Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-164/2024 24.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X1, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2116.76 manat borc pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1958-ci li tarixdə Lənkəran rayonu, Seydəkəran kəndində anadan olmuşdur. Xəstə və yaşlı olduğu üçün heç yerdə işləmir. Dövlətdən 327 manat təqaüd alır. İş üzrə cavabdeh olan Lənkəran rayon Sinovli kənd sakini Cavabdeh uzaq qohum kimi tanıyır. Cavabdeh "xxxx"dan kredit götürdüyü üçün iddiaçı ona zamin qalmışdır. Cavabdeh onu aldadaraq bankın kredit borcunu ödəməmişdir. Bank da cavabdehin borcunu iddiaçının təqaüdünə yönəlmişdir. Onun "xxxx"-a olan 2116.76 manat borcu onun təqaüdündən hər ay tutulmuşdur. Deməli onun 2116.76 manat borcunu iddiaçı ödəmişdir. İddiaçı Cavabdeh üçün ödədiyi 2116.76 manat pulun caavbdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək İddiaçı bütün borcunu ödədiyini, əksinə sonuncunun ona borclu olduğunu. Bu barədə özündıə qeydlər apardığını və həmin qeyd apardığı kağızı məhkəməyə təqdim etdiyini bildirib iddianın rədd edilməsini xahiş edi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Cavabdeh onun atasıdır. O, Lənkəran rayonu, Şiləvar kəndində yerləşən Refem marketdə satıcı işləyir. O, satıcı işlədiyi müddətdə bir neçə dəfə atasının ona verdiyi pulları hazırda iddiaçının nümayəndəsi olan Nümayəndə vermiş, lakin nə qədər pul olması və nə məqsədlə verilməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Cavabdeh onun əridir. O, Lənkəan rayonu, Osaküçə kəndində tibb məntəqəsinin müdiri vəzifəsində işləyir. İddiaçı onun ərinin uzaq qohumudur. Ərinin İddiaçı heç bir borcu yoxdur. O, işlədiyi üçün həmin borcu qaytarmış və mütəmadi ödənişlər etmişdir. İş materiallarında olan "xxxx" QSC-nin 061097 nömrəli məktubundan görünür ki, İddiaçı bildirilmişdir ki, “Sizin AccessBank QSC-yə 11 sentyabr 2023-cü il tarixdə daxil olmuş məktubunuza cavab olaraq bildiririk ki, müraciətiniz tərəfimizdən araşdırılmışdır. Nəzərinizə çatdırırıq ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış müvafiq kredit müqaviləsi üzrə sonuncunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Siz zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşsünüz. Siz həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlisiniz. Kredit müqaviləsi üzrə ödənilməli vəsaitlər banka qaytarılmadığından əsas borcluya və Sizə xəbərdarlıq məktubları göndərilmiş, kredit üzrə şərtlərlə bağlı güzəştlər təklif olunmuş, lakin heç bir nəticə olmadığından Bank tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aidiyyəti üzrə məhkəməyə müraciət edilmişdir. İş üzrə Lənkəran Rayon Məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul olunmuş və qanuni qüvvəyə mindiyindən icra olunması üçün müvafiq icra şöbəsinə yönəldilərək, icra tədbirləri həyata keçirilmişdir. Hazırda müvafiq icra hərəkətləri nəticəsində Sizə məxsus hesabdan ümumi 2116.76 manat vəsait daxil olmuş, 163.61 manat məbləğində vəsait geri qaytarılmışdır.” İş materiallarında olan sosial arayışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən 327.22 manat pensiya alır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 37.00 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən təqdim edilmiş yazılı kağızda olan qeydlərdən görünür ki, “Cavabdeh bank borclarından Aliyə Haşımovaya verilən pulların tarixi : 2018-ci il də 140 manat, 2019-cu ildə 90 manat, 2020-cu ildə 430 manat, 2021-ci ildə 800 manat, 2022-ci ildə 590 manat, 2023-cü ildə 300 manatcəmi 2350 manat. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. MM-nin 509-cu maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, xüsusilə bank məktubundan müəyyən olunur ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış müvafiq kredit müqaviləsi üzrə sonuncunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçım Fərman qızı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüş, Kredit müqaviləsi üzrə ödənilməli vəsaitlər banka qaytarılmadığından icra hərəkətləri nəticəsində İddiaçı məxsus hesabdan ümumi 2116.76 manat vəsait tutulmuşdur. Bununla da, İddiaçı Cavabdeh qarşı reqres tələb hüququ yaranmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə, Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş sübut (əlyazma kağız) mötəbərlilik kriteriyasına cavab vermir. Həmin sübutun iş üzrə mötəbərliyi, mümkünlüyü və yetrəliliyi kifayət qədər deyil. Belə ki, məhkəməyə iddiaçının iddiasına qarşı sübut kimi təqdim edilmiş əlyazma formasında kimin tərəfindən yazılması müəyyən edilməyən kağız parçasının iş üzrə sübut kimi qəbul edilməsi əsassız olmaqla, həm də qanunvericiliyin tələbinə tamamilə ziddir. Eyni zamanda, həmin kağızın məzmununda gsötərilmişdir ki, Cavabdeh Aliyə Haşımovaya verilən pulların tarixi. X9 adlı şəxsin məhz hazırda iddiaçı olan İddiaçı olması müəyyən deyil, çünki həmin kazğıda həmin şəxsin imzası, həmin yazılanlarıla razı olubolmaması, rekvizitləri, telefon nömrəsi və bu kimi digər heç bir qeyd yoxdur. Hətta məhkəmə həmin kağız parçasını sübut kimi qəbul etsə belə, məhkəmə üçün müəyyən deyildir ki, hüquq münasibətində tərəflər kimdir. Eyni zamanda, məhkəmə şahidlər X2 və X3 ifadələrini də hazırkı iş üzrə iddianın rədd edilməsi üçün əsas kimi qəbul etmir. Belə ki, həmin şəxslər cavabdehin yaxın qohumları (müvafiq olar arvadı və qızı) olmaqla iş üzrə obyektiv həqiqətin müəyyən edilməsinə yönəlmiş hər hansı məlumatı məhkəməyə verməmişlər. Hər iki şəxs ifadəsində yalnız iddiaçıya pul verildiyini bildirmişdir ki, həmin pulların məhz hazırkı iddia üzrə tələb olunan pul məbləğinə daxil olub olmaması barədə hər hansı məlumatları olmamışdır. Məhz göstərilənlər baxımından, habelə cavabdeh tərəfindən başqa sübut- şahid ifadəsi,telefon danışığı, foto, video - təqdim edilməməsini və MPM-nin yuxarda şərh olunan 14.2 və 77.1-ci maddələrinə əsasən qeyd olunan sübutların iddianın rədd edilməsinə əsas olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq ona ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2116.76 manat pul alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 37 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-164/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-164/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver