Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1802/2024 17.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi ,İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə 17 iyul 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017 tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq cavabdehdən hər ay 600 manat sabit pul məbləğində aliment və 60 manat mediasiya xərcinin alınaraq ona verilməsini xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə Cavabdeh ilə ailə qurmuş və bu münasibətdən xx.xx.2017 tarixində X6 doğulmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2017 tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən xeyrinə 150 manat miqdarında aliment qət edilmişdir. Həmin dövrə nisbətdə yaşayış minimumu əhəmiyyətli dərəcədə artmışdır. 2022ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu 185 manat idisə, hazırkı dövrdə bu məbləğ 235 manat təşkil edir. Məhkəmədə İddiaçı izahat verərək bildirib ki, 2022-ci ildə yoldaşı heç yerdə işləmirdi, ona görə birinci məhkəmədə 150 manata razılaşdı. Amma indi rəsmi işləyir və əlavə olaraq başqa yerlərdə ustalıq edir. Lakin bu barədə sübutu yoxdur. Uşaq artıq böyüyür və təlabatı artır. Ona görə də alimetin artırılması ilə bağlı iddia qaldırmışdır. Əlavə olaraq bildirmişdir ki, qeyri rəsmi olaraq “Dosa”da işləyir və buna görə ona 250 manat əmək haqqı verilir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə hazırlıq iclasında bildirmişdir ki, himayəsində olan anası xərçəng xəstəliyindən əziyyət çəkir, atası işsizdir, özü ailədə yeganə qazang gətirən şəxsdir və buna görə də alimentin cəmi 20 manat miqdarında artırılmasına razıdır. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2017-ci il təvəllüdlü X5 doğulmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X2 üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 150 manat aliment alınması qət edilmişdir. Elektron portaldan müəyyən olunur ki, cavabdeh “Bakı İnşaat”da qaz vasitəsilə kəsən işçi kimi 954.72 manat əmək haqqı alır. Məhkəmə mübahisəyə hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdeh işləyərək əmək haqqı alır. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin 600 manat miqdarında aliment vermək imkanına malik olduğunu göstərsə də, bunu təsdiqləyən sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Lakin, məhkəmə iclsasında müəyyən olundu ki, cavabdeh “Bakı İnşaat”da qaz vasitəsilə kəsən işçi işləyərək 954.72 manat əmək haqqı alır. Ailə Məcəlləsinin 76-cı maddəsinə görə bir uşağa valideynin qazancının ¼ hissəsi miqdarında aliment tutulur. Cavabdehin qazancı olan 954.72 manatın ¼ hissəsi 238.68 manat təşkil eləyir. Məhz bu meyyarı nəzərə alaraq məhkəmə hesab edir ki, Lənkəran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 238 manat sabit pul miqdarında alimentin alınıb iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə artırılmış alimetin məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq tutulmasına dair iddiaçının tələbinə qiymət verərək qeyd edir ki, aliment tələbinə dair iddiadan fərqli olaraq, alimentin artırılması barədə qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının «X8» Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, hazırda uşağın saxlanması üçün ayda 238 manat miqdarında alimentin tutulması nəzərə alınmışdır. Bu əvvəl qət olunmu alimentin miqdarından 88 manat artıq deməkdir. Alimentin artırılmış hissəsi bir il ərzində cəmi 1056 manat təşkil eləyir (88 manat x 12 aya = 1056). Buna görə də cavabdehdən 35.6 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏVİ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilsin Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 238 (iki yüz otuz səkkiz) manat sabit pul miqdarında aliment və 60 manat mediasiya xərci alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. X1 üçün cavabdehdən hər ay 238 manat sabit pul miqdarında alimentin tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdehdən 35.6 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №2(049)-1802/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1802/2024
17.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver