Məhkəmə qərarları › İş №2(049)-1745/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1745/2024

29.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1745/2024 29.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu, İddiaçı Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, tam dəyəri 2277 manat olan Attenti markalı elektron nəzarət vasitəsinin pulunun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 1(049)- 126/2023 saylı, 14 fevral 2023-cü il tarixli hökmünə əsasən Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla orada yaşayan xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm ilə məhkum Cavabdeh üzərinə yaşayış yerini hər gün saat 22:00- dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbinəri təşkil etməmək və belə tədbirlərdə işrtirak etməmək vəzifələri qoyulmuşdur. Hökmün icrası ilə bağlı hakimin göstərişi xx.xx.2023-cü il tarixində İddiaçı icraatına daxil olmuş, məhkum Cavabdeh xx.xx.2023-cü il tarixində qeydiyyata götürülmüşdür. Məhkuma xx.xx.2023-cü il tarixində ********* nömrəli, “Attenti” markalı elektron nəzarət vasitəsi (ENV-si) tətbiq edilmiş, ENV-nin mobil qurğusu, elektron qolbağı, adapted məhkuma xx.xx.2023-cü il tarixli protokol ilə təhvil verilmiş və ENV-nin gəzdirmə və istifadə qaydaları məhkuma izah edilmişdir. Həmçinin, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, azadlığın məhdudlaşdırılması cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitə zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu tələblərə riayət edəcəyi barədə məhkumdan iltizam alınmışdır. Protokol və iltizam məhkum tərəfindən imzalanmışdır. Məhkum Cavabdeh xx.xx.2024-cü il tarixində şöbəyə gələrək ona tətbiq edilən elektron nəzarət vasitəsinin mobil qurğusunu xx.xx.2024-cü il tarixində həyətlərində olan su quyusu tərəfdə itirdiyini və tapa bilmədiyini bildirmişdir. Probasiya məmuru tərəfindən onunla fərdi söhbət aparımış və elektron nəzarət vasitsinin mobil qurğusunu tapıb işlək vəziyyətdə cəzasına nəzarət edən orqana təqdim etməyəcəyi təqdirdə mobil qurğunun dəyərinin ondan tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi bildirilmiş və məhkuma mobil qurğunu tapa bilməsi üçün vaxt verilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixində təkrar şöbəyə gələrək mobil qurğununu nə qədər axtarsa da tapa bilmədiyini bildirmişdir. Məhkuma təkrar bildirilmişdir ki, elektron nəzarət vasitsinin mobil qurğusunu itirdiyi üçün ona tətbiq ENV-si yararsız hala düşmüş sayılır və elektron nəzarət vasitəsnin mobil qurğusunu itirdiyinə görə vurulmuş ziyanın dəyərinin ondan tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəkdir. Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 nömrəli Qərarının 7.5- ci maddəsinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenis: ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş arayışa əsasən Attenti markalı elektron nəzarət vasitəsinin tam dəyəri 2277 ( iki min iki yüz yetmiş yeddi )manat təşkil edir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətini 10 may 2024-cü il tarixdə poçt vasitəsi ilə alsa da, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 1(049)-126/2023 saylı, 14 fevral 2023-cü il tarixli hökmünə əsasən Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla orada yaşayan xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm ilə məhkum Cavabdeh üzərinə yaşayış yerini hər gün saat 22:00- dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbinəri təşkil etməmək və belə tədbirlərdə işrtirak etməmək vəzifələri qoyulmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, hökmün icrası ilə bağlı göstərişi xx.xx.2023-cü il tarixində İddiaçı icraatına daxil olmuş, məhkum Cavabdeh xx.xx.2023-cü il tarixində qeydiyyata götürülmüşdür. Məhkuma xx.xx.2023-cü il tarixində ********* nömrəli, “Attenti” markalı elektron nəzarət vasitəsi (ENV-si) tətbiq edilmiş, ENV-nin mobil qurğusu, elektron qolbağı, adapted məhkuma xx.xx.2023-cü il tarixli protokol ilə təhvil verilmiş və ENV-nin gəzdirmə və istifadə qaydaları məhkuma izah edilmişdir. Həmçinin, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, azadlığın məhdudlaşdırılması cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitə zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu tələblərə riayət edəcəyi barədə məhkumdan iltizam alınmışdır. Protokol və iltizam məhkum tərəfindən imzalanmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş arayışa əsasən Attenti markalı elektron nəzarət vasitəsinin tam dəyəri 2277 (iki min iki yüz yetmiş yeddi )manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1096.2-cimaddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzizərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətliəmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin məcəllənin 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh, tam dəyəri 2277 manat olan Attenti markalı elektron nəzarət vasitəsinin pulunun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar