Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-155/2025 13.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxışında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, hazırki mülki iş üzrə iddia ərizəsi məhkəməyə təqdim edilərkən xx.xx.2024-cü il tarixli etibarnamə əsasında İddiaçı əvəzinə onun tərəfindən imzalanmışdır. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş iddia ərizəsindən görünür ki, hazırki mülki iş üzrə İddiaçı tərəfindən Lənkəran Rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsi ərizənin sonunda “İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə” qeyd edilməklə, həmin şəxs tərəfindən imzalanmışdır. İddia ərizəsinin üzərində olan ştampdan və mülki işin üzlüyündən görünür ki, həmin iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Lənkəran regional “ASAN xidmət” mərkəzində notarius ofisi tərəfindən tərtib edilərək, təsdiqlənmiş İddiaçı tərəfindən Nümayəndə verilmiş xx.xx.2024-cü il tarixli 7E-8613 reyestr nömrəli etibarnamədə İddiaçı tərəfindən Nümayəndə iddia ərizəsini imzalamaq səlahiyyəti verilməmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə məhkəməyə təqdim edilmiş iddia ərizəsi buna səlahiyyəti olmadan İddiaçı əvəzinə Nümayəndə tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.1 maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin mcəllənin 74.2 maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin məcəllənin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-155/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-155/2025
13.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver