Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1677/2024 24.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Lənkəran Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Rərhad oğluna qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh Rərhad oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4000 manat borc məbləği, məhkəməyə müraciət etmək üçün ödədiyi 60.40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra o, iddia tələbini dəqiqləşdirərək 4000 manat borc məbləği, göstərdiyi hüquqi yardıma görə vəkilə ödədiyi 420 manat, məhkəməyə müraciət etmək üçün ödədiyi 60.40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh olan bacısı oğlu Cavabdeh Sumqayıt şəhərində inşa etdiyi fərdi yaşayış evinin sənədləşdirilməsi adı ilə etibarından sui-istifadə edərək, onu aldadaraq, yaşadığı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küşəsi, 21 saylı evin 98 saylı mənzilində ondan müxtəlif vaxtlarda, xx.xx.2022-ci tarixdə 2300 manatı, 1 aydan sonra 1000 manat, 1 həftə sonra 200 manat, yenə bir həftə sonra 500 manat olmaqla, cəmi 4000 manat məbləğində pul almış, həmin pulu tələb etdikdə cavabdeh onu söyərək təhqir etmişdir. Bu səbəbdən polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavbabdeh pulu qaytarmamışdır. Cavabdehin ona qarşı tərətdiyi dələduzluq cinayət əməlinin araşdırılmasını, onun barəsində qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfindən polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh polis şəbəsində verdiyi izahatında göstərmişdir ki, İddiaçı doğma xalasıdır. 2020-ci ilin yayında anası vəfat etmiş, onun vəfatından sonra özünə məxsus Sumqayıt şəhərində tikdirdiyi fərdi yaşayış evini sənədləşdirmək istəmiş, bu məqsədlə ona borc lazım olmuş, xalası Elmiradan 3.000 manat borc pul istəmiş, pulu alarkən xalası ilə evi sənədləşdirib satdıqdan sonra qaytaracağına dair razılığa gəlmişlər. Anasının hüzr mərasimi bitdikdən sonra evin sənələrini düzəldib evi satmış və xalasından aldığı pulu qaytarmışdır. Xalası verdiyi pulun faizini istəyir. Cavabdeh izahatında 3.000 manat pulu almasını qeyd etmişdir. Əslində cavabdeh 3000 manat deyil, 4000 manat pul almışdır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi ayrı-ayrılıqda iddianı müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişlər. İddiaçı əlavə olaraq bildirmişdir ki, cavabdehə pulları verdiyi zaman sonuncudan əlyazma almamış, evində videokameralar quraşdırılmamış, Whatcap proqramından istifadə etmir, cavabdehlə hər-hansı bir yazışma aparmamışdır. Cavabdehin ona 4000 manat borclu olmasını məhkəməyə dəvət etdiyi şahidləri və cavabdehin xalası ilə danışıqlarını əks etdirən DVD disk, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərər və cavabdehin polis idarəsində verdiyi izahatıdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının şahidi X1 göstərmişdir ki, iddiaçı bacısıdır, cavabdeh isə digər bacısının oğludur. O, cavabdehi 6 yaşından saxlamışdır. Bir gün iddiaçı ona zəng edərək bildirmişdir ki, cavabdeh, anasının evini satmaq və evin sənədləşdirlməsi üçün ondan pul istəyir. Özündə pul yoxdur, varsa ona versin. Cavabında iddiaçıya bildirmişdir ki, onun özündə də pul yoxdur, qonşularından alıb cavabdehə versin. Bundan sonra cavabdeh onun telefonuna səs ataraq bilrimişdir ki, evin sənədləşdirlməsi üçün pul tapmış, lakin 1000 manat çatışmayır. Cavabında cavabdehə bildirmişdir ki, onda pul yoxdur, yenə də iddiaçıdan istəməyi məsləhət görmüşdür. Bundan sonra iddiaçıya zəng edib ondan xahiş etmişdir ki, cavabdehə verdiyi 3000 manatdan başqa 1000 manat da tapıb versin ki, cabadeh evi satıb borcunun hamısını ona qaytarsın. Sonradan iddiaçı ona bildirmişdir ki, cavabdehə 4000 manat pul vermişdir. Lakin şəxsən özü iddiaçının cavabdehə 4000 manat pulu verdiyini görməmişdir. Bir müddətdən sonra iddiaçı ona bildirmişdir ki, qonşular ona verdikləri pullarını geri istəyirlər, lakin o, cabvabdehi tapa bilmir, zəng edir, cavabdeh telefonu açmır. Daha sonra isə iddiaçı bildirmişdir ki, bir dəfə cavabdeh telefonu açsa da, onu söyüb təhqir etmişdir. Buna görə də o, özü cavabdehə zəng edərək ona bildirmişdir ki, o, xalasını pis vəziyyətdə qoymuşdur. Bundan sonra cavabdeh onu da təhqir edərək söymüş, borcunun olmadığını ona bildirmişdir. Məhkəmə iclasında iddiaçının şahidi X2 göstərmişdir ki, iddiaçı bacısıdır, cavabdeh isə digər bacısının oğludur. Cavabdehin anasının ölümündən sonra, iddiaçı ona zəng vuraraq bildirmişdir ki, cavabdeh ondan 4000 manat pul almış, lakin qaytarmır. Buna görə də o, cavabdehə zəng etmiş, sonuncu onu təhqir edərək, borcunun olmadığını ona bildirmişdir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarın və cavabdehin Bakı şəhəri Nizami RPİ-də verdiyi izahatın surətlərindən görünür ki, cavabdeh iddiaçıdan 3000 manat borc pul aldığını, həmin borcu qaytardığını, iddiaçının ondan 3000 manat pulun faizlərini tələb etdiyini göstərib həmin faizləri ödəməyəcəyini bildirmişdir. Məhkəmə iclasında işdəki DVD disk səsləndirilmiş, səs yazılarından məlum olmuşdur ki, cavabdeh, digər xalası Sevil Eynullayevə bildirmişdir ki, iddiaçıdan faizlə pul götürmüş, hazırda iddiaçını faizlərə salmış, ona 1000 manat pul lazımdır. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hüquqi yardıma görə Lənkəran Vəkil Bürosunun hesabına 420 manat pul köçürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı dövlət rüsumu olaraq dövlət büdcəsinə 60.40 manat ödəmişdir. Məhkəmə araşdırması zamanı mübahisələndirilməyən hal olaraq müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xala-bacı oğlu olmaqla cavabdeh iddiaçıdan borc pul almışdır. Lakin mübahisələndirlən hal ondan ibarətdir ki, iddiaçı 4000 manat pulu cabvabdehə verdiyini və verdiyi borcun qaytarılmadığını göstərsə də, cavabdeh ondan cəmi 3000 manat məbləğdə borc aldığını, iddiaçının tələb etdiyi digər 1000 manat həmin 3000 manat borca hesablanmış faizlərin olduğunu, 3000 manat borcu qaytardığını, ona hesablanmış faizlərin isə qaytarmalı olmadığını göstərmişdir. Hazırda iddiaçı 4000 manat borc məbləği, göstərilmiş hüquqi yardıma görə vəkilə ödədiyi 420 manat, məhkəməyə müraciət etmək üçün ödədiyi 60.40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsasları olaraq şahid ifadələrinə, DVD diskindəki səs yasısına və “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarın və cavabdehin Bakı şəhəri Nizami RPİ-də verdiyi izahata istinad edir. Cavabdeh iddia tələbinə dair məhkəməyə etiraz göndərməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyərək, işə əlavə edilmiş materialları apaşdırarq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə görə, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.3-cü maddəsinə görə isə borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Qeyd olunan Məcəllənin 740.1-ci maddəsinə görə Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.6. Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə görə Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sözügedən Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Sözügedən Məcəllənin 449.2-ci maddəsinin tələbinə görə, bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Milli Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Yəni, Konvensiyanın tələblərinə əsasən ilk növbədə sübut etmə yükü iddiaçının, hazırki iş üzrə isə İddiaçı üzərinə düşür. İddiaçı cavabdehin ona 4000 manat mənbəğində borclu olduğunu göstərsə də, bunu təqsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Onun məhkəməyə dəvət etdiyi şahidlər də, bilavasitə onun tərəfindən cavabdehə 4000 manat verildiyini görmədiklərini bildirmişlər. Məhkəmə iclasında səsləndirlmiş DVD diskindəki səs yazısında da, cavabdehin iddiaçıdan 4000 manat borec aldığı öz əksini tapmır. Buna görə də məhkəmə cavabdehin iddiaçıya 4000 manat borclu qalması tələbini əsassız sayır. Bunla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 3000 manat borc verilməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Repsublikası 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabeh Bakı şəhəri Nizami RPİ-də verdiyi izahatında göstərmişdir ki, o, iddiaçıdan 3000 manat borc pul almış, lakin qaytarmışdır. Belə olan halda həmin borcun qaytarıldığını sübut etmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh həmin 3000 manat borcu qaytardığını göstərsə də, bunu təsdiqləyən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Yəni etirazının əsası kimi istinad etdiyi halı sübut etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh 3000 manat borcun qaytarılmasına dair məhkəməyə sübut təqdim etmədiyi üşün, həmin 3000 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidiur. Məhkəmə onu da qeyd edir ki, cavabdeh xalasına göndərdiyiu səs yazısında iddiaçıda pulu iddiaçıdan faizlə aldığını etiraf etmiş, lakin hansı faizlə aldığınıl göstərməmişdir. İddiaçı isə borcu faizlə vermədiyini göstərmişdir. Hazırda məhkəmə iddianı cavabdehin etiraf etdiyi həddə qəbul etdiyindən, hesab edir ki, cavabdehdən tutulmalı 3000 manat pul Mülki Məcəllənin 449-cu maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi ilə faiz hesablanmaqla tutulmalıdır. Məhkəmə iclası zamanı müəyyən olundu ki, qətnamə çıxarılan günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilmiş bank uçot dərəcəsi 7.25 %dir. Yuxarıdsa qeyd olunduğu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Qətnamə çıxarılan xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilmiş bank uçot dərəcəsi 7,25%-dir. Bir illik faiz dərəcəsini müəyyən etmək üçün borc olan 3000 manatı 7,25%-ə vurub 100%-ə bölmək lazımdır. Nəticədə illik faiz dərəcəsi 3000 manat borca nisbətdə 217.5 manat təşkil eləyir. Yuxarıda qeyd edilimş Mülki Məcəllənin 740.6-cı maddəsinə əsasən borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır. Buna görə də bir günlük faiz dərəcəsini müəyyən etmək məqsədilə 217.5 manat faiz borcu 365 günə böldükdə, bir gün üçün faiz dərəcəsi 0,59 manat təşkil eləyir. İddiaçının iddia ərizəsindən görünür ki, cavabdehə borc hissə-hissə olmaqla xx.xx.2022-ci ilk tarixdən verilməyə başlanmışdır. Həmin vaxtdan 2 il 2 ay 9 gün, yəni 789 gün keçmişdir. Hər gün üçün 0,59 manat olduğunu nəzərə alaraq 789 günün faiz dərəcəsi 460.2 manat təşkil eləyir. Bununlada iddiaçıya 3000 manat borcla bərabər 460.2 manat faiz borcu da ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 60.40 manat dövlət rüsumunun 09.90 manat məbləğ iddiaçıya, 52.50 manat məbləğ iaə cavabdehə aid edilməli də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, iddiaçının xeyrinə qətnamə çıxarıldığı və hazırki iddia tələbi üzrə hüquqi yardıma görə ödənilən xidmət haqqı məbləğinin ağlabatan olduğu nəzərə alınmaqla iddia tələbinin hüquqi yardıma görə vəkilə ödənilmiş 420 manat məbləğin cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh borc məbləği olaraq 3000 manat, faiz olaraq 460.20 manat, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 420 manat və dövlət rüsumu kimi ödənilmiş 60.40 manat dövlət rüsumunun 52.50 manat məbləği - cəmi 3932.70 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №2(049)-1677/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1677/2024
24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver