Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1845/2024 15.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1531 manat borc pul və ödənilmiş 36 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(049)- 5371/2018 saylı əmrinə əsasən Cavabdeh və ondan 2731.99 manat əsas kredit borcu, 567.93 manat faiz borcu, cəmi 3399.12 manat məbləğində borcun alınaraq "Hacı Kredit İttifaqı” MMC-ni xeyrinə ödənilməsi qərara alınmışdır. Cavabdeh 2014-cü il tarixdə "Hacı Kredit İttifaqı” MMC-dən 24 ay müddətinə illik 36 % dərəcəsi ilə 2960.00 manat kredit götürmüşdür. O, həmin kredit üzrə cavabdehə zamin durmuş, lakin cavabdeh borcunu ödəmədiyinə görə məhkəmə əmri çıxarılmışdır. Bundan sonra da cavabdeh imkanı olsa da, borcunu ödəməkdən boyun qaçırmışdır. Özü işlədiyinə görə 2020-cı ilin noyabr ayından onun əmək haqqından həmin borc məbləği tutularaq "xxxx" MMC-nin hesabına köçürülür. "Hacı Kredit İttifaqı” MMC-nin 10 mart tarixli arayışında xx.xx.2020-ci il tarixdə 193.1 manat, xx.xx.2020-ci il tarixdə 125.00 manat, xx.xx.2020-ci il tarixdə 125.00 manat xx.xx.2021-ci il tarixdə 125.00 manat, xx.xx.2021- ci il tarixdə 75.00 manat, cəmi 643.1 manat pul vəsaiti “Dost” iş mərkəzindən, yəni onun əmək haqqından tutularaq "xxxx" MMC-nin hesabın daxil olmuşdur. Vəziyyətin belə olduğunu gördükdən və maddi vəziyyətinin son dərəcə pisləşməsindən sonra o, məcbur qalıb cavabdehi məhkəməyə vermişdir. Lənkəran Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(049)- 1698/2021 saylı qətnaməsi ilə cavabdehdən 643.19 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq ona verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və cavabdehdən həmin 643.19 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq ona verilmişdir. Lakin, Lənkəran Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(049)-1698/2021 saylı qətnaməsindən sonra da onun əmək haqqından tutulmalar olmuşdur. Həmin qətnamə ilə aldığı 643.19 manat məbləğində pulu və cavabdehin ona şəxsən ödədiyi 1520 manat pulu çıxdıqdan sonra xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin hesabına cəmi 1531 manat ödəmişdir. Dəfələrlə cavabdehdən borcunu ödəməyi tələb etsə də, müxtəlif bəhanələrlə öhdəliyini icra etmədən boyun qaçırmışdır. Ona görə də məcbur qalıb məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Lənkəran rayonu Şirinsu kənd sakini Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2014-cü il tarixli 21110795 saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-yə kredit borcunun ödənilməsi üçün Lənkəran Rayon Məhkəməsinin 2(049)-5371/2018 saylı məhkəmə əmri əsasında 10399/2019-25-6 saylı icra işinin yerinə yetirilməsi üçün kredit müqaviləsində 21110795/Z saylı zaminlik müqaviləsi ilə iştirak edən Lənkəran rayonu Boladi kənd sakini X1 əmək haqqından DOST iş mərkəzindən xx.xx.2020-ci ildə 193.19 manat, xx.xx.2020-ci ildə 125.00 manat, xx.xx.2020-ci ildə 125.00 manat, xx.xx.2021-ci ildə 125.00 manat, xx.xx.2021-ci ildə 75.00 manat "xxxx" MMC-nin hesabına bu məbləğlər daxil olmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-1698/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh 643.19 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh adına olan xx.xx.2014-cü il tarixli 21110795 saylı kredit müqaviləsi üzrə olan borc xx.xx.2021-ci il tarixində 643.19 manat ödənildikdən sonra yaranan borc 2755.93 manat bağlanana kimi X3 tərəfindən ödənilmişdir. Lənkəran ŞİHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Lənkəran rayonu, Şirinsu qəsəbəsində qeydiyyatda olan və yaşayan Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddianın verilməsi üçün iddiaçı tərəfindən 36 manat dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 2014-cü il tarixdə "Hacı Kredit İttifaqı” MMC-dən 2960 manat kredit götürmüşdür. İddiaçı həmin kredit üzrə Cavabdeh zamin durmuş, lakin Cavabdeh borcunu ödəmədiyinə görə "xxxx" MMC-nin ərizəsi əsasında məhkəmə əmri çıxarılmışdır. Bundan sonra da Cavabdeh həmin əmri icra etməkdən yayınmışmışdır. Buna görə də qeyd olunan əmrlə qərara alınmış borc 2020-cı ilin noyabr ayından iddiaçının əmək haqqına yönəldilmiş, 643.19 manat məbləğində borc tutularaq "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Bundan sonra iddiaçı reqres qaydada ondan tutulmuş həmin 643.19 manat məbləğində pulun tələbinə dair Lənkəran Rayon Məhkəməsinə iddia qaldırmış, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(049)-1698/2021 saylı qətnaməsinə əsasən onun iddiası təmin olunaraq cavabdehdən 643.19 manat məbləğində pulun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamədən sonra da "xxxx" MMC-nin xeyrinə əmək haqqından tutmalar həyata keçirilmiş, bu məbləğ 2755.93 manata bərabər olmuşdur. Lakin, qeyd olunan qətnamədən sonra da iddiaçının əmək haqqından 2755.93 manat məbləğində pul tutulsa da, həmin pulun bir hissəsi cavabdeh tərəfindən iddiaçıya qaytarılmış, digər hissəsi isə qaytarılmamışdır. Hazırda İcra və Probasiya şöbəsinə iddiaçı tərəfindən ödənilmiş ümumi borcun 07%-də daxil olmaqla, cavabdehin iddiaçıya 1531 manat borcu qalmışdır. Qeyd olunan hallara və hüquq normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, tərəflər "xxxx" MMC ilə bağlanmış kredit və zaminlik müqavilələri üzrə birgə borclu olmuşlar. Zamin olaraq iddiaçı əsas borclu olan cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, "xxxx" MMC-ə olan borc iddiaçının əmək haqqından tutulmuşdur. Buna görə də iddiaçının əmək haqqından tutulduğu məbləğdə pulun reqres qaydasında tələb etmək hüququ yaranmışdır. Bu baxımdan məhkəmə iddia tələbini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi arayışlar yuxarıda qeyd olunan işinin faktiki hallarını sübuta yetirir. Cavabdeh isə məhkəmə iclasında gəlməmiş, nə yazılı, nə də şifahi qaydada iddiaya qarşı hər hansı etirazını bildiməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 1531 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumu cavabdehə aid edilməli və sonuncudan tutularaq, İddiaçı ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 1531 manat məbləğində pul və iddianın qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumu, cəmi 1567 (bir min beş yüz altmış yeddi) manat məbləğində pul Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-1845/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1845/2024
15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver