Məhkəmə qərarları › İş №2(049)-207/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-207/2023

27.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-207/2023 27.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-2125/2020 nömrəli qiyabi qətnaməsi əsasında ondan Cavabdeh xeyrinə tutulmuş 1314.00 manat pul, ödənilmiş 33.14 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı - cəmi 1347.54 manat vəsaitin cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək banka ödənilmiş 50000 manat məbləğində pulun və büdcəyə ödənilmiş olan 30.40 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Onun həmin iddia tələbi üzrə cavabdeh olan Mehman Səlimovun kredit və ipoteka müqavilələri üzrə heç bir öhdəliyi və vəzifəsi olmadığına baxmayaraq Lənkəran Rayon Məhkəməsi onu cavabdeh kimi tanımış və xx.xx.2020-ci il tarixli 2(049)-2125/2020 nömrəli qiyabi qətnamə ilə iddia tələbini təmin etmişdir. O, qanunun tələblərini bilmədiyindən, qiyabi qətnamənin tam mətnini vaxtında ala bilmədiyindən, həm də yaşlı və xəstə olduğundan apellyasiya şikayətinin verilməsi müddətini ötürmüşdür. Sonradan o, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət və apellyasiya şikayəti ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, lakin qeyd olunan qiyabi qətnamə məhkəmə tərəfindən icraya yönəldilərək Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə verilmişdir. Bu səbəbdən onun pensiyasından 2022-ci ilin yanvar ayında 174.90 manat, fevral ayında 174.90 manat, aprel ayında 180.84 manat, may ayında 150.84 manat, iyun ayında 160.84 manat, iyul ayında 160 manat, avqust ayında 160.84 manat, sentyabr ayında 150.84 manat olmaqla, ümumilikdə 1314 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Cavabdeh hesabına köçürülmüşdür. Çoxsaylı müraciətlərdən sonra onun qətnamədən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayəti icraata qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(106)- 1662/2022 nömrəli qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-2125/2020 nömrəli qətnaməsi, ondan 50000 manat məbləğində pul və ödənilmiş 30.40 dövlət rüsumu tutularaq Cavabdeh ödənilməsi hissəsində ləğv edilmişdir. Həmin qətnamə ilə Cavabdeh ona qarşı 50000 manat məbləğində pul və ödənilmiş 30.40 dövlət rüsumunun tutulması barədə iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bununla da, onun Cavabdeh qeyd olunan iddia tələbi üzrə cavabdeh olmadığı sübuta yetirilmişdir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli 220 nömrəli arayışından görünür ki, onun pensiyasından tutulmuş 1314.00 manat məbləğində pul vəsaiti artıq tələbkar Cavabdeh hesabına köçürülmüşdür. Qeyd olunan əsaslara görə məhkəmə tərəfindən verilmiş icra vərəqəsi əsasında Lənkəran Rayon İcra və Probasiya şöbəsi tərəfindən onun pensiyasından tutulmuş və Cavabdeh hesabına köçürülmüş 1314.00 manat pul, ödənilmiş 33.14 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı - cəmi 1347.54 manat vəsaitin Cavabdeh tutularaq ona qaytarılmasını tələb edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti ilə bağlı məhkəməyə göndərdiyi etiraz ərizəsində iddia tələbini əsassız hesab etdiyini bildirərək həmin tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsinin ümumi məzmununda iddia tələbinə etirazlarının əsası olaraq qeyd etmişdir ki, 2014-cü ildə hazırki iş üzrə İddiaçı oğlu Mehman Səlimovun "xxxx" ASC-dən 110000 manat kredit alması üçün girov qoyulmuş evlərdən biri onun bacısı oğlu Nadir Qasımova məxsus ev olmuş və o, İddiaçı xahişi ilə həmin evin kredit üçün girov qoyulmasını öz bacısı olundan xahiş etmişdir. Sonradan kredit borcu ödənilmədiyinə görə həmin evin satılaraq borcun ödənilməsinə yönəldilməsi təhlükəsi olduğuna görə o, "xxxx" ASC-yə kredit borcunun əvəzi olaraq 50000 manat ödəməklə həmin evi girovdan azad etmişdir. Hazırki iş üzrə İddiaçı onun ödədiyi məbləği qaytaracağını dəfələrlə vəd etsə də, buna əməl etmədiyinə görə o, məhkəməyə müraciət etmiş və onun tərəfindən banka ödənilmiş 50000 manat məbləğində pulun və büdcəyə ödənilmiş olan 30.40 manat dövlət rüsumunun İddiaçı və onun oğlu Mehman Səlimovdan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilmişdir. İddiaçı və onun oğlu Mehman Səlimov həmin məbləğləri ona ödəməli olduqları halda, İddiaçı hazırda ona qarşı əsassız tələblə məhkəməyə müraciət edərək ödədiyi 1314.00 manat məbləğin də geri qaytarılmasını xahiş etmişdir. Qeyd etdiyi əsaslara görə İddiaçı hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-2125/2020 nömrəli qiyabi qətnaməsi, Lənkəran Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 220 nömrəli arayışı, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(106)- 1662/2022 nömrəli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-409/2023 nömrəli qərarı, xx.xx.2022-ci il tarixli ödəniş qəbzi, cavabdehin xx.xx.2022-ci il tarixli etiraz ərizəsi ilə müəyyən edildi ki, iddiaçı Cavabdehlər İddiaçı və X1 qarşı iddia tələbi təmin edilərək İddiaçı və Mehman Səlimovdan 50000 manat məbləğində pul və 30.40 manat dövlət rüsumunun tutularaq Cavabdeh ödənilməsi ilə bağlı qiyabi qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qeyd olunan qətnamə üzrə icra sənədi əsasında İddiaçı pensiyasından tutulmalar aparılmaqla 2022-ci ilin yanvar ayında 174.90 manat, fevral ayında 174.90 manat, aprel ayında 180.84 manat, may ayında 150.84 manat, iyun ayında 160.84 manat, iyul ayında 160 manat, avqust ayında 160.84 manat, sentyabr ayında 150.84 manat olmaqla, ümumilikdə 1314 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Cavabdeh hesabına köçürülmüşdür. Sonradan hazırki iş üzrə iddiaçının qətnamədən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayəti icraata qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(106)-1662/2022 nömrəli qətnaməsi ilə hazırki iş üzrə iddiaçıtərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)- 2125/2020 nömrəli qətnaməsi, İddiaçı 50000 manat məbləğində pul və ödənilmiş 30.40 dövlət rüsumu tutularaq Cavabdeh ödənilməsi hissəsində ləğv edilmişdir. Həmin qətnamə ilə Cavabdeh hazırki iş üzrə iddiaçıya qarşı 50000 manat məbləğində pul və ödənilmiş 30.40 dövlət rüsumunun tutulması barədə iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin iş üzrə onun pensiyasından tutulan məbləğlərin qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 33.14 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-2125/2020 nömrəli qiyabi qətnaməsi əsasında ondan Cavabdeh xeyrinə tutulmuş 1314.00 manat pul, ödənilmiş 33.14 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı - cəmi 1347.54 manat vəsaitin cavabdehdən tutularaq ona qaytarılmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-2125/2020 nömrəli qiyabi qətnaməsinə, Lənkəran Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli arayışına, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(106)-1662/2022 nömrəli qətnaməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-409/2023 nömrəli qərarına və dövlət rüsumunun ödənilməsi ilə bağlı mədaxil qəbzinə istinad edir. Cavabdeh iddia tələbini əsassız hesab etdiyini bildirərək həmin tələbin təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmiş, etiraz ərizəsində İddiaçı oğlu Mehman Səlimovun kredit alması üçün girov qoyulmuş evi girovdan azad etmək üçün banka 50000 manat məbləğində pul ödədiyini və İddiaçı onun ödədiyi məbləği qaytaracağını vəd etdiyini, lakin buna əməl etmədiyini bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2014-cü ildə Mehman Səlimovla "xxxx" ASC arasında kredit müqaviləsi bağlanarkən hazırki iş üzrə iddiaçı həmin müqavilə üzrə üzərinə hər hansı öhdəlik götürməmiş, qeyd olunan müqavilənin tərəfi olmamışdır. Bu səbəbdən hazırki iş üzrə iddiaçı həmin müqavilə üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsindən irəli gələn məsələlərlə də bağlı hər hansı məsuliyyət daşımır. 50000 manat məbləğində pul vəsaiti də İddiaçı deyil, Mehman Səlimovun əvəzinə ödənilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə Mehman Səlimovun əvəzinə hazırki iş üzrə cavabdeh tərəfindən 50000 manat vəsaitin hansı məqsədlə ödənilməsindən asılı olmayaraq həmin məbləğin hazırki iş üzrə cavabdehə geri qaytarılması hazırki iş üzrə iddiaçının, hətta o, bununla bağlı hər hansı vəd vermiş olsa belə, qanuni əsasa söykənən öhdəliklərinə aid deyildir. Cəmi 1314 manat məbləğində pul vəsaitinin hazırki iş üzrə iddiaçıdan tutularaq Cavabdeh ödənilməsinin qanunsuz və əsassız olduğu qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə də müəyyən edilmiş, həmin tutulmalarla bağlı icra sənədinin verilməsi üçün əsas olan məhkəmə qətnaməsi qeyd olunan hissədə qanunsuz hesab edilərək ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə Cavabdeh hazırki iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə təqdim etdiyi dəlilləri ilə bağlı qeyd edir ki, İddiaçı vəsait tutularaq Cavabdeh ödənilməsi ilə bağlı mövcud məhkəmə qərarı icraya yönəldilmiş olsa da, həmin qərar artıq yuxarı məhkəmə instansiyası tərəfindən ləğv edilmişdir. Cavabdeh hazırki iddia tələbinə etiraz ərizəsində qeyd etdiyi xüsusatlara da Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(106)-1662/2022 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-409/2023 nömrəli qərarı ilə hüquqi qiymət verilmiş, İddiaçı təqaüdündən Cavabdeh xeyrinə aparılan tutulmaların qanunsuz və əsassız olduğu qanuni qüvvəyə minmiş qətnaməsi ilə də müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-2125/2020 nömrəli qiyabi qətnaməsinə dair icra sənədi əsasında hazırki iş üzrə İddiaçı hazırki iş üzrə Cavabdeh xeyrinə tutulmuş 1314.00 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilən 33.14 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-2125/2020 nömrəli qiyabi qətnaməsinə dair icra sənədi əsasında İddiaçı Cavabdeh xeyrinə tutulmuş 1314.00 manat, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 33.14 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı - cəmi 1347.54 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar