Məhkəmə qərarları › İş №2(049)-2051/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2051/2024

04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2051/2024 04.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 1250 (bir min iki yüz əlli) manat pulu və 34 manat 40 qəpik dövlət rüsumu cəmi 1294 (bir min iki yüz ) manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2023-cü il noyabr ayında dostu Habil Əliməmmədov vasitəsi ilə tanış olub. Həmin vaxt X3 sosial yardım düzəltməklə məşğul olduğunu demişdir. Onun sosial yardım almaq məqsədi olduğundan bu barədə Cavabdeh deyib. Tural da kiməsə zəng edib ona sosial yardım düşüb-düşməməyini soruşmuş və danışandan sonra ona sosial yardım düşdüyünü bildirmişdir. Sonra da bu işi düzəlmək üçün ondan 300 manat pulu hiss-hissə ödəmək şərti ilə istəmişdir. O cavabdehə inandığına gərə onun şərtləri ilə razı olmuşdur. Birinci dəfə cavabdehə Lənkəran rayon məhkəməsinin qarşısında 100 manat, 2-ci və 3-cü dəfə isə Lənkəran şəhəri ərazisində iki dəfəyə 200 manat pul verib. Cavabdeh ondan 300 manat pulu alandan sonra 2 aya sosial yardım düzəldəcəyinə söz vermişdir. Bundan sonra cavabdeh ilə aralarında tanışlıq yaranmışdır. Sonrakı vaxtlarda borc olaraq ondan 100 manat istəmiş, o da 100 manat ona vermişdir. Cavabdeh iki gündən sonra aldığı 100 manat borcu qaytarmışdır. Bir neçə gündən sonra cavabdeh yenə də ondan borc 200 manat istəmiş, o da 200 manat pulu Turala vermişdir. İnandığına görə müxtəlif vaxtlarda pulların bir qismi “Kapital Bank” kartı vasitəsi ilə cavabdehin kartına yəni xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə iki dəfəyə 200 manat, xx.xx.2023-cü il taixdə 100 manat, 25.12 2023-cü il tarixdə 50 manat, 26 12.2023-cü iı tarixdə iki dəfəyə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 70 manat, xx.xx.2024cü ii tarixdə 35 manat, xx.xx.2024-cü il tarixdə iki dəfəyə 97 manat cavabdehə ümumilikdə 2000 manat borca pul verib. Cavabdeh verdiyi pullardan 750 manat qaytarmışdır. Hazırda cavabdeh 950 manatı borc puldan və sosial yardım düzəldəcəyinə görə aldığı 300 manat pulu, yəni 1250 manat pulu verməkdən yayınır. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq etsə də heç bir əhəmiyyət verməmişdir. Cavabdeh onun pulunu qaytarmaqdan hər vasitə ilə yayınır. Bu barədə DİN-nin 102 xidmətinə zəng vurub cavabdehin onu aldatması barədə məlumat verib. Cavabdeh Lənkəran Rayon Polis şöbəsinin təhqiqat bölməsinə izahat vermişdir. Lənkəra rayon polis şəbəsinin təhqiqatçısı X2 cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərarda cavabdehin izahatında sosial yardım düzəldilməsi ilə əlaqədar 300 manat pul almasını etiraf etmişdir. Lakin Lənkəran rayon təhqiqat bölməsi tərəfindən cinayət işinin başlanmasında rədd edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Lənkəran ŞRPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X1 28 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Cavabdeh əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Cavabdeh barəsində İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran ŞRPŞnin İTB-nə göndərilməsi qərara alınmışdır. Əməliyyat kodu ********* olan qəbzdən görünür ki, 4169 73****** 5266 nömrəli kart hesabından 4169 73****** 4705 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə, saat 20:43də 200 manat pul köçürülmüşdür. Əməliyyat kodu ********* olan qəbzdən görünür ki, 4169 73****** 5266 nömrəli kart hesabından 4169 73****** 4705 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə, saat 20:11də 100 manat pul köçürülmüşdür. Əməliyyat kodu ********* olan qəbzdən görünür ki, 4169 73****** 7498 nömrəli kart hesabından 4169 73****** 4705 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə, saat 21:14də 100 manat pul köçürülmüşdür. Əməliyyat kodu ********* olan qəbzdən görünür ki, 4169 73****** 5266 nömrəli kart hesabından 4169 73****** 4705 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə, saat 21:15də 100 manat pul köçürülmüşdür. Əməliyyat kodu ********* olan qəbzdən görünür ki, 4169 73****** 7498 nömrəli kart hesabından 4169 73****** 4705 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə, saat 18:04də 50 manat pul köçürülmüşdür. Əməliyyat kodu ********* olan qəbzdən görünür ki, 4169 73****** 7498 nömrəli kart hesabından 4169 73****** 4705 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə, saat 17:05də 50 manat pul köçürülmüşdür. Əməliyyat kodu ********* olan qəbzdən görünür ki, 4169 73****** 7498 nömrəli kart hesabından 4169 73****** 4705 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə, saat 19:20də 50 manat pul köçürülmüşdür. Əməliyyat kodu ********* olan qəbzdən görünür ki, 4169 73****** 5266 nömrəli kart hesabından 4169 73****** 4705 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə, saat 21:33də 100 manat pul köçürülmüşdür. Əməliyyat kodu ********* olan qəbzdən görünür ki, 4169 73****** 5266 nömrəli kart hesabından 4169 73****** 4705 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə, saat 18:14də 150 manat pul köçürülmüşdür. Əməliyyat kodu ********* olan qəbzdən görünür ki, 4169 73****** 5266 nömrəli kart hesabından 4169 73****** 4705 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə, saat 18:50də 70 manat pul köçürülmüşdür. Əməliyyat kodu ********* olan qəbzdən görünür ki, 4169 73****** 5266 nömrəli kart hesabından 4169 73****** 4705 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə, saat 17:54də 35 manat pul köçürülmüşdür. Əməliyyat kodu ********** olan qəbzdən görünür ki, 4169 73****** 7498 nömrəli kart hesabından 4169 73****** 4705 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə, saat 15:16da 45 manat pul köçürülmüşdür. Əməliyyat kodu ********* olan qəbzdən görünür ki, 4169 73****** 7498 nömrəli kart hesabından 4169 73****** 4705 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə, saat 17:02də 50 manat pul köçürülmüşdür. İddia tələbinin qanuni əsasını Mülki Məcəlləsinin 1097.1-ci maddəsidir. Həmin maddənin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsində mülki hüquq pozuntusunun anlayışı verilmişdir. Həmin normada qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Hazırki işin hallarından göründüyü kimi Cavabdeh hüquqazidd əməlləri nəticəsində İddiaçı 1100 manat ziyan vurulmuş, o vurulmuş ziyandan ödəniş etməmişdir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1100 manat manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 31 manat pul alınaraq, İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumunun 3,40 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş ziyana görə 1100 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 31 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 3,40 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar