Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2016/2023 08.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu, iddiaçı Cavadov Daşdəmı̇ r Sadiq oğlu, Rəsulova Vəcı̇ yə Cəbrayil qızının Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı maneənin aradan qaldırılmasına dair tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi̇ : iddiaçı Cavadov Daşdəmı̇ r Sadiq oğlu, Rəsulova Vəcı̇ yə Cəbrayil qızının Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı maneənin aradan qaldırılmasına dair tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən verilmiş ərizədə iddianın Cavabdeh2 qarşı qaldırıldığı göstərilsə də, iddia ərizəsi də Cavabdeh2 tərəfindən imzalanmışdır, yəni iddia ərizəsi iddiaçi tərəfindən deyil cavabdeh tərəfindən imzalanmişdir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldi: İiddiaçı Cavadov Daşdəmı̇ r Sadiq oğlu, Rəsulova Vəcı̇ yə Cəbrayil qızının Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı maneənin aradan qaldırılmasına dair tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2016/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2016/2023
08.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver