Məhkəmə qərarları › İş №2(049)-209/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-209/2024

28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-209/2024 28.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında 28 fevral 2024-cü il tarixdə baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10600 manat pulun və ödənilmiş 120.60 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayon, Bürcəli kəndində qydiyyatda olmaqla orada yaşayır. Bir neçə iş yerlərində ekspeditor vəzifəsində işləmişdir. 2022-ci ildə “Avrora” şirkətində işləməklə “Bizon” energetik içkilərinin satışı üzrə cənub bölgəsinin ekspeditoru işləmişdir. Hazırki iş üzrə Cavabdeh ilə münasibətləri həmişə yaxşı olmuşdur. Onunla əvəllər heç bir mübahisələri və ədavətləri olmamışdır. Təxminən bir il bundan qabaq, O “Avrora” şirkətində işlədiyi zaman, 10600 manat dəyərində “Bizon” enerji içkisi alaraq satışını həyata keçirilməsi məqsədi ilə Nailə vermişdir. Lakin Nail onunla danışdığı müddətdə pulu ona qaytarmamış, o da, məcburən "xxxx" ASC-nin Lənkəran filialından 06 iyun 2023-cü il tarixində 8500 manat, 08 iyun 2023-cü il tarixində isə "xxxx" ASC-nin Lənkəran filialından 2600 manat məbləğində kredit götürərək “Avrora” şirkətinə olan borcunu qaytarmışdır. Bundan sonra yenə də həmin məbləğin ona ödənilməsini tələb etsə də, Cavabdeh həmin məbləği ona ödəməyərək aldatması ilə əlaqədar Lənkəran ŞRPŞ-yə müraciət etmişdir. Təhqiqat Bölməsinin təhqiqatçısı X1 tərəfindən izahatı alınmış Cavabdeh bildirmişdir ki, təxminən 2022-ci ilin iyul ayında ondan 10600 manat məbləğində “Bizon” enerji içkisi gətizdirmiş, lakin işlədiyi mağaza ziyana getdiyindən təxminən bir ildir ki ona pulu verə bilmir. Hal-hazırda isə taksi fəaliyyəti ilə məşğul olur və borclu olduğu 10600 manat məbləğində pulu ona qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Aparılmış araşdırma bundan sonra yekunlaşaraq cavabdehin əməlində cinayət tərkibinin olmaması və işin mülki xarakterli olması nəzərə alınaraq cinayət işinin başlanılmasının rədd edilməsi barədə qəbul edilmiş 11 sentyabr 2023-cü il tarixli qərar cavabdeh tərəfindən mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Həmin ziyan məbləğinin könüllü olaraq cavabdeh tərəfindən ona ödənilməsini tələb etsə də cavabdeh vurduğu ziyanı ödəməmişdir. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh məhkəməyə ərizə verərək iddianı etiraf etdiyini bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ : Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və cavabdehdən 10600 manat məbləğində pul və 120.60 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 10600 (on min altı yüz) manat məbləğində pul və ödənilmiş 120.60 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar