Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-16/2023 18.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X3 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 008R********** saylı kredit razılaşması üzrə 19.809,81 manat məbləğində kredit borcu, 1.192,67 manat məbləğində faiz borcu və 4.174,79 manat məbləğində cərimə borcu olmaqla, cəmi 25177.27 manat məbləğində borcun, 008R********** saylı kredit razılaşması üzrə 33.151,58 manat kredit borcu, 2.176,52 manat faiz borcu və 5.424,09 manat cərimə borcu olmaqla, cəmi 40.752,19 manat, iki kredit razılaşması üzrə cəmi 65.929(altmış beşmin doqquz yüz iyirmi doqquz) manat 46(qırx altı) qəpik məbləğində borcun, iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus Lənkəran şəhəri Mirmustafaxan küçəsi 29 saylı evin 29 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 65.929,46 borcun, iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Lənkəran şəhəri Mirmustafaxan küçəsi 29 saylı evin 29 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və X2 həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08L000008800 saylı kredit xətti müqaviləsinə əsasən 120(yüz iyirmi) ay müddətinə 300.000(üç yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40.000(qırx min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 20.190,19 manat ödəmiş, onun 19.809,81 manat məbləğində kredit borcu qalmışdır. Kradit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 149 gün üçün hesablanmış faiz borcu 1.192,67 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 149 gün üçün hesablanmış cərimə 4.174,79 manat təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 45.000(qırx beş min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 11.848,42 manat ödəmiş, onun 33.151,58 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 157 gün üçün hesablanmış faiz borcu 2.176,52 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 157 gün üçün hesablanmış cərimə 5.424,09 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağh onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08M000001137 saylı ipoteka müqaviləsi əsasında Lənkəran şəhəri Mirmustafaxan küçəsi 29 saylı evin 211,2 m2 ümumi sahədən ibarət 29 saylı mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 Ərazi İdarəsi tərəfindən verilmiş 1 №-li reyestr kitabının 105 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Lənkəran şəhəri Mirmustafaxan küçəsi 29 saylı evin 211.2 m2 ümumi sahədən ibarət 29 saylı mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka haqqında Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə «Daşınar əmlakın yüklülüyü haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Lənkəran şəhəri Mirmustafaxan küçəsi 29 saylı evin 29 saylı mənzili AccessBank QSC qarşısında ipoteka ilə yüklü edilərkən həmin mənzildə qeydiyyatda olan Cavabdeh6, Cavabdeh1, Cavabdeh5 və X4 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X9 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixdə 2500 manat məbləğində ödəniş həyata keçirmiş, həmin ödəniş xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşması üzrə əsas borcdan silinmişdir. Həmçinin cavabdeh xx.xx.2022-ci il tarixdə 2500 manat məbləğində ödəniş həyata keçirmiş, həmin ödəniş xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşması üzrə əsas borcdan silinmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X4 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Belə ki, iş materiallarından olan: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08L000008800 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən borcalan Cavabdeh1 120 ay müddətində 300.000 ABŞ Dolları məbləğində kredit xətti açmağı üzərinə öhdəlik götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40.000 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 45000 manat məbləğində kredit verilmişdir. Kassa mədaxil Orderlərindən görünür ki, xx.xx.2019-cu il tarixdə 40.000 manat, xx.xx.2019-cu il tarixdə 45.000 manat məbləğində pul Cavabdeh1 verilmişdir. İddiaçı QSC ilə cavabdeh X1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh5 Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08L000008800 saylı kredit xətti müqaviləsi və həmin kredit müqaviləsi çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə Cavabdeh1 tərəfindən öhdəliyin icrası üçün Bank qarşısında üzərinə götüdürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh5 Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08L000008800 saylı kredit xətti müqaviləsi və həmin kredit müqaviləsi çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə Cavabdeh1 tərəfindən öhdəliyin icrası üçün Bank qarşısında üzərinə götüdürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08L000008800 saylı kredit xətti müqaviləsi və həmin kredit müqaviləsi çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə Cavabdeh1 tərəfindən öhdəliyin icrası üçün Bank qarşısında üzərinə götüdürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08L000008800 saylı kredit xətti müqaviləsi və həmin kredit müqaviləsi çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə Cavabdeh1 tərəfindən öhdəliyin icrası üçün Bank qarşısında üzərinə götüdürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsindən və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ipoteka qoyan Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli xətti kredit müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə Cavabdeh1 bank qarşısında öhdəliyinin icrasını təmin etmək üçün Lənkəran şəhəri Mirmustafaxan küçəsində istifadədə olan 0,0115 ha torpaq sahəsində yerləşən 29 №-li, 2 mərtəbəli binanın 1-ci girişində 1-2-ci mərtəbəsində yerləşən 211,2 m2 ümumi, 111,5 m2 yaşayış sahəsindən ibarət 5 otaqlı 29 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Maliyyə Arayışlarından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixə 008R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 19.809,81 manat məbləğində kredit borcu, 1.192,67 manat məbləğində faiz borcu və 4.174,79 manat məbləğində cərimə borcu olmaqla, cəmi 25.177,27 manat məbləğində borcu, 008R********** saylı 18.07.209cu il tarixli kredit razılaşması üzrə 33.151,58 manat kredit borcu, 2.176,52 manat faiz borcu və 5.424,09 manat cərimə borcu olmaqla, cəmi 40.752,19 manat, iki kredit razılaşması üzrə cəmi 65.929,46 manat təşkil edir. Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişdən, ərizədən və elektron portal qeydindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Xəbərdarlıq məktublarından görünür ki, borcun ödənilməsi cavabdehlərə təklif edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Arayış və ərizələrdən görünür ki, X6, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 ipoteka predmetinə tutuma yönəldikdə və o satıldıqda Lənkəran şəhəri Mirmustafaxan küçəsində istifadədə olan 0,0115 ha torpaq sahəsində yerləşən 29 №-li, 2 mərtəbəli binanın 1-ci girişində 1-2-ci mərtəbəsində yerləşən 211,2 m2 ümumi, 111,5 m2 yaşayış sahəsindən ibarət 5 otaqlı 29 nömrəli mənzili tərk ödəcəklərinə dair öhdəlik götürmüşlər. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin orta bazar qiyməti 205.000, orta likvid qiyməti 190.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin orta bazar qiyməti 110.000, orta likvid qiyməti 95.000 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08L000008800 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300.000(üç yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 40.000(qırx min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 45.000(qırx beş min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağh onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08M000001137 saylı ipoteka müqaviləsi əsasında Lənkəran şəhəri Mirmustafaxan küçəsi 29 saylı evin 211.2 m2 ümumi sahədən ibarət 29 saylı mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.). Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (maddə 427.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin cavabdeh tərəf, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və və ümumiyyətlə, bu halı mübahisələndirmir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, Cavabdeh1 onun öhdəliklərinin icrasına zamin durmuş Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bank qarşısında olan borc öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişlər və onlar, bu öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyırlar. Məhkəmə iddianın İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşması üzrə 19.809,81 manat və xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşması üzrə 33.151,58 manat əsas borcun tutulması tələbinə dair hissəsinə qiymət verərək, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş ərizəyə əsasən Cavabdeh1 tərəfindən hər bir kredit müqaviləsi üzrə 2500 manat ödəniş edildiyi qeyd olunduğundan hər bir kredit razılaşması üzrə cavabdehlərdən tutulacaq əsas məbləğə münasibətdə 2500 manat çıxılmalıdır. Məhkəmə iddiaçının bu tələbinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3). Mülki Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, dəbbə pulunun məbləği müəyyən edilərkən məhkəmələr kreditorun və borclunun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almalıdırlar. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə məhkəmə iddianın İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşması üzrə 4.174,79 manat, xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşması üzrə isə 5.424,09 manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə hər bir kredit razılaşması üzrə dəbbə pulunun cavabdehlərdən 100 manat olmaqla, ümumilikdə 200 manat həcmində tutulmasını daha ədalətli hesab edir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddianın «kredit borcunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə» hissəsi qismən əsaslıdır. Məhkəmə bildirir ki, iddia tələbinə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbi də daxildir və bununla bağlı qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Qeyd edilən maddi hüququ normalarının tələbindən çıxış edən məhkəmə hesab edir ki, müzakirə olan hissədə iddia əsaslıdır və iddiaçı Bankın tələbi üzrə tutma ipoteka predmeti olan və Cavabdeh2 məxsus Lənkəran şəhəri Mirmustafaxan küçəsində istifadədə olan 0,0115 ha torpaq sahəsində yerləşən 29 №-li, 2 mərtəbəli binanın 1-ci girişində 1-2-ci mərtəbəsində yerləşən 211,2 m2 ümumi, 111,5 m2 yaşayış sahəsindən ibarət 5 otaqlı 29 nömrəli mənzilə yönəldilməli və həmin mənzil açıq hərracdan satışa çıxarılmalıdır. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə görə, Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Lənkəran şəhəri Mirmustafaxan küçəsində istifadədə olan 0,0115 ha torpaq sahəsində yerləşən 29 №-li, 2 mərtəbəli binanın 1-ci girişində 1-2-ci mərtəbəsində yerləşən 211,2 m2 ümumi, 111,5 m2 yaşayış sahəsindən ibarət 5 otaqlı 29 nömrəli mənzilin ilkin satış qiyməti ilə əlaqədar qeyd edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabata əsasən həmin mənzilin orta bazar qiyməti 110.000, orta likvid qiyməti 95.000 manat müəyyən edilmişdir. Tərəflər "xxxx" MMC-nin qeyd olunan hesabatını mübahisələndirmədiyindən məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabata əsasən əmlakın orta likvid qiymətinə uyğun müəyyən edilməlidir. Məhkəmə iddianın qalan hissəsi ilə bağlı qeyd edir ki, «İpoteka haqqında» Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin qanunun 59.4-cü maddəsinin tələbinə görə, isə nəzərdə tutulmuş 1 ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri ilə və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılır. Göründüyü kimi Qanunda ipoteka predmeti satıldıqdan sonra əmlakın boşaldılması nəzərdə tutulmuşdur. Bu baxımdan Məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakların satıldığı halda əmlaklar ən geci 1 ay ərzində boşaldılmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və X4 həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı Bank və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşması üzrə 17.309,81 (19.809,81-2500) manat məbləğində kredit borcu, 1.192,67 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 18.602,48 manat, 008R********** saylı kredit razılaşması üzrə 30.651,58 (33.151,58-2500) manat kredit borcu, 2.176,52 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 32.928,10 manat, ümumilikdə iki kredit razılaşması üzrə cəmi 51.530,58 manat kredit borcu, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat və ödənilmiş xidmət haqqının əvəzi olaraq 20 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Lənkəran şəhəri Mirmustafaxan küçəsində istifadədə olan 0,0115 ha torpaq sahəsində yerləşən 29 №-li, 2 mərtəbəli binanın 1-ci girişində 1-2-ci mərtəbəsində yerləşən 211,2 m2 ümumi, 111,5 m2 yaşayış sahəsindən ibarət 5 otaqlı 29 nömrəli mənzilə yönəldilməli və həmin mənzil açıq hərracdan satışa çıxarılmalı, əmlakın ilkin satış qiyməti "xxxx" MMC-nin hazırki iş üzrə verdiyi xx.xx.2023-cü il tarixli hesabatlara uyğun olaraq orta likvid dəyəri olan 95.000 manat məbləğində müəyyən edilməli, həmin əmlak hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və X4 həmin mənzildən çıxarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşması üzrə 17.309,81 (19.809,81-2500) manat məbləğində kredit borcu, 1.192,67 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 18.602,48 manat, 008R********** saylı kredit razılaşması üzrə 30.651,58 (33.151,58- 2500) manat kredit borcu, 2.176,52 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 32.928,10 manat, ümumilikdə iki kredit razılaşması üzrə cəmi 51.530,58 manat kredit borcu, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat və ödənilmiş xidmət haqqının əvəzi olaraq 20 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Lənkəran şəhəri Mirmustafaxan küçəsində istifadədə olan 0,0115 ha torpaq sahəsində yerləşən 29 №-li, 2 mərtəbəli binanın 1-ci girişində 1-2-ci mərtəbəsində yerləşən 211,2 m2 ümumi, 111,5 m2 yaşayış sahəsindən ibarət 5 otaqlı 29 nömrəli mənzilə yönəldilsin, həmin mənzil açıq hərracdan satışa çıxarılsın və ipoteka predmetinin ilkin satış qiyməti 95.000 manat məbləğində müəyyən edilsin. Həmin əmlak hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılsın və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və X4 həmin mənzildən çıxarılsın. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-16/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-16/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver