmiş və həmin yolda mişar daşı və çəpər qoymuşlar. Cavabdehlərin bu hərəkətləri nəticəsində vətandaş Maraqlı şəxs həmin yoldan istifadə edə bilmir. Həmin orqanlar həmin yolun ümumi istifadədə olan yol olduğunu qeyd etsələr də və bu barədə cavabdehlərə desələr də cavabdeh bunların heç birinə məhəl qoymamışdır. Həmin yol Haftoni bələdiyyəsinin mülkiyyətindədir. Məhz bu səbəbdən cavabdehlərin qanunsuz və özbaşnalıq hərəkətlərindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı Lənkəran rayonu Haftoni Bələdiyəsinin sədri Nümayəndə məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək, ona qarşı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbində qeyd edilən torpaq sahəsi ona atası X2 qalmışdır. Həmin ərazi onun mülkiyyətində olmaqla, həyətyanı torpaq sahəsidir. İş üzrə Maraqlı şəxs onun əmisi oğlu, qonşusudur. Şamo bir neçə il bundan əvvəl özünə yaşayış evi inşa edərkən ondan xahiş etmişdir ki, tikinti materiallarının daşınması üçün ona həmin mübahisəli sahədən yol versin. O, da müvəqqəti olaraq buna icazə vermişdir. Hazırda isə Şamo həmin ərazidən özünə qapı açmaq istəyir. Şamonun qapısı həyətyanı sahəsinin digər tərəfindəndir. Hazırda mübahisələndirilən torpaq sahəsi onun özünün və ailə üzvlərinin istifadasindədir və bu səbəbdən də Şamonun oradan istifadəsi mümkün deyildir. Digər cavabdeh Bəylər Qızbacı onun anasıdır. Qeyd edilən torpaq sahəsindən həmçinin anası da istifadə edir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh X10 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək, izahatında bildirdi ki, hazırki mülki iş üzrə bələdiyyə tərəfindən məhkəmə mübaisələndirilən torpaq sahəsi iş üzrə cavabdehlər Cavabdeh1 və Qızbacı Bəylərin mülkiyyətində deyil, Lənkəran rayonu, Haftoni bələdiyyəsinin mülkiyyətindədir. Həmin ərazi onun həyətyanı sahəsinə yol kimi nəzərdə tutulmuşdur. Əvvəllər o, həmin yoldan istifadə etmişdir. Cavabdeh1 onun əmisi oğlu və qonşusudur. Hazırda Rüfət həmin yolun başlanğıcında dəmir darvaza quraşdıraraq onun həmin sahədən istifadəsinə məhdudiyyət yaratmışdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan və mübahisəli torpaq sahəsinə yerli baxış keçirdikdən sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Lənkəran rayonu, Haftoni blədiyyəsinin xx.xx.2023-cü il tarixli 02 saylı protokolundan çıxarışdan görünür ki, bələdiyyənin 0.02.2023-cü il tarixli iclasının qərarı ilə Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahəsi ilə əlaqadar Lənkəran rayon Məhkəməsinə müraciət olunması səlahiyyəti bələdiyyənin sədri Nümayəndə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran rayonu, Haftonu qəsəbəsində yerləşən 0,06247 ha ölçüsə “kənd təsərrüfatı təyinatlı” torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 147.5 kv.m. yaşayış sahəsi X6 xüsusi mülkiyyətindədir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN seriyalı 156 F saylı 80205018 kod nömrəli şəhadətnamədən görünür ki, Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsi Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 saylı qərarına əsasən X8 və Cavabdeh2 İsbat qızının mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 3288/2023 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, mülki iş üzrə mübahisə predmeti olan, Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən mübahisəli əraziyə baxış keçirilmiş və ərazinin koordinatları müəyyən edilmişdir. Maraqlı şəxs və ailə üzvlərinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-155F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında) və **********43-10301 reyestr nömrəli Texniki Pasporta əsasən mülkiyyətlərində olan fərdi yaşayış evinin yerləşdiyi 0,06247 ha torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehlər Cavabdeh1 və X10 tərəfindən istifadə olunmaması müəyyən olunmuşdur. Yol kimi iddia olunan torpaq sahəsinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyətinə aid torpaq sahəsi olması və həmin torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və X4 faktiki istifadələrində olması müəyyən olunmuşdur. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən nəzərdə tutulan yolun bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Maraqlı şəxs və ailə üzvlərinin mülkiyyətlərində olan fərdi yaşayış evinin yerləşdiyi 0,06247 ha torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehlər tərəfindən istifadə olunmaması, yol kimi iddia olunan torpaq sahəsinin torpaq islahatına dair kompleks quruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması və həmin torpaq sahəsinin cavabdehlərin faktiki istifadələrində olması müəyyən olunmuşdur. Araşdırma zamanı iddiaçı Lənkəran rayonu, Haftoni bələdiyyəsi tərəfindən yol kimi iddia edilən torpaq sahəsinin giriş hissəsində cavabdehlər tərəfindən darvaza quraşdırılması müəyyən olunmuş və iddia edilən torpaq sahəsinin üzərində hər hansı tikililərin mövcud olması müşahidə edilməmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı iddiaçı Lənkəran rayonu, Haftoni bələdiyyəsi tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin (iddia olunan torpaq sahəsinin ölçüsünün 60 kv.m. olması müəyyən olunmuş) bir hissəsinin (37 kv.m. ölçüdə) yol olması, digər hissəsinin (23 kv.m. ölçüdə) isə həyatyanı torpaq sahəsi olması müəyyən edilmiş və həmin torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və X4 faktiki istifadələrində olması müəyyən olunmuşdur. Lənkəran rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-1886/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı mütəxəssis rəyinə yerquruluşu planı əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9375 nömrəli ekspert rəyinin nəticə hissəsində də xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3288/2023 saylı mütəxəssis rəyində qeyd edilənlərə uyğun xüsusatlar qeyd edilmişdir. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə keçirilən yerli baxış zamanı müəyyən edilmişdir ki, Haftoni bələdiyyəsi tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin bir hissəsi yol kimi, digər hissəsi isə həyatyanı torpaq sahəsi kimi cavabdehlər Cavabdeh1 və X4 faktiki istifadələrindədir. Mübahisələndirilən torpaq sahəsinin girişində cavabdehlər tərəfindən dəmir darvaza quraşdırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 153.1 maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin məcəllənin 153.2 maddəsinə əsasən qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. Eyni Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, Lənkəran rayonu Haftoni Bələdiyyəsi tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsi Lənkəran rayonu Haftoni Bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahəsinin (iddia olunan torpaq sahəsinin ölçüsünün 60 kv.m. olması müəyyən olunmuş) bir hissəsinin (37 kv.m. ölçüdə) yol olması, digər hissəsinin (23 kv.m. ölçüdə) isə həyatyanı torpaq sahəsi olması və həmin torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və X4 faktiki istifadələrində olması müəyyən olunmuşdur. Mübahisələndirilən torpaq sahəsinin girişində cavabdehlər tərəfindən dəmir darvaza quraşdırılmışdır. Həmin torpaq sahəsindən ümumi istifadəyə cavabdehlər tərəfindən maneə yaradılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilərək, bələdiyyənin mülkiyyətində olan mübahisəli torpaq sahəsi zəbtdən azad edilməli, həmin torpaq sahəsinin girişində quraşdırılmış dəmir darvaza cavabdehlərin hesabına sökülməli və həmin torpaq sahəsindən istifadədə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin edildiyinə görə cavabdehlər X9 və X3 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X9 və X10 tərəfindən zəbt olunmuş Lənkəran rayonu Haftoni bələdiyyəsinin mülkiyyətində olan və Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən (mülki iş üzrə mütəxəssis rəyinə əlavə edilmiş yerquruluş planında qeyd edilmiş) ümumi sahəsi 60 kv.m. olan torpaq sahəsi qanunsuz sahiblikdən azad edilərək Lənkəran rayonu Haftoni bələdiyyəsinin istifadəsinə qaytarılsın, həmin torpaq sahəsinin girişində quraşdırılmış dəmir darvaza cavabdehlərin hesabına sökülsün və torpaq sahəsindən istifadədə cavabdehlər tərəfindən Lənkəran rayonu Haftoni bələdiyyəsinə yaradılan maneələr aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar