Məhkəmə qərarları › İş №2(049)-1798/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1798/2023

09.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1798/2023 09.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1982-ci ildə, Lənkəran rayonu, Nərimanabad kəndində anadan olmuş tanışı, Cavabdeh tamah niyyəti ilə etibardan suiistifadə edərək, ABİ34457 seriya nömrəli X1 Şəhadətnaməsi ilə X2 məxsus “Mercedes C180” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili 8000 manata ona satacağına dair yalandan vəd verib aldadaraq inandırmış və aralarında şifahi şəkildə olan qarşılıqlı razılıq əsasında onun tərəfindən ona müxtəlif vaxtlarda hissə-hissə ödənilmiş ümumi məbləği 5000 manat təşkil edən nəğd pulları mənimsəmişdir. Sözügedən işlə bağlı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündə qeyd edilmişdir ki, “Cavabdeh tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı İddiaçı etibarından sui-istifadə edərək, AB134457 seriya nömrəli X1 Şəhadətnaməsi ilə X2 məxsus “Mercedes C180“ markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncuya 8000 manata satacağına dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə İddiaçı 05 dekabr 2020-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu Xırdalan dairəsi adlanan yerdə 200 manat, 06 dekabr 2020-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında 2000 manat, 07 dekabr 2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində 100 manat, 10 dekabr 2020- ci il tarixdə saat 09:01-də Abşeron rayonu Xırdalan şəhəri, H. Əliyev prospekti 7 ünvanında yerləşən Araz Marketdə olan “e-Manat” ödəmə terminalı (terminal N°3188) vasitəsi ilə göndərmə yolu ilə 350 manat, 12 dekabr 2020-ci il tarixdə saat 13:02-də Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 1 ünvanında yerləşən “e-Manat'’ ödəmə terminalı (terminal N°3728) vasitəsi ilə göndərmə yolu ilə 250 manat, 22 dekabr 2020-ci il tarixdə saat 14:11-də Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 1 ünvanında yerləşən Economy Marketdə olan “MilliÖN” ödəmə terminalı (terminal N°01452) vasitəsi ilə göndərmə yolu ilə 350 manat, 25 dekabr 2020-ci il tarixdə saat 18:13-da Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti ünvanında yerləşən “MilliÖN” ödəmə terminalı (terminal N°19062) vasitəsi ilə göndərmə yolu ilə 400 manat, 29 dekabr 2020-ci il tarixdə saat 16:11-də Abşeron rayonu Xırdalan şəhəri, H. Əliyev prospekti ünvanında yerləşən “MilliÖN” ödəmə terminalı (terminal N°19062) vasitəsi ilə göndərmə yolu ilə 450 manat, 05 yanvar 2021-ci il tarixdə saat 14:37-də Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 1 ünvanında yerləşən “e-Manat” ödəmə terminalı (terminal N°3728) vasitəsi ilə göndərmə yolu ilə 600 manat, 08 yanvar 2021-ci il tarixdə saat 147E3Mə: Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 1 ünvanında yerləşən “e-Manat” ödəmə terminalı (terminal N°3728) vasitəsi ilə göndərmə yolu ilə 300 manat olmaqla ümumilikdə 5000 manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş İddiaçı 5000 manat məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə prossesi davam edən zaman Cavabdeh tətbiq olunacaq cinayət-hüquqi cəza tədbirlərin yüngülləşdirilməsi məqsədilə, qohumları onunla əlaqə saxlayaraq sözügedən şəxsin əməlindən peşman olduğunu bildirmiş və onun adından üzr istəmiş, o cümlədən Cavabdeh bağışlamağını xahiş edərək ona 1.550 manat məbləğində borcun bir hissəsini geri qaytarmışlar. Belə olduğu halda o da öz növbəsində onların üzrxahlığını qəbul edərək Cavabdeh bağışlamışdır. Hal-hazırda Cavabdeh ona 3450 manat məbləğində borcu qalmışdır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3450 manat qalıq borc və dövlət rüsumu olaraq ödənilmiş 55 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. İşə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 1(012)-56/2022-saylı, xx.xx.2022-ci il tarixli hökmün təsviri hissəsindən görünür ki, Cavabdeh iddia ərizəsində göstərilən əməlləri törətməklə ümumilikdə 5000 manat məbləğində nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə İddiaçı alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib ona 5000 manat məbləğində ziyan vurmuş və məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. Həmin 5000 manat ziyandan məhkəmə 1000 manatını ödəmiş, qalan məbləği hissə-hissə olmaqla qaytarağına söz vermişdir. Məhkəmə iclaslarına cavabdeh gəlməmiş və həmin qalıq qalmış 4000 manat ziyana dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya pul borclu olması faktı qanuni qüvvəsini almış hökm ilə tam təsdiq olunduğu üçün iddia tələbi əsaslı sayılaraq təmin edilməli, Cavabdeh 3450 manat məbləğində pul tutularaq, İddiaçı verilməlidir. İşdə olan qəbzdən görünür ki, iddiaçı 55 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 55 manat dövlət rüsumu cavabdehə aid edilməli və sonuncudan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 3450 (üç min dörd yüz əlli) manat məbləğində pul və 55 manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar