Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1572/2025 03.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X3, İddiaçı cavabdehlər Cavabdeh1 və Lənkəran Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqı tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı cavabdehlər Cavabdeh1 və Lənkəran Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Lənkəran rayon 1 saylı notariat ofisində xüsusi notarius X2 tərəfindən bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və Cavabdeh1 8000 manat məbləğində icarə haqqının və 100.40 manat dövlət rüsumunun - cəmi 8100.40 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində həm Cavabdeh1, həm də Lənkəran Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisini cavabdehlər qismində qeyd etmiş, lakin ərizəsinin sonunda tələbin məzmununa aid hissədə hər bir cavabdehə qarşı yönələn tələbin nədən ibarət olmasını dəqiq göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. İddia ərizəsinin məzmunundan və iş materiallarından da görünür ki, iddiaçı onunla Cavabdeh1 arasında bağlanmış icarə müqaviləsi üzrə öhdəliklərin icrası vəziyyətindən narazıdır. Həmin icarə müqaviləsi Lənkəran Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisində qeydiyyata alınaraq təsdiq edilmiş olsa da, müqavilənin digər tərəfi olan Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu ərazisində qeydiyyatdadır. İcarə müqaviləsinin subyekti olmuş qeyri-yaşayış binası isə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşir. Eyni zamanda, işə əlavə edilən sənədlərdən görünür ki, iddiaçı icarə müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl pretenziya qaydasında Lənkəran Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin mübahisənin məhkəmədənkənar həlli mümkün olmamışdır. Belə olan halda, Lənkəran Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin və ya Lənkəran rayon 1 saylı notariat ofisində xüsusi notarius X1 hazırki tələb üzrə nə üçün cavabdeh olduğu iş materiallarından müəyyən edilmir. Bu baxımdan Lənkəran Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisi cavabdehlər sırasından çıxacağı təqdirdə hazırki iddia tələbinin ərazi aidiyyəti də dəyişəcəkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə əgər təqdim edilmiş iddia ərizəsində cavabdeh kimi qeyd olunmuş şəxsə münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsində qeyd edildiyi kimi, həmin cavabdehə qarşı yönələn tələb konkret olaraq göstərilməyibsə və ya, ümumiyyətlə, iş üzrə hər hansı şəxsin cavabdeh kimi göstərilməsi açıq-aşkar formaldırsa (həmin şəxsin mübahisəyə aidiyyəti iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə təsdiq olunmursa), məhkəmə ilk növbədə, iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən geri qaytarılması barədə məsələni müzakirə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia tələbi üzrə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə və qeyri-müəyyən tələblə məhkəməyə müraciət edildiyinə görə, habelə cavabdehlərin hər birinə qarşı yönələn tələbin nədən ibarət olması aşkar şəkildə qeyd edilmədiyinə, tələbin kimə qarşı yönəldiyi dəqiqləşdikdən sonra işin ərazi aidiyyətinin dəyişəcəyi ehtimalı olduğuna görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, qərardadın təsviri hissəsində göstərilənlər həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 149, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1 və Lənkəran Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqı tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-1572/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1572/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver