Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1870/2024 07.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən – Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu İddiaçı Cavabdehn Lənkəran regional idarəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğvi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn Lənkəran regional idarəsin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı inzibati xəta haqqında inzibati orqan tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etməsinə baxmayaraq bu barədə mülki iddia qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir və ərizəsində inzibati prosessual qanunvericiliyin müddəalarına istinad etmişdir. Halbuki qanunvericiliyin tələblərinə əsasən, inzibati xəta haqqında qərarın ləğvinə məhkəmədə inzibati xəta haqqında icraat qaydasında baxılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 126.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia ərizəsinə mülki icraat qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə qeyd edilən məsələ ilə əlaqadar inzibati xata haqında icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehn Lənkəran regional idarəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğvi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya hazırki tələb ilə inzibati xəta haqqında icraat qaydasında müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1870/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1870/2024
07.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver