Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-154/2025 03.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X1, İddiaçılar: İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Cavabdeh qarşı “cavabdeh tərəfindən zəbt edilmiş torpağın azad olunması və maneənin aradan qaldırılması” tələbinə dair iddiasına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən qanunsuz tutulmuş 0,01 torpaq sahəsinin zəbtdən azad edilməsi və həmin torpaq sahəsinin hasara alınmasına cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, Qasımova X2 rayonu, Siyavar kənd ərazisində 0,42 həyətyanı torpaq sahəsi paylı mülyitlərə vardır. Hansı ki, ailə üzvlərinin adı soy adı qeyd edilməklə onlara Reystr nömrəli **********92 qeydiyyat nömrəsi 220802867, qeydiyyat tarixi xx.xx.2008-ci il olmaqla hüquqların Dövlət Qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsinin mülkiyyətlərində olmasına baxmayaraq Cavabdeh 0,01 hektar hissəsini zəbt etmişdir. Dəfələrlə cavabdehdən qanunsuz tutmuş olduğu torpaq sahəsini zəbtdsən azad edilməsi tələb etsələrdə həmin torpaq sahəsinin hasara almaq istəsələrdə buna mane olmuşdur. Cavabdeh mülkiyyət hüqüqlarının pozduğu üçün məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 izahatında iddia ərizəsində göstərdiklərini təsdiq edib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ******* saylı, **********92 reyestr nömrəli xx.xx.2008-ci il tarixli Çıxarışdan görünür ki, Lənkəran rayonu, Siyavar kəndində yerləşən 0,42 ha torpaq sahəsi 5/28 hissədə İddiaçı1, 4/28 hissədə, İddiaçı2,5/28 hissədə İddiaçı3, 5/28 hissədə İddiaçı5,4/28 hissədə İddiaçı6 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 24 aprel 2025-ci il tarixli, 10/1418 nömrəli məhkəmə tiktinti-texniki ekspertiza rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-277/2025 saylı mütəxəssis rəyinə əsasən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008ci il tarixli, ********* qeydiyyat nömrəli (Seriya MH № 0007535) Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-017A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında) və xx.xx.2024-cü il tarixli, **********92 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 ümumi birgə paylı mülkiyyətində olan 0,42 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatlarının iddiaçıların faktiki istifadələrində olan (naturada göstərilən) torpaq sahəsinin sərhəd hüdudlarının koordinatları daxilinə (mübahisəli 0,0041 ha hissəsi istisna olmaqla) düşməsi müəyyən olunmuşdur. Torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki istifadə vəziyyəti arasında müəyyən qədər konfiqurasiya və sahə fərqinin mövcud olması müəyyən olunmuşdur (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-277/2025 saylı mütəxəssis rəyinə əsasən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli (Seriya MH № 0007535) Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-017A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında) və xx.xx.2024-cü il tarixli, **********92 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Ümumi birgə paylı mülkiyyətində olan 0,42 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun mövcud elektron kadastr baza məlumatlarına və eləcə də faktiki vəziyyətdə həmin torpaq sahəsinin şərq istiqamətindən olması müəyyən oiunmuşdur.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-277/2025 saylı mütəxəssis rəyinə əsasən, Həmin yolun başlanğıc hissəsinin küçədən başlayaraq son hissəsinin iddiaçıların faktiki istifadələrində (mülkiyyətlərində) olan torpaq sahəsinə qədər olması müəyyən olunmuşdur. Mövcud elektron kadastr baza məlumatlarına əsasən həmin yolun yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid və hamının istifadəsi üçün açıq torpaq sahəsi olması müəyyən olunmuşdur.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi, şəxşK „saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21 -3-43/2-277/2025 aylı mütəxəsis rəyinə əsasən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli (Seriya MH №.0007535 çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-017A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında) və xx.xx.2024-cü il tarixli, **********92 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 ümumi birgə paylı mülkiyyətində olan 0,42 ha həyətyanı torpaq sahəsinin 0,0041 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-277/2025 saylı mütəxəssis rəyinə əsasən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008ci il tarixli, ********* qeydiyyat nömrəli (Seriya MH № 0007535) Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-017A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında) və xx.xx.2024-cü il tarixli, **********92 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 ümumi birgə paylı mülkiyyətində olan 0,42 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçılara məxsus 4 fərdi yaşayış evlərinin və köməkçi tikilinin (tövlənin) mövcud olması müəyyən olunmuşdur. İddiaçıların mülkiyyətlərində olan 0,42 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,0041 ha hissəsinin üzərində isə tikilinin mövcud olmaması müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 137 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən mütəxəssis rəyi üçün smetada nəzərdə tutulmuş 95 manat ödəmişdir. Məhkəmə, izahatları dinləyib, iddia ərizəsində göstərlənlərlə iş materiallarında olan sənədləri qarşılıqlı şəkildə tədqiq edərək aşağıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Hazırkı işin hallarından da görünür ki, iddiaçı ona məxsus olan mülkiyyətdən tam istifadə edə bilmir və cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi istifadə edilmişdir. Göstərilən hallar iddiaçının izahat və məhkəməyə təqdim etdiyi sübut siyahısı ilə yanaşı, məhkəmə araşdırmasını zamanı əldə edilmiş məhkəmə ekspertiza rəyi ilə də tam sübuta yetirilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsindən qanunsuz istifadə etməsi məhkəmədə tam sübuta yetirildiyindən iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddiaçının tələbi üzrə 0.01 ha torpaq sahəsinin deyil məhkəmə-tikintitexniki ekspertiza rəyində göstərildiyi kimi 0.0041 ha torpaq sahəsinin zəbt edilməsi sübuta yetirilmiş kimi qəbul etdiyindən iddia həmin həcmdə təmin edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 iddiası qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli (Seriya MH № 0007535) Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Siyavar kəndində yerləşən 0.42 ha torpaq sahəsinin zəbt olunmuş 0.0041 ha torpaq sahəsi Cavabdeh tərəfindən azad edilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu, mütəxəssis rəyi üçün ödənilmiş 95 manat Cavabdeh alınaraq İddiaçı3 verilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizsının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-154/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-154/2025
03.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver