Məhkəmə qərarları › İş №2(049)-1709/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1709/2024

23.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1709/2024 23.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh Lənkəran Probasiya şöbəsinə qarşı İcra və Probasiya şöbəsi icraçısının hərəkətinin qanunsuz hesab edilməsi və ona məxsus avtomobilin geri qaytarılması tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədlərixx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında araşdıraraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Lənkəran Probasiya şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək Lənkəran İcra və Probasiya şöbəsinin borclunun əmlakının axtarılması haqqında xx.xx.2024cü il tarixli və eyni tarixli əmlak üzərinə həbs qoyulması barədə qərarlarının qanunsuz hesab edilməsi, ona məxsus **-SR-*** nömrəli Ford Tranzit avtomobilinin həbsdən azad olunub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, İddiaçı iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, Qasımova X2 İcra və Probasiya şöbəsinin müvafiq qərarlarının qanunsuz hesab edilməsi ilə yanaşı, özünə məxsus **-SR-*** nömrəli Ford Tranzit avtomobilinin həbsdən azad olunub ona verilməsini də məhkəmədən xahiş etmiş, bununla da bir-biri ilə əlaqədar olmayan qeyri-müəyyən məzmunlu tələblərlə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, icra məmurunun qərarlarından, hərəkət və ya hərəkətsizliyindən şikayət qətnamənin icrası qaydasında icraat üzrə həyata keçirildiyi və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları ilə tənzimləndiyi halda, əmlakın (o cümlədən, avtomobilin) qaytarılması mülki icraat qaydasında baxılan işlər sırasına aiddir. Bu da onu deməyə əsas verir ki, iddiaçı müxtəlif növlü (8 indeksi və 2 indeksi ilə baxılmalı olan) işlər üzrə eyni ərizə ilə məhkəməyə müraciət etmidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Qanunvericiliyin tələbinə görə icra sənədi üzrə tərəflərin, o cümlədən, borclunun icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən müvafiq məhkəməyə şikayət vermək, habelə, əmlak üzrərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Lakin bu hüquq tərəfin qeyd edilən hər iki məsələ ilə bağlı eyni vaxtda və birlikdə məhkəməyə müraciət etməsinə əsas vermir. Həmçinin, qanunvericiliyə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət mülki iddia icraatı qaydasında deyil, qətnamənin icrası qaydasında icraat üzrə verilməlidir. Bundan əlavə ddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün müvafiq miqdarda dövlət rüsumu da ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı hazırki ərizəsi forma və məzmun baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə cavab vermədiyindən həmin ərizənin qanunvericilikdə nəzərdə tutulan hər hansı növə uyğun iş kimi icraata qəbul olunaraq mahiyyəti üzrə baxılması mümkün deyildir. Ona görə də hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin əsaslarla İddiaçı və onun nümayəndəsinə izah edilir ki, hazırki qərardadın təsviri hissəsində qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada qətnamənin icrası qaydasında icraat üzrə ərizə ilə və ya müstəqil iddia tələbi ilə yenidən aidiyyəti məhkəməyə müraciət edilə bilər. Qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74, 149, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Lənkəran Probasiya şöbəsinə qarşı İcra və Probasiya şöbəsi icraçısının hərəkətinin qanunsuz hesab edilməsi və ona məxsus avtomobilin geri qaytarılması tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Eyni zamanda, İddiaçı və onun nümayəndəsinə hazırki qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada qətnamənin icrası qaydasında icraat üzrə ərizə ilə və ya müstəqil iddia tələbi ilə yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar