Məhkəmə qərarları › İş №2(049)-1536/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1536/2024

22.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1536/2024 22.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X11 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «evə köçürmə, istifadə hüququnun tanınması və istifadə qaydalarının məhkəmə tərəfindən müəyyən edilməsi» tələbinə dair iddiasına Lənkəran şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşağı X6 ilə birlikdə cavabdehə məxsus Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi, istifadə hüquqlarının tanınması və evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2015-cı ildə rəsmi nikaha daxil olaraq el adəti ilə cavabdehin Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən evinə gəlin köçüb və müddət orada yaşamışdır. Onunla cavabdeh arasında xx.xx.2015-ci ildə Lənkəran ŞİHB-nın Gərmətük qəsəbə inzibati ərazi dairəsində bağlanmış nikah 01 nöğmrəli aktla qeydə alınmışdır. Həmin nikahdan xx.xx.2014-cü il təvəllüd X6 dünyaya gəlmişdir. Gəlin köçərkən valideynlərinin tərəfindən verilmiş cehiz əşyaları cavabdehlərin yaşadığı evdə, bütün otaqlarda yerləşdirilmişdir. Hazırda həmin cehizlər orada saxlanılır. Cavabdehlə olan ailə münasibətləri kəskinləşdiyindən Lənkəran Rayon Məhkəməsin 2(049)-2131/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Onun yaşamaq üçün həmin evdən başqa yaşayış yeri yoxdur. O, bu səbəbdən gəlin köçdüyü və cavabdehin yaşadığı Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən fərdi yaşayış evinə azyaşlı uşağı ilə birlikdə köçürülməyini və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə hazırlıq iclasında bildirmişdir ki, hazırda qarşdaşı, atası və anası ilə qalır. Qardaşı psixi xəstədir, uşağlarla birlikdə onunla qalmaq təhlükəlidir. Ev 3 otaq 1 eyvan 1 mətbəx və 1 uzun zaldır. 2 mərtəbəli olsa da, 1-ci mərtəbədə yaşayan yoxdur. Video görüntüdə görünən otaq onun otağıdır və əmlakı da həmin otaqdadır. Artıq 8 ildir ki, orada yaşayır. 2013-cü ilin 19 oktyabr tarixində həmin evə gəlin köçmüşdür. xx.xx.2013-cü ildə gəlin köçdüyü evə köçmüş, cavabdehlə heç bir il orada yaşamamış, qayınanası onlara orada yaşamağa imkan vermədiyi üçün cavabdeh həmin evdən çıxaraq Moskva şəhərində gedərək orada yaşayır, özü isə uşağı ilə birlikldə həmin vaxtdan valideynlərinin evində qalır. Hazırda qardaşı onları narahat edir. 10 ildən sonra iddia qaldırmasının səbəbi də odur ki, cavabdehə şans vermişdir ki, bəlkə cavabdeh qayıdıb onunla barışar. Lakin qaynanası onları ayırmışdır. Cavabdeh də onun tərəfin saxlayır. Cavabdeh qismində qayınansını deyil, sabiq ərini ona görə göstərmişdir ki, o, yaşayış sahəsini məhz sabiq ərindən tələb edir. Sabiq ərinin evi olsa da, həmin ev qaynının adınadır. Verilən sullara cavab olaraq bildirmişdir ki, evə köçdüyü zaman qaynanası ilə heç bir müqavilə bağlamayıb, qaynanası toy günü demişdir ki, evi oğluna verir. Verdiyi iddia sabiq ərinə qarşıdır. Ev sabiq ərinin şəxsi mülki deyil, qaynanasının adınadır. O, əsl olmayan cavabdehi əsl cavabdehlə əvəz edilməsinə etiraz edir. Məhkəmə hazırlıq iclasında deyil, baxışı iclasında iddiaçı ərizələr verərək cavabdehin anası X2 da cavabdeh qismində işə cəlb edilməsini və onu uşağı ilə birlikdə cavabdehlərə məxsus Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi, istifadə hüquqlarının tanınması və evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və Cavabdeh iddia ərizəsinə etiraz verərək, iddianın rədd edilməsini xahiş etmidir. İddiaya qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının köçürülməsinin tələb olunduğu ev ona məxsus deyildir. Məxsusluq o deməkdir ki, həmin əmlakın (mübahisəli evin) həm qanuni, həm də faktiki sahibi o olmalıdır. Lakin, o uzun müdətdir ki, Rusiya Federasiyasında yaşamaqdadır və mübahisəli ev də onun ata-ana evidir. Həmin evin qanuni və faktiki sahibi də anası X3r. Bu səbəbdən də hesab edir ki, iddia tələbi düzgün olmayan cavabdehə qarşı verilmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin oluna bilməz və rədd edilməlidir. Belə ki, sözügedən mənzilin anası qanuni istifadəsində olması və gözlənilən mülkiyyətçi olması ilə bağlı məhkəmənın diqqətinə çatdırır ki, İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Həmçinin “Önər Yıldız (Oner Yıldız)Türkiyəyə qarşı" 18 iyun 2002-ci il tarixli qərarında hazırkı mübahisə üçün hüquqi əhəmiyyəti olan məqamlar vardır. Qərarın 139-cu bəndində məhkəmə müəyyən etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququv hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. Həmin qərarın 142-ci bəndində isə qeyd olunur ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Həmçinin həmin qərarda qeyd olunur ki, «Mülkiyyət» anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Mənkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəsli 'Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” adlanır və “qardaş yə bacıların”, “babanın, nənənin və nəvənin” qarşılıqlı aliment öhdəliklərindən, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsindən bəhs edir. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi hazırkı iş üzrə iddiaçı mülkiyyətçinin nə “ailə üzvləri”nə, nə də “digər qohumlar"ına aid deyildir. Buna görə iddiaçının mülkiyyətçiyə məxsus olan yaşayış evindən istifadə hüququ mövcud deyildir. Hazırkı işdə iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü olmadığı üçün Ailə Məcəlləsinə əsasən özünün saxlanılmasını məndən tələb etmək hüququ da yoxdur. Çünki, həmin Məcəllənin “Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” başlıqlı 15-ci fəslində hansı qohumların və hansı şərtlər çərçivəsində birinin digərini saxlamaq vəzifəsi konkret şəkildə öz əksini tapmışdır. Lakin iddiaçı ilə mövcud olmuş qohumluq münasibəti həmin normaların təsir dairəsinə düşmədiyindən, iddiaçının iş üzrə mübahisə predmeti olan yaşayış binasının tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Hesab edir ki, iddiaçının mənzildən istifadə hüququ qohumluq vəziyyətinə görə müəyyən edilmədiyi üçün onun həmin mənzilə köçməklə orada yaşaması və s. kimi hallarla bağlı da əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə olan halda, yəni iddiaçının mübahisə predmeti olan mənzilə istifadə hüququnun tanınması tələbi əsaslı sayılmadığı halda, iddianın digər hissəsi də özü-özlüyündə əsassız olmuş olur. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyib iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Lənkəran ŞİHB-nın Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Lənkəran rayonu Kosalar kəndində yaşayır. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 29 iyul 2014-cü il tarixdə Lənkəran rayonu Şürük kəndində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2131/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 18 fevral 2015-ci il tarixdə Lənkəran ŞİHB-nın Gərmətük qəsəbə inzibati ərazi dairəsi nümayəndəliyində 01 sayla qeydə alınmış nikah akt qeydi pozulsun. Nikah pozulduqdan sonra xx.xx.2014-cü il tarixdə doğulmuş X6 İddiaçı yanında qalsın və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahat verərək bildirib ki, Səbinənin anası rəfiqəsidir. Cavid qardaşının qohumudur, onlar deyirdi ki, bir ev olsun Cavidin onu evləndirsinlər. Cavid çoxdan o evdən çıxıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verərək bildirib ki, Səbinə qonşusudur, toyunda iştirak edib. 2013-cü ildə gəlin gedib. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, iddiaçının köçürülməsini təlb etdiyi ev xüsusi mülkiyyət hüququ əsasında X1 adına qeydiyyata alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 54.1.-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2.-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə hazırlıq iclasında iddiaçıya əsl olmayan cavabdehi əsl cavabdeh, yəni qaynanası ilə əvəz etməyi təklif etmiş, iddiaçı əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsinə etiraz etmişdir. Buna görə də, məhkəmə işə irəli sürülmüş tələb üzrə baxmağı davam etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, həm iddiaçı, həm də şahidlər iddiaçının köçmək istədiyi evin cavabdehin anasına məxsus olduğunu göstərmişlər. Belə olan halda iddiaçı iddia tələbini cavabdehin anasına qarşı vermək əvəzinə cavabdehə qarşı vermişdir. İddiaçı cavabdehi onun anası ilə əvəz edilməsinə razılıq verməmiş, buna görə də məhkəmə hesab edir ki, iddiaya X9 cavab verməli olmadığından ona qarşı verilmiş iddia təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏ HİSSƏSİ: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216, 220, 227, 230 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «evə köçürmə, istifadə hüququnun tanınması və istifadə qaydalarının məhkəmə tərəfindən müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar