Məhkəmə qərarları › İş №2(049)-1959/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1959/2023

05.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1959/2023 05.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X2, idddiaçının nümayəndəsi İddiaçı icra məmuru X3, cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 2277 min manat dəymiş ziyana dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2277 manat olan Attenti markalı elektron nəzarət vasitəsinin pulunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 1 (049)-244/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olan, xx.xx.1989- cu il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm ilə məhkumun üzərinə yaşadığı Lənkəran rayonu, Göyşaban kəndindəki ünvanın təxirəsalınmaz təcili tibbi yardım göstərilməsi hallarlı istisna olmaqla saat 20:00-dan növbəti gül saat 07:00-dək tərk etməmək, Lənkəran rayonunun hüdudlarından kənara çıxmamaq, elektro nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edə orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırma kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifək qoyulmuşdur. Məhkum Cavabdeh barəsində hökm icraata xx.xx.2021-ci il tarix daxil olmuş, məhkum xx.xx.2022-ci il tarixində qeydiyyata götürülmüşdür. Məhkum xx.xx.2022-ci il tarixində ŞANS markalı ENV-si tətbiq edilmişdir. Məhkuma ətbiq edilən ŞAt markalı ENV-si işləmədiyi üçün xx.xx.2022-ci il tarixində 35653340 nömrəli, “Attenti” mark elektron nəzarət vasitəsi (ENV-si) tətbiq edilmiş, ENV-nin mobil qurğusu, elektron qolba adapted məhkuma xx.xx.2022-ci il tarixli protokol ilə təhvil verilmiş və ENV-nin gəzdirmə istifadə qaydaları məhkuma izah edilmişdir. Həmçinin, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, azadlı məhdudlaşdırılması cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticə o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin iı vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cih; üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üs yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu tələblərə riayət edə barədə məhkumdan iltizam alınmışdır. Protokol və iltizam məhkum Cavabdeh tərəfindən imzalanmışdır. Məhkum Cavabdeh xx.xx.2023-cü il tarixində təxminən saat 16:00-da su quyusunun Ətrafında İŞ görən zaman 35653340 nömrəli, “Attenti” markalı ENV-nin mobil qurğusu cibindən sürüşüb su quyusuna düşməsi ilə bağlı İddiaçınə melumat vermiş və su quyusu dərin olduğu üçün mobil qurğunu oradan çıxara bilmədiyini bildirmişdir. Bu barədə məhkumdan izahat alınmışdır Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 nömrəli Qərarı ilə təsdiq edilmiş Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydalarının 7.5-ci maddəsinə Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş arayışa əsasən Attenti markalı elektron nəzarət vasitəsinin tam dəyəri 2277 ( iki min iki yüz yetmiş yeddi ) manat təşkil edir. Məhkəmə iclasında İddiaçı icra məmuru X3 idda tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini bildirib, elektron nəzarət vasutəsini ehtiyatsızlıqdan zədələdiyini və dəyərini ödəyəcəyini bildirib iddianın təmin edilməsinə etirazı olmadığını bildirdi. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublkasının Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddətində çıxarmaqla onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılmas cəzası saxlanılmış, cəzanın başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış Cavabdeh üzərinə yaşadığı Lənkəran rayon Göyşaban kəndindəki ünvanı təxirəsalınmaz təcili tibbi yardıma göstərilməsi halı istisna olmaqla saat 20:00-dan saat 07:00-dək tərk etməmək Lənkəran rayonu ərazi hüdudları tərk etməmək elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerinin dəyişdirməmək narkomaniyadan müalicə kursu keçmək cəzanən icrasına nəzarət edən orqanı iş yeini dəyişdirməmək barədə əvvəlcədən məlumatlındırmaq kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. İş materiallarında olan qərardan görünür ki, məhkum Cavabdeh barəsində hökm icraata xx.xx.2021-ci il tarix daxil olmuş, məhkum xx.xx.2022-ci il tarixində qeydiyyata götürülmüşdür. İş materiallarında olan qərardan görünür ki, məhkum xx.xx.2022-ci il tarixində ŞANS markalı ENV-si tətbiq edilmişdir. İş materiallarında olan protokoldan görünür ki, Məhkuma tətbiq edilən ŞANS markalı ENV-si işləmədiyi üçün xx.xx.2022-ci il tarixində 35653340 nömrəli, “Attenti” mark elektron nəzarət vasitəsi (ENV-si) tətbiq edilmiş, ENV-nin mobil qurğusu, elektron qolba adapted məhkuma xx.xx.2022-ci il tarixli protokol ilə təhvil verilmiş və ENV-nin gəzdirmə istifadə qaydaları məhkuma izah edilmişdir. İş materiallarında olan qərardan görünür ki, Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən Attenti markalı elektron nəzarət vasitəsinin tam dəyəri 2277 ( iki min iki yüz yetmiş yeddi ) manat təşkil edir. İş materiallarında olan qərardan görünür ki, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, elektron avadanlıqların dəyəri nəzarət subyektindən tutularaq X1 hesabına köçürülməlidir. Məhkəmə tərəfləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məcəllənin 1099-cu maddəsinə müvafiq olaraq, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin 59cu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeə ona təhkim edilmiş avandalığı zədələyərək məhv etmiş və avadanlığın dəyəri olan 2277 manat maddi ziyan vurmuşdur. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında dindirilmiş tərəfləri, araşdırılmış sübutları, eləcə də cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin Cavabdeh Attenti markalı nəzarət vasitəsinin dəyəri olan 2277 manat olan pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar