Məhkəmə qərarları › İş №2(049)-1989/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1989/2024

18.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1989/2024 18.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli, 2(049)-5435/2017 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarını artırılmaqla Cavabdeh xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin və 1 saylı Mediasiya Təşkilatına ödədiyi 60 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbi onunla əsaslandırmışdır ki, xx.xx.1992-ci ildə Lənkəran rayonu Kənarmeşə kəndində anadan olub, iş üzrə cavabdehlə 24 fevral 2014-cü ildə ailə qurub evlənmiş və birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X4 anadan olmuşdur. Nikahlarını isə 18 aprel 2014-ci il tarixdə rəsmiləşdiriblər. Uşaq sağ və salamat olaraq hazırda onun himayəsindədir. Cavabdehlə 2015-ci ilin avqust ayının 13-nə kimi birlikdə yaşayıb. Həmin gündən bu günə kimi o və qızı Sahibə valideyinlərinin yaşadığı evdə yaşayırlar. Nikahları 30 yanvar 2017-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Qızı Sahibənin sağlamlığında müəyyən xəstəliklər var. Belə ki, beyin toxumalarında inkişaf yoxdur. Uşağı həkimə aparmaq məqsədi ilə cavabehə dəfələrlə müraciət edib, lakin kömək etmək etməkdən imtina edirdi. Lənkəran Rayon Məhkəməsinin 2(049)-9537/2016 saylı, 25 oktyabr 2016-cı il tarixli qətnaməsi, Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli 2(049)- 5435/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş almentin miqdarı dəyişdirilərək Cavabdeh tutulan alimentin miqdarını artırılmaqla hər ay 136 manat sabit pul məbləğində qət edilmişdir. Lakin həmin vaxtdan 7 il müddət keçmişdir və hazırkı dovrə münasibətdə həmin məbləği uşaqın saxlanması üçün real hesab etmək olmaz. Artıq qiymətlər həmin dövrə nisbətdə 3 dəfədən də çox artmışdır. Ərzağın qiyməti və geyimlərin qiyməti artmışdır. Əmək haqqları artırılmışdır. Eyni zamanda uşaq artıq böyüyüb, məktəblidir və aylıq tələbatları qat-qat artmışdır. Beləliklə uşağın saxlanması üçün xərc hər ayda hər uşaq üçün 500 manat həddindən çox olur. O tək həmin xərci ödəyə bilmir. Cavabsdeh mediasiya prossesində iştirak etməmişdir. Lakin fərdi əməklə (bazarda meyvə-tərəvəz ticarəti ilə) və ustalıqla məşğuldur. Cavabdehin aylıq gəliri 1500-2000 manatdan çoxdur. Hazırda ayda 136 manat aliment onu qane etmir. İddiaçı əlavə olaraq göpstərdi ki, özü 345 manat əmək haqqı alır. Lakin hazırda Lənkəran şəhərində yaşamaqla kirayə haqqı olaraq 280 manat pul ödəyir. Cavabdehin ən azı 200 manat aliment ödəmək imkanı vardır. Lakin onun gəlirləri barədə məhkəməyə sübut təqdim edə bilmir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirib ki, o alimentin artırılmasına razı deyil. Aliment məbləği artırılacağı təqdirdə ödəməyə imkanı yoxdur. Gəlirində heç bir artım olmamışdır və əlavə olaraq iddiaya etiraz verərək bildirib ki, o iddiaçıdan 2015-ci il tarixindən boşanıb və 2016-cı il tarixindən məhkəmə tərəfindən iddiaçının aliment tələbi qismən təmin edilmiş qətnamə əsasında hər ay 140 manat olmala hər ay ödəmişdir. 2017ci ildə 2-ci dəfə ailə həyatı qurub və hazırda həmin ailə həyatından iki uşağı (X5 xx.xx.2019-ci il təvəllüdlü, X6 28.112020-ci il təvəllüdlü) vardır. Eyni zamanda arvadı da heç bir yerdə işləmir. Hazırda bazarda anasına köməklik edir və demək olar ki, ailəni güclə saxlayır. Ailəsi 4 nəfərədən ibarətdir. O, iddiaçıdan ona son aliment məbləğini təyin edildiyi zamandan sonra hansı işə daxil olduğunu, qazancının necə artdığını subut etməsini tələb edir. Onun son 7 ildə heç bir gəliri artmamış və onun hər hansı bir işə daxil olmağı barədə iddiaçıda heç bir maddı subut yoxdur və ola da bilməz. Çünki onu maddi durumu heç vaxt yaxşı olmayıb. Səbəb də ki, heç yerdə işləməməsidir. Ödədiyi aliment pulu olan 140 manatı da hər ay anasının köməkliyi və fəhləliliyi ilə toplayıb ona ödəyir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 16 iyul 2015-ci il tarixdə Lənkəran rayonu Şürük kəndində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(049)-5435/2017 saylı qətnaməsindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-9537/2016 saylı xx.xx.2016-cı il tarixli qətanaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay 136 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Lənkəran şəhər xarici dillər təmayüllü internat tipli gimnaziyanın xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X1 şəhər xarici dillər təmayüllü internat tipli gimnaziyanın İİİ a sinifində təhsil alır. Lənkəran ŞİHB-nın Kənarmeşə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X1 rayonu Kənarmeşə kəndində yaşayır və qeydiyyatdadır. Etiraz ərizəsinə əlavə edilmiş arayıçdan görünür ki, cavabdehin arvadı Mələk Novruzova olmaqla himayəsində iki azyaşlı uşağı vardır. Həmin etiraza əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, cavabdehin Sevinc və Validə adlı iki azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından Sahibə adlı bir uşağı doğulmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(049)-5435/2017 saylı qətnaməsi ilə, adıçəkilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin hər ay 136 manat aliment təyin edilmişdir. İddiaçı təyin edilmiş alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu və alimentin məbləğinin artırılmasını tələb edir. Cavabdeh isə iddianı qəbul etməyərək aliment qət edildikdən sonra onun maddi vəziyyətində dəyişikliyin baş vermədiyini, əksinə ikici dəfə ailə həyatı qurduğunu və bu ailə münasibətlərindən daha iki uşağının doğulduğunu, heç yerdə işləmnədiyini göstərib iddia ərizəsinə qarşı yazılı etiraz vermişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır; Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Qanunun məzmunundan göründüyü kimi dövlət bir çox kateqoriyalardan olan insanları yaşaması üçün minimum xərcləri müəyyən etmişdir ki, uşaqları saxlanmasının minimum xərci kimidə 235 manat müəyyən edilmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin təyin edildiyi vaxtdan, yəni 21 iyul 2017-ci il tarixdən artıq 6 ilə yaxın müddət keçməsi iddiaçı ilə cavabdehin birgə nikahından olan uşağın böyüdükcə gündəlik tələbatının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxt aşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hərtərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda uşağın böyüdükcə hər il artan xərclərini nəzərə alaraq hesab edir ki, 2017-ci ilə nisbətdə uşaqlar üçün nəzərdə tutlmuş yaşayış minimumunun 72% artdığını, Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli qətnaməsi ilə hər ay uşağa görə cavabdehdən tutulan almentin miqdarı artırılmalı, lakin bu zaman cavabdehin himayəsində olan digər iki uşağın da maraqları nəzərə alınmalı, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İş materiallarından görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak üçün 60 manat ödəmişdir. Cavabdeh mediasiya prosesində iştirak etməmiş, hazırki tələblər üzrə iddiaçı ilə məhkəmədənkənar razılığa gələrək hər hansı barışıq sazişi bağlamamışdır. Məhkəmə hesab edir, cavabdeh mediasiya prosesində iştirak etmədiyindən, iddiaçı tərəfindən həmin prosesə görə ödənilmiş məbləğ cavabdehə aid edilməli, ondan tutularaq iddiaçıya verilməlidir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən tutyulan alimenti miqdarı 44 manat artılrılaraq 180 manat alimentin tutulması nəzərə alınmaqla bir il ərzində, həmin artırılmiş 44 manat məbləğin məcmusu 528 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan azdır. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.1-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun 30 manat təşkil edir. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.1-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. NƏTİCƏ HİSSƏSİ: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(049)-5435/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən mediassiya prosessində iştiraka görə ödədiyi məbləğ cavabdehə aid edilsin. Cavabdeh 60 manat tutularaq İddiaçı verilsin. Ödənilməli dövlət rüsumunun məbləği 30 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar