Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-160/2023 18.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, iddiaçının nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən Vəkil2, cavabdeh: Cavabdeh, cavabdehin vəkili “Arbitrum” Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10.901 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki,cavabdeh ondan 2016-cı il 10901 manat manat pul borc almış ona demiş ki,borcu qısa müddət ərzində qaytaracaq.Bir neçə dəfə borcunu tələb etmiş lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə pulu verməkdən boyun qaçırmışdır.vSonuncu dəfə cavadehlə söhbət edəndə ona bildirmiş ki borcunu hissə hissə ödəyəcək lakin ona verdiyi sonuncu vədidə yerinə yetirməmişdir.Odur ki, 9100 manat pulun cavdehdən alınıb ona verilməsinin xahiş etmişdir. İddiaçı daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməklə bağlı ərizə verərərk 10901 manat pul tələbinə dair iddia ərizəsiylə müraciət etmiş o, Cavabdeh 2016-cı ildə 10901 manat bəbləğində Corella boya məhsulları vermişdir. Həmin məhsulları bir neçə dəfə tələb etmişdir, lakin cavabdeh boya məsullarını qaytarmamışdır. Hazırda cavabdehdən 10901 manat boya məhsullarını və yaxud onların dəyərini tələb edir. Məhkmənin yeri və vatı barədə İddiaçı rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişdir lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahatında iddia tələbini müdafiə edərək tərəflər arasında mülki hüquqi münasibətlər olduğunu, iddiaçının cavabdehə borc pulun əvəzinə məhsul verdiyini, aralarında sahibkarlıq fəaliyyəti ilə bağlı hər hansı mübasibət olmadığını bildirirək cavabdehdən 10901 manat pulun alınaraq iddiaçıya verilməsini xahiş etdi. Məhkmənin yeri və vatı barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin cavabdehin vəkili Vəkil1 izahatında bildirmişdir ki, cavabdeh fəhlədir və o, gün ərzində minlərlə qaiməyə imza edir, hazırda iddiaçı tərəfindən təqdim edilən qaimələrə də o, qol çəkmişdir, lakin onun həmin fəaliyyətinin iddiaçı ilə heç bir əlaqəsi olmamışdır. Cavabdehlə iddiaçı arasında hər hansı sahibkarlıq münasibəti olmamışdır, cavabdeh adi fəhlədir. Cavabdehin heç kimə borcu yoxdur, buna görə də iddia tələbini rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmədə araşdırılmış əlyazmalardan görünür ki, cavabdehin iddiaçıya 10901 manat borcu yaranmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 4 avqust 2023-cü il tarixli xəttşünaslıq ekspertizasə qərarından görünür ki, qaimələrdə B.Mikayıl adı qrafasındakı imza Cavabdeh məxsusdur. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının tələbini və həmin tələbi təsdiq edən dəlil kimi təqdim etdiyi sübutları, habelə cavabdehin təqdim etdiyi sübutları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə, sübutlara qiymət verərkən ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə, Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş yeganə sübut (əlyazma kağızlar) mötəbərlilik kriteriyasına cavab vermir. Həmin sübutun iş üzrə mötəbərliyi, mümkünlyü və yetrəliliyi kifayət qədər deyil. Belə ki, məhkəməyə iddiaçının iddiasının təsdiq edilməsinin əsası kimi təqdim edilmiş əlyazma formasında kimin tərəfindən yazılması müəyyən edilməyən kağız parçasının iş üzrə sübut kimi qəbul edilməsi əsassız olmaqla, həm də qanunvericiliyin tələbinə tamamilə ziddir. Eyni zamanda, həmin kağızın məzmununda tarixlər, məbləğlər yazılmışdır. Həmin yazıların kim tərəfindən yazılması, kimin kimə borclu olması, hər hansı şəxsin imzası, həmin yazılanlarıla razı olub-olmaması, rekvizitləri, telefon nömrəsi və bu kimi digər heç bir qeyd yoxdur. Hətta məhkəmə həmin kağız parçasını sübut kimi qəbul etsə belə, məhkəmə üçün müəyyən deyildir ki, hüquq münasibətində olan tərəflər kimdir. Məhz göstərilənlər baxımından, habelə iddiaçı tərəfindən başqa sübut- şahid ifadəsi, telefon danışı, foto, video - təqdim edilməməsini və MPM-nin yuxarda şərh olunan 14.2 və 77.1-ci maddələrinə əsasən iddianın təmin edilməsi əsassız və qanunsuzdur. Bundan başqa, məhkəmədə müəyyən edildi ki, cavabdeh tərəfindən işi ilə əlaqədar olaraq bir çox qaimələrə imza edilmiş, lakin həmin qaimələr hazırkı iddia üzrə iddianın əsasını təşkil etməmişdir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-160/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-160/2023
18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver