Məhkəmə qərarları › İş №2(049)-1693/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1693/2023

15.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1693/2023 15.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, iddiaçı Lənkəran rayon Vilvan Bələdiyyəsinin sədri X10, Cavabdeh və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iştirakı ilə, iddiaçı Lənkəran rayon Vilvan Bələdiyyəsinin Cavabdeh qarşı «zəbt olunmuş ümumi gediş-gəliş yolunun zəbtdən azad edilməsi və həmin yolun açılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Lənkəran rayon Vilvan Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi Vilvan Bələdiyyəsinin nəzarətində olan ümumi istifadədə olmaqla gediş-gəliş üçün nəzərdə tutulmuş yolun zəbtdən azad edilməsi və həmin gediş-gəliş yolunun boşadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran rayon Vilvan Bələdiyyəsinin yurisdiksiyasına daxil olan Lənkəran rayonu Vilvan kənd sakini X2 rayon Vilvan Bələdiyyəsinə müraciət edərək Lənkəran rayon Aqrar İslahat Komissiyası tərəfindən ona verilmiş paybəlli torpaq sahəsinə gedən yolu həmin kəndin digər sakini Cavabdeh zəbt etdiyi üçün onlar öz paybəlli torpaq sahəsinə gedib gəlməklə həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmədiklərini və həmin yol ümumi istifadə üçün nəzərdə tutulduğuna görə bələdiyyənin nəzarətində olması səbəbindən gediş gəliş yolunun açılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra həm müraciət etmiş sakinlərlə, həm də gediş gəliş yolunu zəbt edən sakinlə görüş keçirilərək müvafiq prafilaktik söhbətlər aparılmış və müvafiq araşdırma aparılmasından ötrü Bələdiyyə sədri, bələdiyyə üzvü, Vilvan kənd icra nümayəndəsinin və kənd sakinlərinin iştirakı ilə həmin əraziyə baxış keçirilmiş və məlum olmuşdur ki, adı qeyd olunan cavabdeh bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadədə olmaqla gediş əgliş yolu üçün nəzərdə tutulmuş yolu zəbt etməklə orada müxtəlif növ ağaclar əkməsi və həmin yolu hasara çəkərək zəbt etməsi müəyyən edilmiş və bu barədə müvafiq akt tərtib edilərək orada iştirak edənlər tərəfindən imzalanmışdır. Bundan sonra yenə də cavabdehə həmin yolun könüllü surətdə açılması təklif edilsə də cavabdehlər zəbt etdikləri gediş gəliş yolunu könüllü qaydada buraxmaqdan imtina etdiklərinə görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında iddiaçı Lənkəran rayon Vilvan Bələdiyyəsinin sədri X10 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddinı qəbul etməyib, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞİHB-nın Vilvan kənd inzibati ərazi dairsəində nümayəndəliyinin sentyabr 2019-cu il tarixli arayışdan görünür ki, X3 rayonunun, Vilvan kənində yaşayır. Lənkəran ŞİHB-nın Vilvan kənd inzibati ərazi dairsəində nümayəndəliyinin avqust 2019-cu il tarixli arayışdan görünür ki, Səfərov X7 rayonunun, Vilvan kənində yaşayır. xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Vilvan kənd sakini X9 yuxarı Dövlət orqanlarına göstərdiyi şikayət ərizələri ilə əlaqədar həmin əraziyə baxış keçirilmiş, baxış zamanı vətəndaş Cavabdeh bələdiyyə mülkiyyətinə aid olan piyada yolunda müxtəlif növ ağaclar əkərək yolu daraltmış, həm də vətəndaşların istifadəsində olan ümumi yolu zəbt edərək oradan hasar çəkmişdir. Akt Vilvan ƏİD icra nümayəndəsi, Vilvan Bələdiyyəsinin sədri, sədr müavini, bələdiyyə üzvü və kənd sakini Rafiq Dadaşov tərəfindən imzalanmışdır. İddiaçı torpağında alqı-satqı əsasında istifadəyə verilməsinə dair xx.xx.2002-ci il tarixli 26 saylı qərarından görünür ki, Lənkəran rayon Vilvan kənd sakini X4 bələdiyyənin mülkiyyətində olan kəndin perspektiv inkişaf fondundan həyətyanı sahə üçün 600 kv.m torpaq sahəsi ayrılmış, ayrılmış torpaq sahəsinin dəyəri X8 tərəfindən Lənkəran rayon Vilvan bələdiyyəsinin hesabına ödənilmiş və torpaq şöbəsi ilə birlikdə alqı-satqı aktı tərtib edilmişdir. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Lənkəran rayonu Vilvan kəndində yaşayan X1 rayon Vilvan bələdiyyəsinə xx.xx.2002-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclaısnda baxılmış və Lənkəran rayon Vilvan bələdiyyə ərazisində 0,06 ha torpaq sahəsinin satılması barədə xx.xx.2002-ci il tarixli 26 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində X8 tərəfindən Lənkəran rayon BUSB Bankının **********0 saylı hesabına əvvəlcədən 500.000 manat haqq ödənilmişdir. Bu aktı Lənkəran rayon bələdiyyə orqanının nümayəndəsi X16, torpaq alan X8 və X5 iştirakları ilə xx.xx.2003-cü il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Lənkəran rayonunun Vilvan kənd sakini Cavabdeh faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin naturada sərhədləri və koordinatları müəyyən edildi. Həmin torpaq sahəsinin ölçüsünün 0,16 ha olması məlum oldu. Sözügedən torpaq sahəsinin Vilvan kəndi ərazisində torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsinə əsasən «yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar»a (Pİ) aid olması müəyyən olundu. Aparılan araşdırma zamanı mübahisəli ərazidə X4 Vilvan bələdiyyəsinin müvafiq qərarı əsasında 0,06 ha həyətyanı torpaq sahəsinin ayrılması müəyyən olundu (faktiki istifadədə olan torpaq sahəsinin ölçüsü isə 0,16 ha təşkil edir). Eyni zamanda Cavabdeh istifadəsində olan həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmadığından, həmin torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi də olması müəyyən olundu. İddiaçı Lənkəran rayonu, Vilvan bələdiyyəsinin gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin koordinatları müəyyənləşdirildi və həmin torpaq sahəsinin faktiki olaraq Cavabdeh istifadəsində olan sözügedən 0,16 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi və ölçüsünün də 0,015 ha olması məlum oldu. Eyni zamanda iddia edilən həmin 0,015 ha torpaq sahəsinin üzərində Cavabdeh məxsus köməkçi tikililərin (tövlə,sanitar qovşağı,talvar) olması müəyyən edildi. Vilvan kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı müəyyən olundu ki, iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən həmin 0,015 ha torpaq sahəsi təsərrüfatdaxili kanal ilə perspektiv inkişaf fondu torpaqları arasında qalan eni 3-3,5 metr olan torpaq sahəsidir. Digər tərəfdən araşdırma aparılaraq müəyyən olundu ki, iddiaçı tərəfindən iddia edilən və cavabdeh tərəfindən tutularaq üzərində tikililər inşa olunan həmin 0,015 ha torpaq sahəsi təsərrüfatdaxili kanala bitişik ərazidə yerləşir. Başqa sözlə, həmin torpaq sahəsinin kanalın mühafizə zonasına aid olub-olmamasını müəyyənləşdirmək və yaxud da sözügedən kanalın mühafizə zonasının minimum enini müəyyənləşdirmək mütəxəssisin imkanı xaricindədir. Tədqiqat obyektinə baxış zamanı Cavabdeh tərəfindən tutularaq tikililər inşa olunan torpaq sahəsinin hər iki istiqamətdən (şimal-şərq və şimal- qərb tərəfdən) yol ilə sərhəd olması, başqa sözlə hər iki istiqamətdə faktiki mövcud olan gediş-gəliş yolunun cavabdehin istifadəsində olan həmin 0,16 ha həyətyanı torpaq sahəsinin sərhəd hüdudlarında (iddia olunan yerdə) sona çataraq bitməsi müəyyən olundu. Buna görə də iddiaçının əsas iddia tələbi hər iki istiqamətdə (şimal-şərq və şimal- qərb tərəfdən) faktiki mövcud olan gediş-gəliş yolunun mübahisəli ərazidə (cavabdeh tərəfindən tutulan yerdə) birləşərək davam etməsidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3587 №-li, 25 iyun 2023-cü il tarixli rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 432/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonunun Vilvan kənd sakini Cavabdeh faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin naturada sərhədləri və koordinatları müəyyən edildi. Həmin torpaq sahəsinin ölçüsünün 0,16 ha olması məlum oldu. Sözügedən torpaq sahəsinin Vilvan kəndi ərazisində torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsinə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlara (Pİ) aid olması müəyyən olundu. Aparılan araşdırma zamanı mübahisəli ərazidə X4 Vilvan bələdiyyəsinin müvafiq qərarı əsasında 0,06 ha həyətyanı torpaq sahəsinin ayrılması müəyyən olundu (faktiki istifadədə olan torpaq sahəsinin ölçüsü isə 0,16 ha təşkil edir). Eyni zamanda Cavabdeh istifadəsində olan həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmadığından, həmin torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi də olması müəyyən olundu. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 432/2023 saylı mütəxəssis rəyinə əsasən, iddiaçı Lənkəran rayonu, Vilvan bələdiyyəsinin gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin koordinatları müəyyənləşdirildi və həmin torpaq sahəsinin faktiki olaraq Cavabdeh istifadəsində olan sözügedən 0,16 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi və ölçüsünün də 0,015 ha olması məlum oldu. Eyni zamanda iddia edilən həmin 0,015 ha torpaq sahəsinin üzərində Cavabdeh məxsus köməkçi tikililərin (tövlə, sanitar qovşağı, talvar) olması müəyyən olundu. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının tələbindən görünür ki, qanunla iddiaçının mülkiyyətinə verilmiş gediş gəliş yolunun cavabdehin qanunsuz istifadəsindən azad edilməsi və həmin yolun boşaldılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinin birinci abzası, 47-ci maddəsinin 3-cü bəndi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinin birinci abzasında qeyd olunur ki, ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid torpaqlar hesab olunur. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü bəndində göstərilir ki, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Mülki hüquq nəzəriyyəsində vindikasiya iddiası adlanır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtlərini hazırki iş üzrə müqayisəli şəkildə tədqiq etdikdə aşağıdakılar müəyyən olunur:

1. Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı – bələdiyyənin ümumi istifadədə yolların üzərinə mülkiyyət hüququnun olması qanunla müəyyən olunur (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndi və 47-ci maddəsinin 3-cü bəndi)

2. Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3587 №-li, 25 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, iddiaçı Lənkəran rayonu, Vilvan bələdiyyəsinin gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin faktiki olaraq Cavabdeh istifadəsində olan sözügedən 0,16 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir.

3. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3587 №-li, 25 iyun 2023-cü il tarixli rəyi ilə iddiaçı Lənkəran rayonu, Vilvan bələdiyyəsinin gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsi Cavabdeh sahibliyindədir.

4. Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı – cavabdehin mübahisəli torpaq sahəsini istifadə etməsi qanunla müəyyən edilmiş əsaslarla istifadə etməsini təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş İddiaçı torpağında alqı-satqı əsasında istifadəyə verilməsinə dair xx.xx.2002-ci il tarixli 26 saylı qərarına və torpaqların alqısatqısına dair akta qiymət verərək, hesab edir ki, həmin sübutlar mübahisə gediş gəliş yolunun cavabdehin qanuni sahibiliyində olmasını təsdiq edən sübut kimi qəbul etmək olmaz. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3587 №-li, 25 iyun 2023-cü il tarixli rəyindən də müəyyən olunur ki, bələdiyyə ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 0,06 ha torpaq sahəsinin cavabdehə satılması nəzərdə tutuluğu halda cavabdehin faktiki istifadəsində 0,16 ha torpaq sahəsi vardır ki, mübahisəli torpaq sahəsi həmin 0,16 ha torpaq sahəsinin hüdudlarında yerləşir. Həmin 0,16 ha torpaq sahəsinin isə hər hansı mülki-hüquqi müqavilə və qanunla müəyyən edilmiş qaydada sahibliyinə və istifadəsinə verilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edilməmişdir. Həmin sübutları təqdim etmək vəzifəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbi baxımından cavabdehin üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli torpaq sahəsində sahibliyi və istifadəsi qanunsuzdur. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı – mübahisə predmeti torpaq sahəsi olduğundan iddiaçı əmlakını naturada tələb edir.

5. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi-müəyyən əşya) olmalı – mübahisənin predmeti olan torpaq sahəsi fərdi müəyyən edilən əşya hesab olunur.

6. Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı – tərəflər arasında mübahisəli torpaq sahəsi ilə əlaqədar hər hansı öhdəlik münasibətləri mövcud deyil, digər tərəflər bununla əlaqədar tərəflər məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi yalnız yuxarıda qeyd olunan dispozisiya şərtlərinin hamısı mövcud olduğu təqdirdə əsaslıdır. Hazırki işin hallarından isə müəyyən edilir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri yuxarıda qeyd olunanlara əsasən mövcud olduğundan, qanunla iddiaçının mülkiyyətində olan gediş gəliş yolunun cavabdehin qanunsuz istifadəsindən alınmalı və həmin torpaq sahəsi boşaldılmalıdır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə mərsəfləri ilə əlaqdar məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı Lənkəran rayonu, Vilvan bələdiyyəsinin gediş-gəliş yolu kimi iddia etdiyi 0,015 ha torpaq sahəsi Cavabdeh qanunsuz istifadəsindən azad edilməli və həmin gediş gəliş yolu hesab edilən torpaq sahəsi boşaldılmalı, iş üzrə ekspertiza xərci təşkil edən 50 manat Cavabdeh aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Lənkəran rayonu, Vilvan bələdiyyəsinin gediş-gəliş yolu kimi iddia etdiyi 0,015 ha torpaq sahəsi Cavabdeh qanunsuz istifadəsindən azad edilsin və həmin gediş gəliş yolu hesab edilən torpaq sahəsi boşaldılsın. İş üzrə ekspertiza xərci təşkil edən 50 manat Cavabdeh aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar