Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2013/2025 18.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1988-ci il tarixində Lənkəran rayonu, Cil kəndində anadan olub və hal-hazırda da həmin ünvanda yaşayır. İş üzrə cavabdeh Aslanov X3 rayonu, Cil kəndində qeydiyatdadır və həmin ünvanda yaşayır. X4 fevral 2024-ci il tarixdə onu Lənkəran Ekologiya idarəsinə mühasib vəzifəsinə işə düzəldəcəyini bildirib ondan 10.000 (on min manat) manat məbləğində pul amışdır. Lakin ona yalan vədlər verərək aldadıb pulu öz ehtiyacı üçün xərcləmişdir. O Valehdən pulunu geri verməsini tələb etmiş və X6 müxtəlif vaxtlarda 3000 (üç min manat) manat, sonra isə 1000 (min manat) manat ümumi 4000 (dörd min) manat pulu qaytarmış, qalan 6000 (altı min) manat pulu 2025 ci il yanvar ayının 15-i verməmiş, telefonlarına da cavab verməmişdir. O məcbur olub bu barədə Lənkəran şəhər polis şöbəsinə şikayət etmiş və polis şöbəsində onunla razılaşaraq özünə və ailə üzvlərinə məxsus torpaq sahəsini ona 4000(dörd min) manat hesab edərək verməsi üçün etibarnamə vermiş, oda torpağı alqısatqı etməkdən ötrü notariusda əlavə 500 (beş yüz) manat xərc çəkməklə torpağı sənədləşdirmişdir. Arada qalan 2000(iki min) manatı 31 mart 2025-ci il tarixdə Valeh verməli olduğu halda bu günə kimi cavabdeh razılaşdığları kimi şərtlərini yerinə yetirməyərək ona borclu olduğu 2000 (iki min yüz ) manat borc pulu qaytarmamışdır. Lənkəran Şəhər Polis şöbəsindən ona xx.xx.2025-ci il tarixdə HK-1-247 saylı qərar verilmişdir. Həmin qərarda hər şey aydın şəkildə yazılmışdır. Onun məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. Ona görə də o mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verib və əlavə olaraq ərizə verərək bildirib ki, Cavabdeh yazdığı ərizə başdan ayağa yalan və böhtandır. Çünki, onun polisdə izahatı var, orda etiraf etmişdir ki, pulu işə düzəltmə adı ilə 10.000 (on min) manat almış və sonradan 3.000 (üç min) manat 2024-cü ilin oktyabr ayında və həmin ilin noyabr ayında 1000 (bir min) manat qaytarmışdır. 2025-ci ilin mart ayının 31-nə kimi tabeçiliyində olan torpaq sahəsini onun adına keçirmək və qalan məbləği mənə əlbəəl verməli idi. Nə torpağı mənim adına keçirtdi, nədə qalan məbləği vermədi. O 2025-ci ilin aprel ayında ona etibarnamə ilə verilmiş torpağı anasının adına keçirtmişdir. Sənədləşmə 600 (altı yüz) manatdan çox pul çıxmışdır. Notrauisda torpağın qiyməti 4500 manat qiymətləndirilmişdir. Yerdə qalan 1500 (min beş yüz) manat pul və sənədləşmə üçün özündən 600 (altı yüz) manat pul köçürdüm. Buda 2100 (iki min yüz) manat pul edir. Sübut kimi onun vatcapda səs yazıları və yazışmları mövcuddur. Cavabdeh dediyinə görə əgər o Dövlət Qurumlarında işləmək istəməsəydi ondan nəyə görə 10.000 (on min) manat pul alıb onu Lənkəran şəhərində yerləşən Ekologiya idarəsinə işə düzəltməyi boynuna götürməzdi. Bununla yanaşı ona dedi ki, mühasibatlıq kursunu oxumalısan. Sübut kimi həmin mühasibatlıq kursunun sertifatını bura əlavə edir. 2024-cü ilin mart ayında ona işini düzəltdirəcək adamın ona yaxın olduğunu və bu qadın Cavabdeh həbs olunan qardaşının işinə görə ona köməklik göstərib. Cavabdeh qardaşı Aslanov Taleh 2023-cü ilin aprel ayında narkotik alveri adı ilə tutulub. Cavabdeh dediyinə görə həmin qardaşının işini 9 ildən, 5 ilə salmışdır və ona dedi ki, qardaşının işinə görə 3000 manat pul verib. Ondan istifadə edərək onun verdiyi pulu qardaşının həbs müddətini azaldılmasına şərait yaratmışdır. Sonralar verdiyi məbləği geri almaqdan ötrü onunla bir neçə dəfə danışdım. Oda hər dəfə bir bəhanə gətirərək, pulu ona qaytarılmasını deyirdi. Cavabdeh şəriki olan qadın bir neçə dəfə ona gizlin nömrələr ilə zəng edərək onu təhdid edirdi. Sonradan o polisə müraciət edəndən sonra həmin qadın ona açıq nömrə ilə zəng edirdi. Bu həmin qadın Yaşılladırma idarəsində işləyən Faidə adlı şəxs nömrəsi idi - ***-***-**-**, o onunla telefonda danışdı o onu şəxsən tanımağına görə ona sübut edə bilmədi. Bu ərəfədə Cavabdeh onu təhdid edərək deyirdi ki, həmin qadının adamları yuxan vəzifələrdə işləyir. O onlara heç bir şey edə bilməz. Deyirdi ki, əri polis, oğluda narkobiznesdə işləyir. O demə belə bir şey yox imiş. Cavabdeh dediyinə görə Lənkəran şəhər İşıqlandırma idarəsinə həmin qadının vasitəsi ilə işə düzəlib. Xahiş edirik bu dələduz və yalançı Cavabdeh adlı şəxs barəsində ciddi tədbir görməklə ona bu barədə köməklik edilsin. Onun pulunu verməkdən boyun qaçırır. Xahiş edir həmin pulu Cavabdeh alıb ona qaytarılmasında köməklik edilsin. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, İddiaçı ona iş qurmaq üçün müraciət etmiş və mağaza açmağı təklif etmişdir. Bu məqsədələ 2024-cü ilin fevral ayında ona pul vermişdir. Sonradan İddiaçı düz adam olmadığını başa düşüb pulu qaytarmaq istəmiş, lakin sonuncu pulu ondan almamışdır. Bir müddət sonra Mübariz ondan Lənkəran ŞRPŞ-nə şikayət etmişdir. Həmin müddətdə Mübarizə 3000 manat, 1000 və 200 manat olmaqla hissələr şəklində kartına pul göndərmişdir. Ardınca isə özlərinə məxsus 5500 manat olan torpaq sahəsini Mübarizə vermişlər. Ümumilikdə Mübarizə 9700 manat pul qaytarmışlar. Hazırda ona cəmi 300 manat borcu qalmışdır. Mübarizə 2000 manat borcunun olması ilə bağlı iddiada göstərilənlər yalan və əsassızdır. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: Cavabdeh 2000 manat borcuunun ödənilməsi barədə xx.xx.2025-ci il tarixli bildiriş göndərilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 04 fevral 2025-ci il tarixli qərarlarından görünür ki, İddiaçı müraciəti üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2ci maddəsinə əsasən rədd edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan və «Fərdi yaşayış binasının Texniki Pasportu»ndan görünür ki, Lənkəran rayonu, Cil kəndində yerləşən 0,4339 ha torpaq sahəsinin hüquqi sahibləri Cavabdeh, X4, X7 və X2r. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan və «Fərdi yaşayış binasının Texniki Pasportu»ndan görünür ki, Lənkəran rayonu, Cil kəndində yerləşən 0,1584 ha torpaq sahəsinin hüquqi sahibləri Cavabdeh, X4, X7 və X2r. Daşınmaz əmlakın ******* nömrəli xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Cavabdeh, Günay Əliyeva, Taleh Aslanov, Şavər Aslanova ümumi sahəsi 0.4339 ha olan torpaq sahəsinin birgə mülkiyyəti alıcı X1 3500 manat qiymətinə satmışdır. Daşınmaz əmlakın ******* nömrəli xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Cavabdeh, Günay Əliyeva, Taleh Aslanov, Şavər Aslanova ümumi sahəsi 0.1584 ha olan torpaq sahəsinin birgə mülkiyyəti alıcı X1 1000 manat qiymətinə satmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 329.2-ci maddəsinin tələbinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, tərəflər arasında borc müqaviləsindən yaranan öhdəlik münasibətləri yaranmışdır. Tərəflər həmin öhdəliyin bitməsi barədə razılığa gəlmələrinə baxmayaraq, cavabdeh müqavilə üzrə göstərilən məbləği iddiaçıya qaytarmamış, bununla da onun iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək vəzifrəsi yaranmışdır. Cavabdeh məhkəməyə iddiaçıya cəmi üç yüz manat borcunun qalması barədə ərizə göndərsə də məhkəmə bununla razılaşmır. Belə ki, işin mübahisəsiz halıdır ki, cavabdeh iddiaçıdan 10000 ( on min) manat pul almış və onun 4000 (dörd min) manatını geri qaytarmış, qalan məbləği isə ona topaq sahəsi verməklə həll etməyə çalışmışdır. Həmin torpaq sahəsinin qisməti ilə bağlı tərəflər arasında fikir ayrılığı olmasına baxmayaraq məhkəmə alqı-satqı müqaviləsində göstərilən qiyməti əsas kimi qəbul edərək iddiaçıya verilən torpaq sahələrinin qiymətini 4500 manat kimi qəbul edir. Bundan başqa iddiaçı torpaq sahəsinin sənədləşməsi üçün təxminən 600-700 manat pulunun çıxacağını bildirib bununla bağlı qəbzlər təqdim edərək buna istinadla cavabdehdən əlavə 500 manat olmaqla ümumilikdə 2000 manat pul tələb edir. Lakin məhkəmə iddiaçıın bu dedikləri ilə tam şəkildə razılaşmır. Belə ki, iddiaçının təqdim etdiyi xx.xx.2025-ci il tarixli qəblərdə ödənişlərin Cavabdeh tərəfindən aparılması görünür. İddiaçı həmin ödənişlərin özü tərəfindən aparılmasını bildirsə də bunu sübut edə bilməmişdir. Lakin məhkəmə təsdiqetmə bildirişlərinə əsasən iddiaçı tərəfindən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı hər biri 120 manat olmaqla ümumilikdə 240 manat dövlət rüsumunun ödənilməli olması ilə razılaşır və həmin məbləğin də cavabdehdən tutulmalı olması qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1740 manat məbləğində borc pul və ödənilmiş 41 manat dövlət rüsumunun 37,40 manat hissəsi (otuz yeddi manat qırx qəpiyi) cəmi 1777,40 manat tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1740 manat məbləğində borc pul və ödənilmiş 37,40 manat dövlət rüsumu, cəmi 1777,40 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-2013/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2013/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver