Məhkəmə qərarları › İş №2(049)-211/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-211/2024

06.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-211/2024 06.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «maddi ziyan» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avotomobil qəzası nəticəsində ona vurduğu 2195 (iki min yüz doqqsan beş) manat məbləğində maddi ziyan pulunu və ödənilmiş 42 manat 40 qəpik dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehin icbari sığortası olmadığından ona dəymiş maddi ziyana görə sığorta ödənişini ala bilməmişdir. Hazırda onun cavabdeh şəxsin vəfat etməsi barədə məlumatı vardır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan “Elektron məhkəmə” İnformasiya sistemində əldə edilən çıxarışdan görünür ki, Cavabdeh 26 yanvar 2024-cü il tarixdə ölmüşdür. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsi Notariat idarəsi tərəfindən təqdim edilmiş 3-16/2- 7378/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Cavabdeh adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, prosessual hüquq varisliyi prosessual hüquq və vəzifələrin maddi hüquq varisliyi ilə bağlı bir şəxsdən digər şəxsə keçməsi deməkdir. Prosessual hüquq varisliyinin əsasları elə maddi-hüquq varisliyin əsaslarıdır. Əgər sonuncu hüquq və vəzifələrin bir şəxsdən digər şəxsə keçməsinə yol verirsə, bu halda prosessual hüquq varisliyi də mümkündür. Əks halda, prosessual hüquq varisliyinə yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki mübahisə üzrə Cavabdeh ölmüş və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermir. Məhkəmə hesab edir ki, prosessual və maddi-hüquq varisliyinin əsasları baxımından vərəsəlik şəhadətnaməsi təqdim edilmədən hər hansı bir şəxsin hüquq varisi kimi cavabdeh ilə əvəz edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7 maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 256, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar