Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1551/2025 18.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinin əməkdaşlarına törədilən maneənin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun Lənkəran rayonunun Səpnəkəran kəndində yerləşən X7 Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarı ilə ona və ailə üzvlərinə ayrılmış 0.13 ha torpaq sahəsinin və onun üzrəində yerləşən 2 mərtəbəli, 6 otaqlı 180 kv.m yaşayış sahəsi olan 10 kv.m olan fərdi yaşayış evinin yerində müayinə və ölçmə işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinin əməkdaşlarına törədilən maneənin aradan qaldırılması və Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması, tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o xx.xx.1938-ci il tarixdə Lənkəran rayonunun Səpnəkəran kəndində anadan olmuş və hal hazırda da ailəsi ilə həmin kənddə yaşayır. Birgə nikahlarındandan Xəlilov Rifahi, Xəlilova Təxmirə və Xəlilov Anar adlı 3 uşaqları olmuşdur. Uşaqlarının hamısı ailə qurmuşlar. Qeyd edir ki, yaşadığı və qeydiyyatda olduğu Lənkəran rayonunun Səpnəkəran kəndində ona və ailə üzvlərinə X7 Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarı ilə 0.13 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin üzrəində isə o hələ 1974-cü il tarixdə 2 mərtəbəli, 6 otaqlı 180 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi inşa etmişdir. Oğlu X1 (Hüseynova) Günay Qafar qızı ilə 2010-cu il tarixdə ailə qurmuş və arvadı ilə birlikdə qeydiyyata olduğu evdə yaşamağa başlamışlar. Bir müddət münasibətləri yaxşı olsa da sonradan gəlini Günayın oğlu Anarla münasibətlər pisləşmişdir. Buna görə də gəlini evi tərk edib bəzi əşyaları ilə birlikdə atasının evinə getmişdir. Gəlini evdən gedərkən gəlin köçdüyü otağın qapısını da bağladığından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinin əməkdaşları həmin evdə ölçmə işləri apara bilmirlər. Dəfələrlə cavabdehə bu barədə xəbər göndərsə də o gəlin köçdüyü otağın qapısını açmır. O mülkiyyətində olan evinə çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinə müraciət etsə də cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinin mütəxəssislərinə maneə yaratdıqlarından və onların mülkiyyətimnə olan evin və torpaq sahəsinin ölçmə işlərini həyata keçirmələrinə imkan vermədiyindən mülkiyyətində olan evinə çıxarış əldə edə bilmir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinə ərizə ilə birgə təqdim etdiyi Lənkəran ŞİHB-nin Səpnəkəran kənd inzibati ərazi dairəsində nümayəndəliyinin təsərrüfatbaşına kitabından çıxarış, Lənkəran ŞİHB-nin Səpnəkəran kənd inzibati ərazi dairəsində nümayəndəliyinin arayışı və torpağın mülkiyyətə verilməsinə dair JN 051A KOD 80218018 nömrəli şəhadətnaməyə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsi ona xx.xx.2025-ci il tarixli imtina məktubunda göstərmişdir ki, fərdi yaşayış evinin faktiki yerində olan vəziyyəti ilə bağlı müayinə (çöl ölçmə işləri) təmin olunmadığından ərizənin icrası mümkün olamamışdır. Bu səbəbdən Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunim 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Göründüyü kimi, o sənədlərini müvafiq qaydada hazırlayıb Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinə müraciət etsə də cavabdehin qanunsuz hərəkətləri nəticəsində yaşadığı və xüsusi mülkiyyətində olan evinə çıxarış əldə edə bilmir. Cavabdeh hərəkətlərinə görə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Hazırlıq iclasında iştirak edərək hazırda həmin evdə yaşadığını, evdə olmadığı zaman evin ikinci mərtəbəsində yerləşən yataq otağının və mətbəxin qapısını açarla bağladığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış: Lənkəran Rayon Qeydiyyat Şöbəsinin təqdim etdiyi 06 mart 2025-ci il tarixli, 412 №-li arayışdan görünür ki, X6 ilə X2 nikahı Lənkəran rayon Qeydiyyat şöbəsində 25 iyun 2010cu il tarixdə 11 №-li aktla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra rə Xəlilov, arvada Xəlilova soyadı verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-051 A KOD 80218018 nömrəli Şəhadətnamədən görünür ki, X7 Komissiyasının xx.xx.1998-ci il tarixli 04 № li qərarına əsasən Lənkəran rayonunun Səpnəkəran kəndində X5 və ailə üzvlərinə 0.13 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Səpnəkəran kənd İnzibati ərazi dairəsinin xx.xx.2025-ci il tarixli, 64 №-li çıxarışdan görünür ki, Lənkəran rayonu Səpnəkəran kəndində yerləşən 0.13 ha torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 02 nömrəli təsərrüfatbaşı kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDK və RPHŞ-in 10 saylı Əİ-nin İddiaçı nümayəndəsi Nümayəndə ünvanladığı xx.xx.2025-ci il tarixli cavabından görünür ki, onlara ünvanlanmış xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi ilə əlaqədar olaraq bildirirlər ki, Lənkəran rayonu Səpnəkəran kəndi ərazisində yerləşən, 0.13 ha torpaq sahəsi ilə üzərində yerləşən fərdi yaşayış evinin birlikdə vahid obyekti olaraq mülkiyyət hüquqlarının əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı ərizənin icrasının hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Müraciətə müvafiq olaraq bildirilmişdir ki, sözügedən fərdi yaşayış evinin faktiki yerində olan vəziyyəti ilə bağlı müayinə (çöl ölçmə işləri) təmin olunmadığından ərizənin icrası mümkün olmamışdır. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddianın verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənçam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yartmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Qeyd edilən hüquq normalarının mənasına görə mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs çəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Konstitusiya Məhkəməsinin Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki,...daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarı). Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı Lənkəran rayonunun Səpnəkəran kəndində ona və ailə üzvlərinə X7 Komissiyasının xx.xx.1998-ci il tarixli 04 № li qərarı ilə 0.13 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiqləyən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış almaq məqsədilə DƏDK və RPHŞ-in 10 saylı Əİ-nə müraciət etmiş, cavabdeh iddiaçıya ayrılmış torpaq sahəsində DƏDK və RPHŞ-in 10 saylı Əİ-nin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmalarına maneə yaratdığından, DƏDK və RPHŞ-in 10 saylı Əİ-i mübahisənin olduğunu göstərərək daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Buna görə də iddiaçı pozulmuş hüququnun bərpası məqsədilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikas Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 15 oktyabr 2012ci il tarixli, 2012-ci il tarixdə, 06 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 02 noyabr 2012-ci il tarixdə **********0006 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestriə daxil edilmiş “ Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci madəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatların dövlət reyestrinə daxil edilməsi və ( və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri Reyestrə təqdim edənədək öldükdə həmin sənədlər notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydadada çıxarış verilir. Qanunvericiliyin qeyd edilən müddəasından göründüyü kimi, iddiaçı ona verilmiş hüquqdan istifadə edərək Lənkəran rayonu, Səpnəkəran kəndində yerləşən 0.13 ha torpaq sahəsini sənədləşdirmək üçün DƏDK və RPHŞ-in 10 saylı Əİ-nə müraciət etmişdir. Lakin, cavabdeh sənədləşmə aparmaq istəyən şəxsləri mübahisəli əraziyə buraxmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinin sənədləşdirilməsini aparan şəxslərə iddiaçının torpaq sahəsində ölçmə işlərinin aparılması üçün şərait yaradılmalı, cavabdehə izah olunmalıdır ki, həmin şəxslərin iddiaçıya satılməş torpaq sahəsində ölçmə işlərinin aparılmamasına mane olmamalıdır. Azərbaycan Respublikası MPM-nin 15.2 ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı Lənkəran rayonunun Səpnəkəran kəndində yerləşən və Lənkəran rayonunun Səpnəkəran kəndində ona və ailə üzvlərinə Lənkəran rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 04 saylı qərarı ilə ayrılmış 0.13 ha torpaq sahəsi və onun üzrəində yerləşən 2 mərtəbəli, 6 otaqlı 180 kv.m yaşayış sahəsi olan 10 kv.m olan fərdi yaşayış evinin yerində müayinə və ölçmə işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinin əməkdaşlarına törədilən maneə aradan qaldırılsın və Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulsun. xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbz əsasında iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-1551/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1551/2025
18.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver