Məhkəmə qərarları › İş №2(049)-1751/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1751/2025

03.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1751/2025 03.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X10, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maneənin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «maneənin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona, və ailə üzvlərinə Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 nömrəli qərarı ilə Lənkəran rayonunun Şıxakəran kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 0.48 ha torpaq sahəsinin naturada tanıdılması (yerində müayinəsi) və ölçmə işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinin əməkdaşlarına törədilən maneənin aradan qaldırılması və Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunu Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü il tarixdə Lənkəran rayonunun Şıxakəran kəndində anadan olmuşdur və hal hazırda da təqaüddə olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 nömrəli qərarı ilə mənə və ailə üzvlərinə Lənkəran rayonunun Şıxakəran kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.48 ha torpaq sahəsi ayrılmış və buna uyğun olaraq ona və ailə üzvlərinin adına torpağa mülkiyyə huququna dair JN-625 kod 80222028 nömrəli dövlət aktı verilmişdir. O, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Lənkəran rayonunun Şıxakəran kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 0.48 ha torpaq sahəsinin naturada tanıdılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Çünki, ona və ailə üzvlərinə ayrılmış torpaq sahəsinin təxmini harada olmasını bilsə də, dəqiq olaraq naturada harada yerləşməsi, yəni qonşu torpaqlarla döngə nöqtələrinin haradan keçməsini bilmir. Odur ki, o, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Lənkəran rayonunun Şıxakəran kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 0.48 ha torpaq sahəsinin naturada tanıdılması və harada yerləşməsini ona göstərmələrini xahiş etsə də, Cavabdehun Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinin əməkdaşlarına yaratmış olduğu maneələrə görə bu mümkün olamamış və ona və ailə üzvlərinə ayrılmış torpağın naturada və harada yerləşməsini göstərmək mümükün olamamışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinə yazdığım ərizəmə cavab olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsi ona xx.xx.2025-ci il tarixli. 3-21-3-43/2- 872/2025 nömrəli imtina məktubunda göstərmişdir ki, həmin ərazidə mübahisə yaranması səbəbindən sözügedən torpaq sahəsinin naturada yerinin tanıdılması mümkün olmamışdır. Halbuki, o, özünə və ailəsinə ayrılmış torpaq sahəsinin harada yerləşməsini istəmiş və buna görə də Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinin əməkdaşlarına maneə yaratmaq və qanunsuz hərəkətlər etməklə sözügedən torpaq sahəsinin naturada yerinin tanıdılması mümükün olmadığından məcbur qalıb məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış JN-625 kod 80222028 nömrəli dövlət aktıından görünür ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 nömrəli qərarı ilə Lənkəran rayonun Şıxəkəran kəndində yerləşən 0.48-ha torpaq sahəsi İddiaçı, X6, X8, X2, X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2017-cü il tarixli ******* nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran rayonu, Şıxəkəran kəndində yerləşən 0.06 ha torpaq sahəsi X9 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, bildirişindən görünür ki, Lənkəran rayonu Şıxəkəran kədində yerləşən JN-625 nömrəli dövlət aktı əsasınd torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı aidiyyəti mütəxəssislər tərəfindən müayinə olunmamasına şərait yaradılmadığından müayinə mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-İ 060177 seriyalı nikah şəhadətnaməsindən görünür ki, X4 ilə X2 xx.xx.2003-cü il tarixdə 15 saylı aktla Lənkəran Rayon Xolmili kənd İcra nümayəndəliyində nikahları rəsmiləşdirilmiş, nikahdan sonra arvada Mehrəliyea, ərə Mehrəliyev soyadı verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-İİ ******* seriyalı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 6.1.7-ci maddəsinin tələbinə görə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. MM-nin 152-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın .Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının əldə etdiyi torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilməsi zərurəti yaranmış, lakin cavabdeh tərəfindən buna şərait yaradılmamışdır. Göstərilən hal Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsi ona xx.xx.2025-ci il tarixli. 3-21-3-43/2-872/2025 nömrəli imtina məktubun ilə də tam təsdqini tapmışdır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, cavabdehin iddianı qəbul etməsini işin faktiki halları ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçınin iddiası təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinə ayrılımış Lənkəran Şıxəkəran kəndində yerləşən 0.48 ha həyətyanı torpaq sahəsinin naturada tanıdılması (yerində müayinə) və ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın, torpaq sahəsinin yerində müayinə edilməsinə şərait yaradılsın. Ödənimiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar