Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-16/2024 01.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X23 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı və cavabdeh X6 iştirakı ilə İddiaçı cavabdehlər X17 və X10 qarşı sonuncular tərəfindən törədilən maneələrin aradan qaldırılması, zəbt edilmiş torpağın azad olunması və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddiası üzrə mülki işə 01 fevral 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş ********** saylı Çıxarışa əsasən mülkiyyətində olan və Lənkəran şəhərində yerləşən 0,02 ha torpaq sahəsinə cavabdehlər X17 və X7 tərəflərindən törədilən maneələrin aradan qaldırılması və zəbtdən azad olunmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdehlərin soyadları “Bəgəliyev” deyil “Bəyəliyev”dir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, hazırda ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Digah kəndində yaşayır. Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi əsasında X11 Lənkəran şəhərində yerləşən 0,02 ha torpaq sahəsini almışdır. Bundan sonra sözü gedən torpaq sahəsinə texniki pasport tərtib edilmiş və müvafiq Çıxarışın verilməsi məqsədi ilə yerində müayinə aparılmaqla koordinat nöqtələri dəqiqləşdirilmiş, mövcud vəziyyətə uyğun torpağın texniki pasportu tərtib etdikdən sonra xx.xx.2023-cü il tarixdə ona Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən ********** saylı Çıxarış verilmişdir. Cavabdehlər X17 və X18 tərəfindən mülkiyyətində olan torpaq sahəsiniun hüqudlarında kanal qazılmağa başlanmışdır. O, DİNnin 102 xidmətinə bu barədə məlumat verdikdən sonra kanalın qazılması dayandırılmışdır. Cavabdehlərin həmin torpağa dair mülkiyyət hüququ olmadan ona maneələr yaradırlar. Dəfəflərlə torpağına daxil olmağına imkan verməmişlər və ondan hüquq mühafizə orqanlarına müraciət etməyini istəmişlər. İddia tələbinin əsasını təşkil edən hal Çıxarışa əsasən sözü gedən torpaq sahəsinin mülkiyyətində olmasıdır. Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Özü Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşmüş və yaralanmışdır. Ücüncü qrup əllildir. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəmə tərəfindən əraziyə 1-ci dəfə yerində baxış keçirilən zaman onun mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları yerində müəyyən edilmiş və onun torpaq sahəsinin hüdudları bərpa edilmişdir. Lakin buna baxmayaraq cavabdehlər və onların anası ona mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyə, orada iş görməyə mane olurlar. Onu öz torpaq sahəsinə buraxmırlar. xx.xx.2023-cü il tarixdə məhkəmə hazırlıq iclasında cavabdeh X17 iddianı qəbul etməyib iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Lənkəran RİH başçısının tapşırığı əsasında onlara verildiyini bildirmişdir. Hazırki məhkəmə iclasında isə o, bildirmişdir ki, torpaq sahəsi iddiaçıya qanunsuz verilmişdir. Əgər həmin torpaq sahəsi qanuni əsaslarla verilsəydi, o, ona maneə yaratmazdı. İddiaçı qeyd olunan torpağı cəpərləməklə həyətinə gedən yolu zəbt etmiş, su kanalının bir hissəsini tutmuşdur. Buna görə də o, qəti olaraq iddiaçıya yolu keçdiyi həmin torpaqdan istifadə etməyə imkan verməyəcəkdir. Ora kanal keçir və oradan kanal kimi istifadə olunur. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X22 xüsusi mülkiyyət hüququ əsasında mülkiyyətində olan və Lənkəran şəhərində yerləşən 0,02 ha yaşayış məntəqələr təyinatlı torpaq sahəsini alıcı olan iddiaçıya 2500 manata satmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyesr kitabının 45-ci nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, reyestr nömrəsi **********53 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran şəhərində 0,02 ha yaşayış məntəqələr təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına dövlət qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş cavabdehlərin anası X8 ilə X9 xx.xx.2010-cu il tarixdə birgə imzaladıqları və imzaları notariat kontorunda rəsmiləşdirlmiş ƏMDK yanında DƏDRX-nin Lənkəran Əİ-nə ünvanladıqları ərizədən görünür ki, qeydiyyat nömrəsi ********** olan bölgü eskizinə əsasən, ünvan 1 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsi X12 və qalan 0,04 ha hissəsinin X3 qalması ilə bağlı bölgü ilə razıdırlar. Həmin bölgüyə heç bir əlavələri yoxdur. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyesr kitabının 15-ci nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmış, reyestr nömrəsi **********82 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 2 ünvanı, 0,04 ha yaşayış məntəqələri təyinatlı torpaq xüsusi mülkiyyət hüququ əsasında cavabdehlərin anası X4 adına dövlət qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri PHŞ-in, daşınmaz əmlakın dövlət reyestrində 99 nömrəli reyesr kitabının 46-cı nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, reyestr nömrəsi **********82-10301 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran şəhəri, X30 küçəsi, 88 ünvanında yerləşən 0,04 ha yaşayış məntəqələri təyinatlı torpaq xüsusi mülkiyyət hüququ əsasında cavabdehlərin anası X4 adına dövlət qeydiyyata alınmışdır. Həmin Çıxarışa əlavə edilmiş “Bölgü eskizin”ndən görünür ki, X4 istifadəsində mülkiyyətində olan 0,04 ha torpaq sahəsindən başqa 0,0470 ha zəbt olunmuş torpaq sahəsi də vardır. X4 adına tərtib edilmiş “Texniki pasport”dan görünü ki, onun evinin yerləşdiyi torpaqü sahəsi sənəd üzrə 0,04 ha, faktiki olaraq isə 0,114 ha.dır. Y.Həsənov küçəsi ilə yol kəsişir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri PHŞ-in, daşınmaz əmlakın dövlət reyestrində 280 nömrəli reyesr kitabının 59-cu nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, reyestr nömrəsi **********41 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran şəhəri, Yalçın Həsənov küçəsində yerləşən 0,0259 ha yaşayış məntəqələri təyinatlı torpaq xüsusi mülkiyyət hüququ əsasında X13 (cavabdehlərin bacısı oğlu) adına dövlət qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş ƏMDX DƏDKvə RPHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis və əhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli, 3-16-16/2-10/7285 saylı ekspert rəylərindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin 0,0011 ha hissəsinin cavabdehlər X17 və X18 tərəfindən istifadə edilməsi və çəpərlənməsi müəyyən edilmişdir. (Ekspertiza xərci 50 manat təşkil eləyir). İş materiallarına əlavə edilmiş qəbzadən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə mütəxəssis rəyinin verilməsi üçün 95 manat ödəmişdir. İş materiallarına əlavə edilmiş ƏMDX DƏDKvə RPHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin sənəd üzrə yerləşmə vəziyyəti ilə iddiaçının naturada faktiki istifadəsi kimi göstərdiyi torpaq sahəsinin yerləşmə vəziyyətinin üst-üstə düşməsi, konfiqurasiya fərqinin olmaması müəyyən olunmuşdur. Tədqiqat zamanı cavabdehlər X17 və qeydlərinin bildirdiyinə görə, sözügedən ərazinin, yəni İddiaçı mülkiyyətinə verilmiş 0,02 ha torpaq sahəsinin əvvəllər onların istifadəsində olması və həmin yerdən öz həyətlərinə giriş-çıxış üçün yol kimi, eyni zamanda çirkab suların axıdılması üçün su arxı kimi istifadə etmişlər. İddiaçı mülkiyyətinə verilmiş 0,02 ha torpaq sahəsinə həmsərhəd olan digər torpaq istifadəçisinin X13 tədqiqat zamanı bildirdiyinə görə, İddiaçı mülkiyyətinə verilmiş 0,02 ha torpaq sahəsindən faktiki istifadəsində və mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolu kimi istifadə edir. İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin bundan əvvəlki tədqiqat zamanı 0,0011 ha hissəsinin cavabdehlər X17 və X18 tərəfindən çəpərə alınaraq istifadə edilməsi müəyyən edilmişdir. Sonuncu tədqiqat zamanı isə həmin məftil hasar sökülərək İddiaçı mülkiyyətinə verilmiş 0,02 ha torpaq sahəsinin sənəd üzrə koordinatlarına uyğun çəkilmişdir. Baxış zamanı İddiaçı mülkiyyətinə verilmiş 0,02 ha torpaq sahəsinin şimal sərhədinin (X13 mülkiyyətində olan torpaq sahəsinin sərhədi istiqamətində) məftil çəpərlə, qərb sərhədinin (cavabdehlər X17 və ailə üzvlərinin istifadəsində olan torpaq sahəsinin sərhədi istiqamətində) cavabdehlər tərəfindən quraşdırılmış dəmir darvaza, daş hasar və məftil ilə, şərq sərhədinin yol ilə (çəpər mövcud deyildir), cənub sərhədinin isə (Y.Həsənov küçəsinə tərəf) qonşu torpaq istifadəçisinin hasarı ilə sərhəd olması müəyyən olunmuşdur. Tədqiqat zamanı İddiaçı mülkiyyətinə verilmiş 0,02 ha torpaq sahəsində orta hesabla 1-1,5 m enində su arxının olması müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan 0,02 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli X2 mülkiyyətində olan 0,0259 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli X1 mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və sonuncunun texniki pasportunda göstərilmiş Y.Həsənov küçəsi ilə kəsişmiş yol və həmçinin qonşu torpaq sahələri rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin rəyə əlavə edilmiş yerquruluşu planından görünür ki, iddiaçının torpaq sahəsinin şimalında keçmiş DT xə XK tərəfindən **********00363 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə verilmiş 0,04 ha torpaq sahəsi, qərbində - torpaq sahələri sərhədində darvaza quraşdırılmış və faktiki olaraq cavabdehlərin anasının istifadəsində, lakin bələdiyyənin mülkiyyətində olan 0,074 ha və X16 məxsus, cənubunda isə başqa şəxsə məxsus torpaq sahələri yerləşir. İddiaçının torpaq sahəsinin şərq tərəfi – gediş-gəliş yoludur. Məhkəmə göstərilən yerquruluşu planı ilə əlaqədar qeyd edir ki, iddiaçının torpaq sahəsinin qərbində yerləşən torpaq sahələrindən biri X13 mülkiyyətində olsa da, məhkəmə yerində baxış keçirtdiyi zaman planda DT xə XK tərəfindən **********00363 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə verilmiş 0,04 ha torpaq sahəsi adlandırılan ərazinin də faktiki olaraq X13 istifadəsində olduğunu və həmin ərazidə sonuncu tərəfindən bir otaqlı tikili inşa etdirdiyini aşkar etmişdir. İş materiallarına əlavə edilmiş vəsiqə və ƏƏSMN-nin portalından edilmiş çıxarışdan görünür ki, iddiaçı 2-ci Qarabağ müharibəsi qazisi olmaqla 3-cü qrup əlildir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçı və cavabdeh X6 izahatlarını, mütəxəssisi dinləyib, iş materiallarını, mütəxəssis və ekspert rəylərini araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə cavabdeh X6 iddia tələbinə etiraz olaraq izahatıda göstərdyi, mübahisələndirlən torpaq sahəsinin iddiaçıya qanunsuz olaraq verilməsi, iddiaçı tərəfindən qeyd olunan torpağı cəpərləməklə həyətinə gedən yolu zəbt etməsi, su kanalının bir hissəsini tutması, həmin ərazinin kamal olması, buna görə də qəti olaraq iddiaçıya yolu keçdiyi həmin torpaqdan istifadə etməyə imkan verməyəcəyi, oradan kanal kimi istifadə olunması barədə dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər iddiaçının öz mülkiyyəti üzərində dövlət qeydiyyatına alınmış hüquqlarının məhdudlaşdırılmasına, onun özünün xüsusi mülkiyyətində olan əmlak üzərində mülkiyyət hüquqlarını tam və sərbəst şəkildə həyata keçirməsinə maneə olmasına səbəb ola və bu xüsusatlar özü-özlüyündə cavabdehin etirazının haqlı və dəlillərinin əsaslı olması kimi qəbul edilə bilməz. Mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə sxemi ilə də həmin torpaq sahəsinin sənəd üzrə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının adına dövlət qeydiyyatına alınmış “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış hal-hazırda qüvvədədir və məhkəmə qaydasında mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənçam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yartmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Qeyd edilən hüquq normalarının mənasına görə mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs çəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Lənkəran şəhəri ərazisində yerləşən, mübahisə predmetinə aid olan 0,02 hektar həyətyanı torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən hazırda iddiaçının xüsusi mülkiyyətindədir. O, həmin torpaq sahəsinin cavabdehlər X17 və X18 tərəfindən zəbt edildiyini göstərsə də, məhkəmə 1-ci dəfə əraziyə yerində baxış keçirdiyi zaman müəyyən etdi ki, həmin torpaq sahəsi ilə şimal tərəfdəki digər torpaq sahəsinin istifadəçisi X13 torpaq sahəsi arasında dəmir setkadan çəkilmiş çəpər düzünə deyil, çəpəki çəkilmiş, X13 qanunzuz istifadə etdiyi iddiaçıya məxsus torpaq sahəsinin ərazisi qədər, iddiaçı da Vüqar Ağarzayevin istifadəsində olan torpaq sahəsindən qanunsuz istifadə etmişdir. Buna görə də mütəxəssisin iştirakı ilə hər ikisinin torpaq sahələrinin koordinatları dəqiqləşdirildikdən sonra, hər ikisi, aralarındakı çəpəri həmin koordinatlara uyğunlaşdırmışlar. Yəni, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları sənədə uyğun olaraq bərpa olunmuşdur. Göründüyü kimi, iddiaçının torpaq sahəsindən cavabdehlər deyil, cavabdehlərin bacısı oğlu X19 qanunsuz olaraq istifadə etmişdir. Buna görə də, iddiaçının cavabdehlərə qarşı iddiası bu hissədə əsassız hesab edilməli və təmin olunmamalıdır. Lakin iddia cavabdehlər X17 və X10 qarşı sonuncular tərəfindən törədilən maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdeh X17 qəti şəkildə iddiaçıya, sonuncunun mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyə imkan vermədiyini və bundan sonra da verməyəcəyini bildirməsi, iddiaçının əmlak hüquqlarının pozulması və pozulacağı, onun öz torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi və bilməməyəcəyi ilə nəticələnmiş və nəticələnəcəkdir. Cavabdeh X6 iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə dair hər hansı rəsmi sənəd və ya digər qanuni əsas mövcud deyildir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı digər cavabdeh Seyran Bəyəliyev tərəfindən də mülkiyyət hüquqlarının pozulduğunu göstərsə də, bu barədə məhkəməyə mötəbər sübutlarını təqdim etməmişdir. Buna görə də məhkəmə iddianı ona aid hissədə əsassız sayır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, cavabdeh X17 tərəfindən iddiaçının öz torpaq sahəsindən istifadəsinə törədilən maneələrin aradan qaldırılmalı və qanunsuz hərəkətlərə son qoyulmalı, iddia qalan və cavabdeh X10 aid hisələrdə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövltət rüsumu haqqında” Azərbaycan Resapublikası Qanunun 8.1.6-cı maddəsinə əsasən fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan hüquq normalarının tələbinə əsasən iddiaçının, müharibə veteranı kimi 100 manat dövlət rüsumunu ödəməkdən azad olunduğunu və iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, 100 manat dövlət rüsumu məbləği, həmçinin iş üzrə mütəxəssis rəyinin verilməsi ilə əlaqədar ödənilmiş 95 manat müayinə və tədqiqat, eləcə də ekspertiza xərci olan 50 manat - cəmi 245 manat məbləğ cavabdeh X14 aid edilməli, həmin məbləğdən 95 manat iddiaçıya verilməli, 100 manat Dövlət, 50 manat isə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürlməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X17 tərəfindən İddiaçı Lənkəran şəhərində mülkiyyətində olan 0,02 ha torpaq sahəsindən istifadəsinə törədilən maneələri aradan qaldırılsın, onun qanunsuz hərəkətlərinə son qoyulsun. İddia qalan və cavabdeh X10 aid hissədə təmin edilməsin. Cavabdeh X5 95 manat tutularaq İddiaçı, 100 manat tutularaq Dövlət hesabına və 50 manat tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X27
Məhkəmə qərarları › İş №2(049)-16/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-16/2024
01.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver