Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-17/2023 29.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katib: X2, iddiaçı: İddiaçı, iştirakı ilə, iddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onu və oğlunu aldadaraq 10.000 min manat borc pulun və 2000 min manat əldən çıxmış faydanın cəmi 12.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, traktor ehtiyat hissələrini alıb, sonra da sataraq, müvafiq qazanc əldə etməklə öz yaşayış tərzini qurur və dolanır. Pula ehtiyacı olduğundan "Bank Respublika"nın Cəlilabad Filialına müraciət etməli olmuşdur. Bu bankdan ona təyin edilən 38.200 ABŞ dolları pulun bir qismi, yəni, 23.800 ABŞ dolları verilməklə, qalan 14.800 ABŞ dollarının sonradan ona ödəniləcəyi vəd edilmişdir. 14.800 ABŞ dolları pulu ona verilmədiyindən o hüquq mühafizə orqanlarına şikayət etmək istəmişdir. Buna görə də ona hüquqi yardım işini göstərəcək hər hansı bir şəxsə ehtiyac hiss etmişdir. Bu mənada Cəlilabad rayonunun Adnalı kənd sakini Natiqə müraciət etməli olmuşdur. Natiq də tanışı olduğunu ona bildirib, onun vasitəsilə ona kömək edəcəyinə söz vermişdir. 2017-ci ilin iyun ayında o, oğlu Xalid Hüseynov, kürəkəni Rizvan Əsgərov, tanışı Natiq və taksi fəaliyyəti ilə məşğul olan Əli adlı şəxslə birlikdə, məhz Əlinin idarə etdiyi "Mersedes-BENZ" markalı avtomaşınla Bakı şəhərinə Natiqin tanışı olan qadınla görüşə getmiş. N.Nərimanov adına metronun yanında bir kafedə əyləşib, Natiqin tanışı olan həmin qadını gözləmişlər.15 dəqiqədən sonra 30-35 yaşında olan qadın onların oturduğu stola yaxınlaşmışdır. Bu qadını Natiqi onlara təqdim etdikdən sonra bildik ki, onun tanışı olan bu qadın Cavabdehdır. Nə üçün pula ehtiyac olduğunu Cavabdeh bildirib, onu tam məlumatlandırdıqdan sonra o, müəyyən sənədlərə baxaraq, bildirmişdir ki, işin həll edilməsi üçün ona 5000 AZN məbləğdə pul verilməlidir. O, bu pulu qabaqcadan istəmişdir ki, onun işini həll etməkdən ötrü bəzi adamlarla görüşüb, onlara pul verməklə, bu işi həll edə bilsin. Ona görə də Cavabdeh telefon nömrəsini almışdır ki, onunla əlaqə saxlaya bilsin və 5000 AZN məbləğ bu pulu hazırlayaraq ona versin. Bu məqsədlə, məhz barəsində olan işlərin görülməsi üçün xx.xx.2017-ci il tarixdə Bakı şəhərinə gələrək, 21 saylı notariat kontorunda Cavabdeh hüquqlarının müdafiəsi məqsədilə ona etibarnamə verməklə, ona köməklik etməsini xahiş etmişdir. Bundan sonra o Cəlilabad rayonuna qayıtmışdır. Nuranə də öz evinə getmişdir. Sonra Cavabdeh 5000 AZN məbləğ pulun hazır olub-olmamasını telefonla ondan soruşmuş, ona bildirmiş ki, pul hazırdır. Onunla razılaşdığı vaxtda həftənin şənbə günü saat 10 radələrində Nurana Sadıqova ilə Cəlilabad rayonun polis şöbəsinin inzibati binasının yaxınlığında görüşmüşlər. Həmin vaxtı o tanışı Natiqi də ora çağırmış, o 5000 AZN məbləğ pulu sayaraq Natiqə vermiş Natiqdə onun yanında həmin pulu onun iştirakı ilə Cavabdeh vermişdir. Nuranə Cəlilabad rayon polis şöbəsinin inzibati binasına daxil olmuş və 40 dəqiqədən sonra yanın qayıtmış, bildirmişdir ki, pulu vermiş, qısa zamanda işin həll ediləcəyini ona deməklə, hətta, "Bank Respublika" tərəfindən ona vurulan ziyanın tam ödəniləcəyini bildirmişdir. Bundan başqa onu da göstərirəm ki, Cavabdeh ona oğlu Xalid Hüseynovu hər hansı dövlə işinə düzəltmək üçün də 5000 AZN məbləğində əlavə pul almışdır. Belə ki, 2017-ci ilin iyu ayında ona verdiyi həmin pulu da ona oğlu Xalid Hüseynovun vasitəsilə iki halda Cavabdeh göndərmişdir. Birinci halda 2000 AZN məbləğində, 2-ci halda isə ondan 3 üç gün sonra 3000 manat pul Cavabdeh Bakı şəhərində oğlu Xalid Hüseynovdan alaraq onu işə düzəldəcəyinə söz vermişdir. Əlbəttə, cavabdeh şəxsin ona aldatdığını bildikdən sonra ona notariat qaydasında verdiyin etibarnamənin ləğvinə dair 21 saylı notariat kontoruna müraciət edib, həmin etibarnaməni 11 dekab 2017-ci il tarixdə ləğv etdirmişdir. Məhkəmə iclasında dindiriliən İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq gəlməmiş gəlməməsi barədədə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 03 oktyabr 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Cəlilabad rayon Polis Şöbəsinin qərarından görünür ki, İddiaçı ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 21 saylı notariat kontorunun etibarnaməsindən görünür ki, İddiaçı hüquqlarını Cavabdeh etibar etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh verdiyi etibarnaməni ləğv etdirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş CD diskdə olan səs yazısından görünür ki, Sadıqova X1 Aydın Ağaxan oğlundan pul aldığını etiraf etmişdir. Məhkəmə tərəfləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeh iddiaçıdan 10000 manat pulu iki dəfəyə olmaqla borc olaraq almış, qeyd olunan məbləğ iddiaçı tərəfindən cavabdehə verilsə də, cavabdeh öhdəliyin icrasından boyun qaçırmışdır. Buna görə də həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Əldən çıxamış fayda ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10.000 manat borc pul alınaraq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-17/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-17/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver