Məhkəmə qərarları › İş №2(049)-1975/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1975/2025

11.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1975/2025 11.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 666 manat borc pul və dövlət rüsumuna görə ödədiyi 30 manat pul vəsaitinin alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2009-cu il 01 iyun tarixində dostu Cavabdeh2 ona bankda 1000 (bir min) ABŞ dollarına zamin durmağısını xahiş etmiş, 1 aydan sonra ona məlum olmuşdur ki, Cavabdeh2 etibardan sui-istifadə edərək qabaqcadan bank kredit eksperti X6 ilə əlbir olub onu aldatmış, 4500 ABŞ dolları Rahimin qalıq borcunu adına yazdırmış, 5500 ABŞ dolları da pul almış, onu 10.000 ABŞ dollarına zamin saxlamışdır. Cavabdeh2 "X8"dan kredit götürəndə, yaxın qohumu təqaüdçü Cavabdeh1 adına zamin durmaqla 11 noyabr 2007-ci ildə 3000, 2 may 2008-ci ildə 5000, 13 noyabr 2008-ci ildə 7000 ABŞ dolları kredit almış, Emil Ağayev sənədləri saxtalaşdırmış, 1 iyun 2009-cu ildə Cavabdeh2 zaminlikdən çıxarmış, onu zamin saxlamışdır. Rahimin zamin olması, 4500 dollar qalıq borcu olmağı barədə məhkəmənin sabiq hakimi Toğrul Məmmədov tərəfindən bankın Baş idarəsinə 02 dəfə sorğu göndərilsə də, cavab verilməmişdir. Borc, zaminlik və.s məsələləri bankın əməkdaşları ona şifahi olaraq bildirsələr də, rəsmi cavabı baş idarənin verə biləcəyini bildirmişlər. Bankda olan və Cavabdeh1 adına açılmış qovluqda, 01 vərəqdən ibarət yalnız ödəniş cədvəli vardır. Maddi və mənəvi ziyana məhkəmə qətnaməsinin (İş № 2 (049) – 215/2023, hakim Murad Aslanov) çıxarılması 09 ay davam etmiş, bu aylar ərzində təqaüdündən 666 manat tutulmuş və İcra şöbəsinin vermiş olduğu arayışda öz əksini tapmışdır. Adı keçən qətnaməni banka təqdim etdikdən sonra təqaüdündən tutulmalar dayandırılmışdır. Yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək cəmi 666 manat 06 qəpik məbləğində təqaüdündən pul tutularaq "X8" ASC-nin hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixdən əvvəl tutulmalara dair arayış 2-(049)-215/2023 saylı iş materiallarında vardır. 2(049)-215/2023 (hakim Murad Aslanov) saylı Qətnamənin 3-cü səhifəsinin 1-ci abzasın sonunda yazılır: "Kazım izahatında bildirir ki, Rahimin 10000 Abş dollarından məlumatı var idi və pulu ikimiz birlikdə almışıq". Hüquqi sənəd olan NK–1–3170 saylı Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsinin qərarında və 2(049)- 215/2023 saylı qətnamə üzrə Cavabdeh2 onu aldatması, pulun özü tərəfindən alınması məhkəmə qaydasında tam sübuta yetirilmişdir. Həmin səhifənin 3-cü abzasında məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddianı tam qəbul edir, həmin pulları Cavabdeh2 vermişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının pulunu ödəyəcək, lakin məhkəmə gedişi zamanı barışıq üçün ona vaxt lazımdır. Lakin cavabdeh sonrakı məhkəmə prosesslərinə gəlməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində göstərilən müddəalara uyğun olaraq məlumat verilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmənin baxış iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini, mülki işin baxılması mümkün hesab etmişdir. Məhkəmə gedişi zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 167.1.6-cı maddəsində göstərilənə əsasən sədrlik edən çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərin barışması üçün tədbirlər görmüş, məhkəmə iclası 1 ay müddətinə təxirə salınsa da, bundan sonra Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməmiş, iddiaçı isə hələ də, ona pul borcun ödənilmədiyini, barışığa cəhd olunmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını, mülki işi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirirək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 5274/2010-22 nömrəli arayışında göstərilmişdir ki, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)665/2010 saylı xx.xx.2010-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar İddiaçı pensiyasından xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixdək cəmi 666 manat 06 qəpik məbləğində pul tutularaq "X8"ASC-nin hesabına ödənilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-215/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 700 manat bank Kredid Aqroya 2556 manat X8ya cəmi 2386 manat maddi ziyan və 115 maant odənilmiş dövlət rüsumu 7000 manat maddi və mənəvi ziyan cəmi 10.332 manat pukun qaytaraılması barədə qətnamə çıxatılmasını xahiş etmişdir. Həmin qətnamə ilə aşağıdakılar təsdiq edilmiş və tərəflər həmin halları sonradan mübahisələndirməmişlər.

1. Cavabdeh1 məhkəmə iclasında izahat verərək iddianı tam qəbul edir, həmin pulları Cavabdeh2 vermişdir. İddianın təmin edilməsinə etirazı yoxdur.

2. 01 iyun 2009-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, X8 ASC tərəfindən Cavabdeh1 10.000 manat kredit verilməsi üzrə İddiaçı zamin olmuşdur.

3. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçının və cavabdeh X1 etiraf edici izahatından və şahidlərin ifadələrindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 bank qarşısında götürdüyü öhdəlik üçün zamin qismində çıxış etmiş və əsas borclu qismində Cavabdeh1 öhdəliyi icra etmədiyi üçün iddiaçı zamin kimi öhdəliyi tam icra etmişdir.

4. Məhkəmə iddiaçı tərəfindən göstərilən 2685 manat məbləğin cavabdeh X2 izahatı ilə yanaşı, iş üzrə şahid ifadəsi və bank sənədləri ilə təsdiq edilməsini, 700 manatın isə cavabdehi Cavabdeh1 izahatı ilə qəbul edilməsini nəzərə alır. Göründüyü kimi iddiaçı Qasımov X3 Rayon Məhkəməsinin 2(049)-215/2023 nömrəli mülki işin araşdırılması davam edərkən onun təqaüdündən 666 manat tutulması olması cavabdehin öz ifadəsindən, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin arayışından və Lənkəran Rayon Məhkəməsinin 2(049)-215/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsində göstərilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin məcəllənin 106.1 və 106.3-cü maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 475.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, göründüyü kimi İddiaçı Cavabdeh1 hərəkətləri nəticəsində onun təqaüdündən məcburi olaraq 666 manat tutulma olmuş, daha sonra qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan kreditor, yəni tələbkar İddiaçı olmaqla borclu Cavabdeh1 tərəfindən müvafiq qətnamədə göstərilən borc ödənilməsi qərara alınsa da, iddiaçı Lənkəran Rayon Məhkəməsinin 2(049)-215/2023 nömrəli mülki iş üzrə olan iddia tələbindəki - məhkəməyə müraciət edərək tələb etdiyi məbləğdən əlavə məbləğ məcburi olaraq iddiaçıdan tutulmuşdur. Bundan başqa iddia ərizəsindən görünür ki, iddiaçının Cavabdeh2 da iş üzrə cavabdeh qismində işə cəlb etmişdir. Məhkəmə həmin məsələyə münasibət bildirərək qeyd edir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-215/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsində pul məbləğlərinin Cavabdeh2 tərəfindən əldə edilməsi təsdiq edilmədiyinə görə həmin hissədə iddia tələbi təmin edilməmişdir. Hazırda da iddiaçı Cavabdeh2 pul vəsaitlərini əldə etməsini sübut edə bilmir. Bununla bağlı sübutlar da məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 666 manat məbləğində borc pul və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 696 manat tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh1 666 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 696 manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar