Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1588/2025 06.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7000 manat məbləğində pul və ödənilmiş 90 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonunun Kərgəlan kəndində qeydiyyatda olmaqla orada ailəsilə birlikdə yaşayır, bir övladı vardır. Cavabdehlər Cavabdeh2 atası, Cavabdeh1 qardaşı, Cavabdeh3 qardaşı Elvinin qaynatasıdır. 2023-cü ilin noyabr ayında qardaşı Cavabdeh1 ona yaxınlaşaraq onun təcili pula ehtiyacı olduğunu bildirərək ondan borca pul istəmiş, o, qardaşı Elvinə inanmadığı üçün ona pulu vermək istəməmişdir. Lakin qardaşı Elvinin qayınatası Rəhimov X3 birlikdə onun yanına gələrək pula ehtiyacları olduğunu, Elvinə pulu verməyini, Namiqin həmin pula zamin duracağını və Elvin pulu qaytarmayacağı təqdirdə pulu Namiqin qaytaracağını bildirdikdən sonra o, Elvinə 1900 manat pul vermişdir. Həmin vaxt Namiqin də borcu olduğunu və müəyyən işlər görmək üçün 5100 manat pul lazım olduğunu bildirərək imkan olarsa, ona da 5100 manat pul verməyini, ümumilikdə 7000 manat olan pul məbləğini 4 ay müddətinə qaytaracaqlarını bildirmişlər. O da Namiqə inanıb 1900 manat pulu Cavabdeh1, 5100 manat pulu isə Cavabdeh3 vermişdir. Elvinlə Namiqin vəd verdikləri müddət başa çatdıqdan sonra pulu qaytarmadıqlarından o, Elvinlə Namiqdən pulu tələb etdikdə, Elvin ona pulunun olmadığını, həmin pula qayınatası Cavabdeh3 zamin durduğunu və pulu Namiqin verəcəyini bildirmişdir. O, Elvinin sözü ilə Namiqlə danışan zaman Namiq ona hazırda pulunun olmadığını, həmin pulun əvəzində onun yoldaşını işlədiyi Tibb Kollecində işə düzəldəcəyini bildirmişdir. O, bundan sonra Namiqlə razılaşmadığından, yəni Namiqə pulu borc verdiyini, arvadənı işə düzəltmək üçün pul vermədiyini bildirdikdə, Namiq təkrar olaraq ona pulunun olmadığını bildirib pulu qaytarmaqdan imtina etmişdir. Bundan sonra o, dəfələrlə həm Namiqdən, həm də qardaşı Elvindən pulunun qaytarılmasını tələb etsə də, Elvin pulu Namiqin verəcəyini, Namiq isə pulu guya onun atası Bəhmənin verəcəyini bildirməklə pulu ödəməkdən imtina etmişdir. O da bundan sonra məcbur qalıb Lənkəran ŞRPŞ-yə ərizə ilə müraciət etdiyindən cavabdehlər Lənkəran ŞRPŞ-yə dəvət edilərək izahatları alınmışdır. Onlar verdikləri izahatlarında Elvinlə Namiqə verdiyi ümumilikdə 7000 manat məbləğində borc pulu aldıqlarını etiraf etsələr də, həmin pulu cavabdehlərdən atası Cavabdeh2 tərəfindən ödəniləcəyini qeyd edilmişdir. Atası Cavabdeh2 da öz izahatında həmin məbləği Elvinin pulu olmadığına görə ödəməyi öz öhdəsinə götürdüyünü bildirmişdir. Sonra Lənkəran ŞRPŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, mülki qaydada məhkəməyə müraciət edə bilər. Bundan sonra o, cavabdehlərin izahatlarını Lənkəran ŞRPŞ-dən tələb etsə də, ona həmin izahatların yanlız məhkəmənin sorğusu əsasında verilə biləcəklərini bildirmişlər. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq qeyd edir ki, 12 oktyabr 2024-cü il tarixdə həmin borc məbləği ilə əlaqədar olaraq onun yaşadığı Kərgəlan kəndində cavabdehlərdən Cavabdeh2 iə aralarında mübahisə yaranmış, guya onun atası Bəhmənə xəsarət yetirməsi barədə atası Bəhmən tərəfindən polisə şikayət edilmiş, həmin şikayətin araşdırılması zamanı da izahatlar alınmışdır. Araşdırma zamanı onun əməlində heç bir cinayət və ya inzibati xəta tərkibi olmadığından Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Emil Nurizadə tərəfindən 17 yanvar 2025-ci il tarixli cinayət işinin başlanılmasımn rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərarın izahatlar hissəsində də Cavabdeh2 Elvin və Namiqin ondan aldığı 7000 manat borc pulun ona qaytarılması öhdəliyini öz üzərinə götürdüyünü qeyd etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, oğlu Elçindən 5100 manat pul borc almışdır. Digər oğlu Cavabdeh1 avtomobili üçün təkər almaqdan ötrü İddiaçı 1900 manat pul almışdır. O, Elvinin də borcunun qaytarılmasına köməklik edəcəyini ona demişdir. Lakin hal-hazırda bankdan götürdüyü kreditə görə maddi çətinliyi olduğundan borcunu qaytara bilmir. Oğlu Elvinin qayınatasının isə həmin 7000 manat borc pula heç bir aidiyyəti yoxdur. Lənkəran Şəhər- Rayon Polis Şöbəsində verdiyi izahatda İddiaçı alınan borc pulun 6900 manat olmasını göstərsə də, həqiqətdə İddiaçı alınan borc pulun məbləği 7000 manat təşkil edir. Həmin 7000 manat borc pulun Cavabdeh1 qayınatası Cavabdeh3 heç bir aidiyyəti yoxdur. Cavabdeh3 iddiaçıdan heç vaxt borcu pul almamış, o və oğlu Elvin tərəfindən iddiaçıdan alınmış borc puldan Cavabdeh3 hər hansı vəsait verilməmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X6 iddia tələbinin qismən təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh X1 iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, qardaşı Elçindən 1900 manat özü üçün, 5100 manat isə atası Bəhmən pul borc almışdır. Eyni zamanda atası Bəhmən onun aldığı borc pulun ödənilməsinə köməklik edəcəyini ona bildirmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsində verdiyi izahatda İddiaçı alınan borc pulun 6900 manat olmasını göstərsə də, həqiqətdə İddiaçı alınan borc pulun məbləği 7000 manat təşkil edir. Həmin 7000 manat borc pulun qayınatası Cavabdeh3 heç bir aidiyyəti yoxdur. Cavabdeh3 iddiaçıdan heç vaxt borcu pul almamış, o və oğlu atası tərəfindən iddiaçıdan alınmış borc puldan Cavabdeh3 hər hansı vəsait verilməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbini qəbul etmədiyini, İddiaçı borc pul almadığını, Elçin tərəfindən pul verilən zaman onların qohum olmadığını, 5100 manat pulun qohumu Bəhmənə verilməsindən məlumatı olsa da, 1900 manat borc puldan ümumiyyətlə məlumatı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmasından ötrü 90,40 manat məbləğ dövlət rüsumu köçürmüşdür. İddiaçı müraciəti əsasında Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsində toplanmış HK-1- 3043 və 3045 nömrəli yoxlama materialı üzrə qəbul edilmiş 17 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh2 izahatında oğlu İddiaçı digər oğlu Cavabdeh1 ümumilikdə 6900 manat pul verdiyini, Lakin Cavabdeh1 həmin pulu ödəyə bilməməsi səbədindən borcun onun tərəfindən qaytarılması barədə öhdəlik götürməsini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia borc müqaviləsi üzrə yaranmış hüquq münasibətləri ilə əlaqədar olduğundan iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739-cu maddəsi təşkil edir. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddianın tam şəkildə təmin edilməsinə kifayət etmir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iş üzrə Cavabdeh3 borc pul verilməsi barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmiş, həmin xüsusat – iş üzrə Cavabdeh3 tərəfindən etiraf edilməmiş, eləcə də digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıdan 7000 manat məbləğində alınmış borc pulun onların özlərinə aid olduğunu, həmin məbləğin Cavabdeh3 heç bir aidiyyətinin olmamasını bildirmişlər. Ona görə də məhkəmə iddia tələbini Cavabdeh1 tərəfindən etiraf edilən hissədə - 1900 manat hissəsində, Cavabdeh2 tərəfindən etiraf edilən hissədə - 5100 manat hissəsində təmin edilməsini, Cavabdeh3 münasibətdə iddia tələbi öz təsdiqini tapmadığından rədd edilməlisini qanunamüvafiq hesab edir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, 5100 manat məbləğində pul və iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun 65,70 manat hissəsi Cavabdeh2 alınaraq İddiaçı ödənilməli, 1900 manat məbləğində pul və iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun 24,30 manat hissəsi Cavabdeh1 alınaraq İddiaçı ödənilməli, iddia tələbi Cavabdeh3 münasibətdə rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 5100 manat məbləğində pul və Cavabdeh1 1900 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi üzrə ödənilmiş 90 manat dövlət rüsumunun 65,70 manat hissəsi Cavabdeh2, 24,30 manat hissəsi isə Cavabdeh1 tutularaq İddiaçı verilsin. İddia tələbi Cavabdeh3 münasibətdə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-1588/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1588/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver