Məhkəmə qərarları › İş №2(049)-1551/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1551/2024

29.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1551/2024 29.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X19, iddiaçı: İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil, cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı X11 Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X20 aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə 200 manat olmaqla, iki uşağa görə cəmi 400 manat məbləğində alimentin və uşaqların mütəmadi müayinə və müalicə xərclərinin olması nəzərə alınmaqla hər ay bir uşağa görə 50 manat olmaqla cəmi 100 manat əlavə xərcin, habelə 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarasınız xahiş etmişdir. İddiaçı ərizəsi iddia tələbini onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-3647/2022 saylı qətnaməsinə əsasən ərizəçi X10 maraqlı şəxs Cavabdeh qarşı “aliment tələbinə dair” ərizəsi təmin edilmiş və xx.xx.2011-ci il tarixdə doğulmuş X1 və xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, iki uşağa görə cəmi 200 manat alimentin Cavabdeh alınıb X12 verilməsi haqqında ərizəçi X17 ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MŞL-01661 saylı barışıq sazişi təsdiq edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-1355/2023 saylı qətnaməsinə əsasən iddiaçı X17 ilə Cavabdeh arasında Lənkəran rayon Qeydiyyat şöbəsində 693 №-li akt ilə qeydə alınan nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 iddiaçı Calalova Gülnar- Yaşar qızının yanında qalmaları müəyyən edilmiş və tərəflər arasında alimentlə bağlı mübahisənin Lənkəran Rayon Məhkəməsinin 2(049)- 3647/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli MŞL- 01661 saylı barışıq sazişi ilə həll edilməsi nəzərə alınmışdır. Daha sonra Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)- 1110/2023 saylı qətnaməsinə əsasən iddiaçı X10 Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Əkbərova X15 şəhəri, M.M.Axund küçəsi dalan 6 ev 3 ünvanında qeydiyyatda olsa da, hazırda faktiki olaraq ünvan 2ənzil 33-də yaşayır (xx.xx.2024-cü il tarixli yaşayış yerindən və ailə tərkibi haqqında arayış əlavə edilir). İddiaçı ilə Cavabdeh ailə qurduqdan sonra bir müddət münasibətləri normal olsa da, daha sonra münasibətləri pozulmuş və İddiaçı nikahın pozulması, uşaqların himayəsində saxlanmaları və alimentlə bağlı ayrı-ayrı vaxtlarda məhkəməyə müraciətlər etməyə məcbur olmuşdur. Həmçinin tərəflər xx.xx.2022-ci il tarixində barışıq sazişi də imzalamışlar. Barışıq sazişi imzalanarkən Cavabdeh orada müəyyən edilmiş alimentin ödənilməsi ilə kifayətlənməyəcəyini və hər ay əlavə köməklik edəcəyi ilə bağlı iddiaçıya vədlər versə də, bu vədlərinə əməl etməmişdir. Üstəlik hər iki uşağın xəstə olması və hazırki yaşayış minimumu nəzərə alınmaqla hər ay 200 manat alimentin ödənilməsi uşaqların heç bir təminatını da ödəmir. Cavabdeh ümumiyyətlə uşaqlarına qarşı çox laqeyd olmuş, hətta bir dəfə uşaqlar onun evində olarkən İddiaçı zəng edərək “sən gəl, götür uşaqlarını, rədd elə burdan. Bir də məni ümumiyyətlə narahat etmə” deyə bildirmişdir. İddiaçı hazırda Lənkəran şəhər X7 “dərnək rəhbəri” vəzifəsində işləməklə əmək haqqısı 259 manat təşkil edir, əmək haqqından tutulmalar nəzərə alınmaqla hər ay 231 manat əmək haqqı alır. Cavabdeh əvvəllər "xxxx" QSC-də çalışmaqla 500 manat əmək almışdır. Hazırda isə müəyyən edilmişdir ki, cavabdeh Calalov X9 Olimpiya İdman Kompleksində “müdir” vəzifəsində çalışmaqla əmək haqqısı 584 manat təşkil edir, əmək haqqından tutulmalar nəzərə alınmaqla hər ay 525 manat əmək haqqı alır. 16 sentyabr 2022-ci il tarixdə barışıq sazişi ilə xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün bir uşağa 100 manat olmaqla cəmi 200 manat aliment müəyyən edilmiş və barışıq sazişi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-3647/2022 saylı qətnaməsi ilə təsdiq edilmişdir. Məlumdur ki, həmin dövrün yaşayış minimumu ilə hazırki dövrün yaşayış minumumu arasında əhəmiyyətli fərq var. Yəni “Yaşayış minumumu haqqında” qəbul olunmuş qanunlara əsasən 2022-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu 193 manat idisə, hazırki dövr üzrə həmin məbləğ 235 manat təşkil edir. Yenidən məhkəməyə müraciət etməyim və Lənkəran Rayon Məhkəməsi tərəfindən sabit pul məbləğində müəyyən edilmiş alimentin yeni əsaslar üzrə artırılması barədə tələbim də bununla bağlıdır. Həmçinin 2022-ci ildə bağlanmış barışıq sazişi üzrə verilən aliment məbləği həmin dövr üzrə analoji məhkəmə qətnamələri üzrə verilən aliment məbləğindən də çox aşağıdır. Bu isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 97.2-ci maddəsinin tələblərinin pozulması deməkdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 97.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş üzrə yetkinlik yaşına çatmayanlar üçün ödənilən alimentin miqdarı məhkəmə qaydasında onlar üçün müəyyən edilə bilən alimentin miqdarından az olmamalıdır. Üstəlik barışıq sazişində cavabdeh yalan olaraq qeyd etmişdir ki, işsiz olsa da, aliment ödəməyə etiraz etmir. Halbuki cavabdeh həmin dövrdə "xxxx" QSC-də çalışmaqla 500 manat əmək almışdır. Bunu Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-1110/2023 saylı qətnaməsi də təsdiq edir. Uşaqlara görə əlavə xərclərlə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edir ki, İddiaçı uşaqlarının maddi və mənəvi tələbatlarını ödəməklə yanaşı, eyni zamanda onların müalicə və müayinə olunmaları ilə əlaqədar mütəmadi olaraq tədbirlər görür və böyük xərclər çəkir. Belə ki, tərəflərin uşaqlarının xəstəliyi müvafiq diaqnoz və müayinə sənədləri ilə də təsdiq olunur. “X18 X23 və Satışı” MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli tibbi arayışdan görünür ki, X5 xx.xx.2024-cü ildə müayinə məqsədilə İstanbul protezortez Mərkəzinə müraciət etmişdir. Calalzadə Ağamuhəmmədin müayinəsi zamanı onda onurğanın kifozu, döş qəfəsinin deformasiyası, l-ll dərəcəli skoliozu, hər iki ayaq pəncələrinin l-ll dərəcəli yastıhğı müəyyən edilmişdir. Onurğa sütununun R-gen şəklində L4-L5 fəqərədə deformasiya və destruksiya müəyyən edilmişdir. Xəstə hal-hazırda Lənkəran şəhərində Monomed reabilitasiya Mərkəzində reabilitasiya müalicəsi alır. Onurğanın və çanağın assimetriyasını nəzərə alıb xəstəyə korreksiya və fiksəedici korset ayaqaltına xüsusi dabanlıq-supinator hazırlanaraq təhvil verilmişdir. Hazırlanan ortopedik məmulatlar ödənişli əsasda hazırlanmışdır (1000 AZN ödəniş edilmişdir, qaimə və çek). Xəstəyə mütəmadi reabilitasiya müalicəsi və onurğanın MRT müayinəsi tövsiyə olunmuşdur. Eyni zamanda “Medican Hospital” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli müayinə məktubu və “Lənkəran RMX” publik hüquqi şəxsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli rentgenoqrafiya da bu halları təsdiq edir (həmin sənədlər iddia ərizəsinə əlavə edilir). xx.xx.2024-cü il tarixdə X2 ortopedik məmulatlar (karset və s.) alınması üçün İddiaçı 1000 manat ödəniş etməklə həmin məmulatları əldə etmişdir (qaimə və çek iddia ərizəsinə əlavə edilir). Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, X6 “eksyalopatiya hipertenzion sindromu” diaqnozu qoyulmuşdur. Yanaşı olaraq onun qavrama və dərketmə qabiliyyətinin geriliyi də müəyyən edilmişdir. Baş ağrıları, özündən getmə, halsızlıq, əsəbilik, qavrama və yaddaş zəifliyi, gərginlik, yaşıdlarından gerilik və həyəcan kimi şikayətləri olmuşdur. Anamnezində doğulandan xəstə olması və 8 aylıq dünyaya gəlməsi qeyd edilmişdir. İşığa qarşı reaksiyasının zəifdir, əsəbidir, gərgindir, yaşıdlarından geridir və s. Bundan başqa "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli, “Zəfəran Hospital”- ın xx.xx.2016-cı il tarixli, “Medera Hospital”-ın xx.xx.2018-ci il tarixli və “X25”-in xx.xx.2019-cu il tarixli reseptləri də X4 mütəmadi olaraq əsəb xəstəliyi ilə əlaqədar müalicə və müayinə olunduğunu təsdiq edir. Uşaqlarının bütün bu müayinə və müalicə xərclərini isə İddiaçı Yasar aızı aohumlarının kömaklivi və zəhməti hesabına həyata keçirir. Cavabdeh tərəfindən verilən aliment isə bu xərclərin ödənilməsi üçün kifayət deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı X20 izahatında iddia ərizəsində göstəriklərini təsdiq edib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddianı qismən qəbul edir, hər ay hər uşağa görə 150 manat aliment ödəməyə razıdır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-1355/2023 saylı qətnaməsinə əsasən iddiaçı X17 ilə Cavabdeh arasında Lənkəran Rayon Qeydiyyat şöbəsində 693 №-li akt ilə qeydə alınan nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 iddiaçı Calalova Gülnar- Yaşar qızının yanında qalmaları müəyyən edilmiş və tərəflər arasında alimentlə bağlı mübahisənin Lənkəran Rayon Məhkəməsinin 2(049)- 3647/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli MŞL- 01661 saylı barışıq sazişi ilə həll edilməsi nəzərə alınmışdır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)- 3647/2022 saylı qətnaməsinə əsasən ərizəçi X10 maraqlı şəxs Cavabdeh qarşı “aliment tələbinö dair” ərizəsi təmin edilmiş və xx.xx.2011-ci il tarixdə doğulmuş X1 və xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, iki uşağa görə cəmi 200 manat alimentin Cavabdeh alınıb X12 verilməsi haqqında ərizəçi X17 ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MŞL-01661 saylı barışıq sazişi təsdiq edilmişdir. İş materiallarında olan 18 mart 2023-cü il tarixli 261 saylı arayışından görünür ki, iddiaçı Lənkəran şəhər Uşaq –X16 “dərnək rəhbəri” vəzifəsində işləməklə 261 manat əmək haqqı alır. İş materiallarında olan 28 mart 2024-cü il tarixli 01 saylı məktubdan görünür ki, cavabdeh 12 oktyabr 2023-cü il tarixdən X21 Kompleksi MMC-də direktor vəzifəsin işləməklə 584 manat əmək haqqı alır. Əmək haqqında tutulmalar çıxdıqdan sonra qalan məbləğ 525 manat qalır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-00329 saylı mediasiya arayışından görünür ki, iddiaçı cavabdehə qarşı “aliment” tələbi ilə ilkin mediasiya sessiyasında tərəflər iştirak etmiş, lakin razılığa gəlməmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən mediasiya xərci kimi 60 manat ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş sənədlərdən görünür ki, Cəlalzadə Ağamuhəmməd və Cəlalzad Ağamehdi muxtəlif tarixlərdə həkim qəbullarında olmuş və müalicə almışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş tibbi arayışlardan görünür ki, Cəlalzadə Ağamuhəmməd və Cəlalzad Ağamehdi fiziki olaraq sağlamdırlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, ötən 2 il ərzində iqtisadi fəallığın artması, yeni bazar qiymətlərinin müəyyən edilməsi, habelə yaşayış minimumunun da hər il müəyyən faiz məbləğində artırılması hazırda da məhkəməyə alimentin miqdarını həmin artıma uyğun artırmağa əsas verir. Məhkəmə hesab edir ki, alimentin artırılmasına məqsəd məhz iqtisadi dinamika ilə əlaqədar minimum dolanacaq xərcələrinin qarşılanmasıdır. Məhkəmə bu qənaətə gələrkən, Konstitusiya Məhkəməsinin Plenum qərarlarını əsas götürmüşdür. Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında göstərirlir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunanları, o cümlədən uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumum keçən iki il ərzində artmasını, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini, uşaqların hazırda iddiaçının yanında olmasını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Aliment məbləğinin müəyyən edilməsi zamanı məhkəmə, həmçinin cavabdehin maddi imkanını, ailə vəziyyətini və aliment məbləğini ödəmə qabiliyyətinin mütəmadiliyi və fasiləsizliyinin təmin edilməsi üçün ağlabatan miqdarın müəyyən edilməsini əsaslı sayır. Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndini rəhbər tutaraq 2024-cü il üçün yaşayış minimumu haqqında qanunda qeyd olunduğu kimi əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşaqların saxlanması üçün alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması üçün cavabdehin indiyədək iddiaçıya ödəməli olduğu alimentin miqdarını, 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, eyni zamanda, alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində alimentin miqdarının artırılmamasını, habelə, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə tərəflərin birgə nikahından anadan olmuş uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa 180 manat sabit pul məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, iddiaçının uşaqların müalicə xərcləri ilə bağlı hər ay hər uşağa görə 50 manat olmaqla ümumilikdə hər ay iki uşağa görə 100 manat əlavə xərcin tələb edilməsi ilə bağlı qeyd edir ki, iddiaçının təqdim etdiyi və məhkəmə müəyyən edilmiş hallardan müəyyən edilir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların mülaicəsi üşün tələb olunan pul fasiləsiz və müətmadi müalicə üçün tələb olunan xərclər deyil. Məhkəmə hesab edir ki, hazırkı mərhələdə iddiaçı tərəfindən təqdim edilmiş sənədlər uşaqların gündəlik və ya dövri olaraq həkim qəbulunda olmaları ilə bağlı sənədlərdir və həmin mülaicələr üçün çəkilmiş xərclərlə bağlı iddiaçı ayrıca icraat qaydasıda məhkəməyə müraciət edə bilər. Lakin hazırda isə gələcəkdə olması ehtimal edilən həkim qəbulu və ya olacağı güman edilən müalicə üçün cavabdehdən pul tələb edilməsi əsassızdır və iddia həmin hissədə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 180 manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin artırılmış miqdarının 160 manat olması nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 19.20 manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 39.20 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunan şəxs statusunda olmasına baxmayaraq mediasiya prosesi ilə bağlı 60 manat məbləği iddiaçı özü ödəmiş, cavabdeh isə mediasiya prosesinin nəticəsinə dair onunla barışıq sazişi bağlamadığından iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Hazırki iş üzrə cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunan şəxs statusunda olmadığından məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesində ödədiyi 60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin məbləğ, yəni 60 manat, alimentin artırılmış miqdarına görə cavabdehin ödəməli olduğu 39.20 manat dövlət rüsumunu əhatə etdiyindən cavabdehdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-3647/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2011-ci il tarixdə doğulmuş X1 və xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 180 manat, olmaqla ümumilikdə hər ay iki uşağa görə cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödədiyi 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar